10 Fevral 2026 14:23
610
Mədəniyyət
A- A+
"Kinematoqrafiya haqqında” Qanun dəyişir

"Kinematoqrafiya haqqında” Qanun dəyişir


"Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin fevralın 10-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi ölkəmizdə kino istehsalı sahəsində hüquqi tənzimləməni müasir beynəlxalq təcrübəyə uyğunlaşdırmaq, anlayışları dəqiqləşdirmək, dövlət dəstəyinin institusional mexanizmlərini genişləndirmək və kino industriyası üçün investisiya cəlbediciliyini artırmaq məqsədi daşıyır.

Sənəd layihəsində sahə üzrə anlayışların genişləndirilməsi və dəqiqləşdirilməsi nəzərdə tutulub. Belə ki, layihə ilə Qanunun 1-ci maddəsinə “milli film”, “xarici film”, “birgə istehsal filmi”, “film istehsalı”, eləcə də film istehsalının mərhələlərini (hazırlıq, çəkiliş, tamamlanma) əhatə edən anlayışlar əlavə edilir.

Layihədə, həmçinin “yerli prodüser” və “xarici prodüser” anlayışları ayrıca müəyyən edilib. Qeyd olunan dəyişiklik hüquqi münasibətlərdə subyektlərin statusunu dəqiqləşdirəcək, dövlət dəstəyi və təşviq mexanizmlərinin tətbiqi zamanı şəffaflığı artıracaq. Eyni zamanda, Qanunda istifadə edilmiş “müştərək çəkilmiş film” anlayışının “birgə istehsal edilmiş film” anlayışı ilə əvəz edilməsi beynəlxalq hüquqi terminologiya ilə uyğunluq yaradır və normativ-hüquqi aktın dil və üslub baxımından təkmilləşdirilməsinə səbəb olur.

Qanunun 3-cü maddəsinə edilən dəyişikliklə xarici prodüserlərin Azərbaycan ərazisində film istehsalına cəlb edilməsi dövlət siyasətinin ayrıca istiqaməti kimi təsbit olunur. Bu, ölkənin beynəlxalq kino bazarına inteqrasiyasına və mədəni diplomatiyanın inkişafına xidmət edir.

Qanunun 13-cü maddəsinə əlavə edilən müddəalarla xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclərin həmin Qaydalara uyğun olaraq qismən geri ödənilməsi Qanunda əks olunur. Bu mexanizm bir çox ölkələrdə uğurla tətbiq olunan maliyyə təşviqi vasitəsi olmaqla, xarici investisiyaların cəlb edilməsinə, yerli xidmət sektorunun inkişafına və yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərir.

Beləliklə, layihənin qəbul edilməsi nəticəsində Azərbaycanda kinematoqrafiya sahəsində hüquqi tənzimləmə təkmilləşdiriləcək. Bu beynəlxalq və birgə istehsal layihələrinin sayının artmasına, ölkənin kino sənayesinə xarici maliyyənin cəlbinə, Azərbaycanın mədəni və yaradıcı potensialının beynəlxalq səviyyədə tanıdılmasına imkan yaradacaq. Eyni zamanda, dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları da genişlənəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:37
07 Mart

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxışın (o cümlədən tranzit məqsədilə giriş-çıxışın) müvəqqəti olaraq dayandırılması haqqında

02:36
07 Mart

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

23:35
06 Mart

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviçdən  

23:33
06 Mart

DTX SEPAH-ın Azərbaycanda terror planlarını ifşa edib 

22:41
06 Mart

ADA Universitetində 19 bakalavriat, 13 magistratura, 6 doktorantura ixtisası tədris olunur 

21:28
06 Mart

Konqresdə Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə irəli sürülmüş qanun layihəsinə yeni həmmüəllif əlavə olunub  

20:53
06 Mart

Azərbaycan suverenliyini və təhlükəsizliyini qorumaq üçün bütün imkanlara malikdir  

20:52
06 Mart

Çex Respublikasının Baş naziri Andrey Babişdən

20:49
06 Mart

Zakir Həsənov: Vətənpərvərliyi ilə fərqlənən Azərbaycan qadını ordu quruculuğu prosesində də yaxından iştirak edir  

20:39
06 Mart

Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

20:39
06 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:36
06 Mart

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycan ilə həmrəyliyini bildirib  

20:28
06 Mart

Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri: Mülki infrastrukturun hədəf alınması qəbuledilməzdir  

20:15
06 Mart

Monteneqronun xarici işlər naziri İranın Azərbaycana qarşı dron hücumlarından narahatlığını bildirib  

19:58
06 Mart

Tramp İranda lider seçimindən danışıb

19:47
06 Mart

Amerikalı ekspert: Orta Dəhliz beynəlxalq gündəmin strateji mövzusuna çevrilir  

19:36
06 Mart

Avropa Şurasının Baş katibi Azərbaycana PUA hücumu ilə bağlı paylaşım edib  

19:32
06 Mart

AZAL Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəlini açıqlayıb 

19:15
06 Mart

Mərakeşli nazir İranın Azərbaycana qarşı dron hücumlarını qətiyyətlə pisləyib  

19:07
06 Mart

Tramp: Kuba tezliklə çökəcək

19:02
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!