14 May 2022 18:36
138
Mədəniyyət

Kolumbiyanın Azərbaycandakı səfirliyi Bakıda mədəni tədbir təşkil edib   

Kolumbiyanın Azərbaycandakı səfirliyi Ağ Şəhərdə yerləşən “Baku Marriott Hotel Bulvar”da tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mariya Anxelika Stir Varel iştirakçıları salamlayıb. O, Kolumbiyanın mədəni və etnik müxtəlifliyə sahib olduğunu vurğulayıb.

“Bu gün biz Kolumbiyanın mədəni müxtəlifliyinin və Azərbaycan qonaqpərvərliyinin nümayiş etdirildiyi tədbirdə bir araya gəlmişik. Qeyd etmək istərdim ki, Kolumbiyada rəsmi dil ispan dili olsa da, həmçinin ölkədə 68 müxtəlif dildə danışan etnik qruplar yaşayır. Bunlardan biri də Panama, Yamayka, Nikaraqua və Kosta Rika kimi ölkələrin ada icmaları arasında da danışılan və Kolumbiyanın San Andres, Providensia və Santa Katalina adalarının yerli əhalisinin kimliyini təmsil edən ingilis kreoludur”, – deyə Mariya Anxelika Stir Varel bildirib.

Daha sonra Bakı Xoreoqrafiya Akademiyasının rəqqasəsi “El Sanjuanero” adlı Kolumbiya rəqsini təqdim edib.

Kolumbiyalı diplomat ölkəsinin xalq rəqslərini Azərbaycanda təmsil etdiklərinə görə Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbir, Karib dənizinin Providensiya adasından olan məşhur kolumbiyalı müğənni Elkin Robinsonun ifası ilə davam edib. Onun bəstələdiyi mahnılar adanın mədəniyyətini və həyat tərzini tərənnüm edir.

Qeyd edək ki, Elkin Robinson Kolumbiyanın “Procolombia” agentliyi tərəfindən ölkənin mədəniyyət səfiri seçilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video