Koreyalı deputat: Azərbaycan neft və qaz ixracı sahəsində qabaqcıl ölkələrdəndir
Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Koreya Respublikası Milli Assambleyasının Xarici İşlər və Birlik Komitəsinin sədri Kim Te-honun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Azərbaycanın Cənubi Qafqazda Koreyanın ən böyük tərəfdaşı olduğunu bildirib, bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcəyini söyləyib. Ə.Hüseynli Azərbaycan və Koreya parlamentləri arasında əlaqələri yüksək qiymətləndirib, hər iki ölkənin qanunvericilik orqanlarında mövcud olan dostluq qruplarının təcrübə və informasiya mübadiləsi baxımından əməkdaşlığının əhəmiyyətindən danışıb.
O, dövlətlərimiz arasında siyasi əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. İqtisadi əlaqələrimizin sürətlə inkişaf etdiyini, Koreya şirkətlərinin ölkəmizdə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiyini deyib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu qeyd edib.
Ə.Hüseynli 30 il Ermənistan işğalı altında qalmış torpaqlarımızın 2020-ci ildə Vətən müharibəsində qazanılmış Qələbə nəticəsində azad edildiyini diqqətə çatdırıb. Hazırda həmin ərazilərdə sürətli bərpa və yenidənqurma işlərinin aparıldığını bildirib. Parlament sədrinin birinci müavini ölkələrimiz arasında təhsil, mədəniyyət, turizm, idman və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş imkanların olduğunu söyləyib.
Koreya Respublikası Milli Assambleyasının Xarici İşlər və Birlik Komitəsinin sədri Kim Te-ho ölkəmizdə ilk dəfə olduğunu deyərək, Azərbaycanda müşahidə etdiyi inkişafdan məmnunluğunu ifadə edib, burada gördükləri ilə bağlı xoş təəssüratlarını bölüşüb. Koreyanın Azərbaycanla həyatın bütün sahələrində əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
Kim Te-ho Azərbaycanın neft və qaz ixracı sahəsində dünyada qabaqcıl ölkələrdən olduğunu deyib. Bununla yanaşı, qeyri-neft sahəsinin inkişafı ilə bağlı dövlət proqramının həyata keçirildiyini təqdirəlayiq hesab edib. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı ilə bağlı “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin tətbiqi istiqamətində Koreyanın təcrübəsindən bəhs edən qonaq bu sahələrdə Azərbaycanla səmərəli əməkdaşlığın əhəmiyyətindən danışıb.
Görüşdə çıxış edən Koreya Milli Assambleyasının Xarici İşlər və Birlik Komitəsinin sədr müavini xanım Le Ce Conq ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri, parlamentlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikirlərini açıqlayıb.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mərkəzi Bank: Bugünkü hərracda tələb 96,3 milyon dollar təşkil edib
28 Mart
BP və ADNOC İsrailin qaz şirkətinin səhmlərinin 50 faizini almaq üçün 4 milyard dollar təklif edib ...
28 Mart
Energetika naziri “Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində bir sıra ikitərəfli görüşlər...
28 Mart
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMTİP arasında əməkdaşlıq məsələləri müzakirə olunub ...
28 Mart
DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi təntənəli şəkildə qeyd edilib...
28 Mart
Paytaxt havasında dispers toz hissəciklərinin miqdarı normadan 1.8 dəfə yuxarı olub
28 Mart
Azərbaycan Ordusunda kibertəhlükəsizlik təlimi keçirilir
28 Mart
Formula 1 yarışlarında sərbəst yürüşlərin müddəti azaldıla bilər
28 Mart
Azərbaycan Triatlon Federasiyasının prezidenti istefa verib
28 Mart
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub YE...14 Mart 2023

Hikmət Hacıyev: Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azər...12 Mart 2023

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham ...09 Mart 2023

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB08 Mart 2023
jpg-1678287833.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!