30 Mart 2024 09:10
2482
Elm və texnika
A- A+
"Kimya həyatı öyrənən elmdir"

"Kimya həyatı öyrənən elmdir"

 

"Kiçik yaşlarımdan atam həkim olmağımı istəyirdi. Mən isə kimyaçı olmaq arzusunda  idim. Hiss edirdim ki, mən bu sahədə uğur qazana bilərəm. Atamla vaxtaşırı dəniz kənarına gedərdik. Mazuta bulaşmış quşları, suyun üzündəki neft tullantılarını görəndə qəribə hisslər keçirirdim. Fikirləşirdim ki, bizi əhatə edən ətraf mühiti, canlı təbiəti "sağlamlaşdırmaq" daha vacibdir. Elə bu, özü də insanların sağlamlığına xidmət deməkdir. Ali məktəbə qəbul zamanı bir daha götür-qoy etdim. Yüksək bal toplamağıma baxmayaraq, həkimlik ixtisasını yox, kimyanı seçdim. Kimya həyatı öyrənən elmdir. Bu sahənin mütəxəssisi olduğum, həyatın bizə məlum olmayan hissələrini öyrəndiyim üçün işimdən çox məmnunam".
Redaksiyamızın qonağı kimya üzrə fəlsəfə doktoru Xuraman Akif qızı Məmmədova ilə elmin bu sahəsinin sirli-sehrli dünyasına səyahət etdik. Xuraman xanım deyir ki, bizi əhatə edən ətraf mühit, yediyimiz qidadan tutmuş geydiyimiz libasa kimi hər şey kimyadır. Nəzərə alsaq ki, fotosintez zamanı günəş enerjisindən istifadə etməklə bitki kimyəvi çevrilmə yolu ilə qeyri-üzvi maddələrdən (karbon qazı və sudan) mürəkkəb üzvi maddələr (şəkər və oksigen) yaradır, çəkinmədən deyə bilərik ki, həyat kimyadan ibarətdir.
Gənc kimyaçı alim Xuraman Məmmədova Akif qızı 1984-cü il avqustun 3-də  Bakı şəhərində anadan olub. 2001-ci ildə Xətai rayonundakı 95 saylı orta məktəbi bitirib. 2006-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin bakalavr pilləsini, 2012-ci ildə Sumqayıt Dövlət Universitetinin fiziki kimya ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 2007-ci ildə AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasında kimyaçı vəzifəsində başlyan Xuraman Məmmədova hazırda  baş elmi işçi vəzifəsini icra edir.
2019-cu ildə "Alifatik aminlər və C3-epoksidlər əsasında səthi-aktiv maddələrin alınması və tədqiqi" mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan kimyaçı-alim elmin zirvəsinə doğru uğurla addımlayır. 2020-ci ildə AMEA Neft-Kimya Prosesləri İnstitutunun elmlər doktorluğu hazırlığı üzrə dissertanturasına qəbul olub. Hazırda "C8-C18 yağ turşuları və oksialkilləşmiş aminlər əsasında səthi-aktiv maddələrin sintezi və tədqiqi"  üzrə intensiv şəkildə elmi araşdırmalarını davam etdirir.
Elmi araşdırmasından danışan Xuraman xanım söhbət zamanı dedi ki, hazırda dünyanın bir çox ölkəsinin yaşadığı əsas ekoloji problemlərdən biri su hövzələrinin neft və neft məhsulları ilə çirklənməsidir. Neftin tankerlər və neft kəmərləri ilə daşınması zamanı qəza nəticəsində xam neftin böyük miqdarı hidrosferə daxil olur. Su səthinə dağılmış qalın neft təbəqəsini mexaniki vasitələrlə aradan qaldırdıqdan sonra burada nazik neft təbəqəsi qalır. Bu isə öz növbəsində su-hava sərhədində həmişə ciddi problemlər yaradır. Belə nazik neft təbəqələrini yalnız neftyığıcı və neftdispersləyici reagentlərin köməyi ilə kolloid-kimyəvi metodlardan istifadə edərək təmizləmək olar. Neftyığıcı reagentlərin köməyi ilə neft bir ləkə şəklinə salındıqdan sonra mexaniki yolla kənarlaşdırıla bilər. Neftdispersləyici reagentlər neft təbəqəsini emulsiya halına salır. Sonradan bu neft kimyəvi və biokimyəvi təsirlərə məruz qalaraq destruksiyaya uğrayır. Son zamanlar belə neftyığıcı və neftdispersləyici reagent kimi səthi-aktiv maddələrdən daha çox istifadə olunur. Bu cür təhlükənin, çirklənmənin qarşısını almaq üçün son zamanlar yeni, daha çox effektivliyə malik neftyığıcı və neftdispersləyici xarakterli səthi-aktiv maddələrin alınması və xassələrinin tədqiqi mühüm əhəmiyyət kəsb edir: "Hazırda elmi işimi yekunlaşdırmaq üzrəyəm. Hesab edirəm ki, tədqiq etdiyim sahə ətraf mühitin, su hövzələrinin neft tullantılarından təmizlənməsi üçün yeni üsul olmaqla Azərbaycan kimya elminin inkişafına yüksək töhfələr verə bilər".
Dosent Xuraman Məmmədova 101 elmi əsərin, o cümlədən 33 məqalənin, 67 konfrans materialının, müxtəlif məruzələrin tezislərinin, eləcə də 1 monoqrafiyanın həmmüəllifidir. Məqalələri bir sıra nüfuzlu nəşirlərdə - "Journal of the Korean Chemical Society" (Cənubi Koreya), "Journal of Surfactants and Detergents" (ABŞ), "Journal of Dispersion Science and Technology" (ABŞ), "Tenside surfactants detergents" (ABŞ), "Journal of Molecular Liquids" (Elsevier), "Colloids and Surfaces" (Elsevier), "Arabian Journal for Science and Engineering" (Səudiyyə Ərəbistanı) jurnallarında dərc olunub.
Xuraman Məmmədova ona elmin çətin yollarında bələdçilik edən elmi  uğur qazanmasında  zəhməti keçən alimlərdən də danışaraq deyir: "Xoşbəxtəm ki, özümü qürurla  qəlbimizdə əbədiyaşarlıq qazanmış elmi rəhbərim, görkəmli alim AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, mərhum professor Ziyafəddin Əsədovun yetirməsi haqqına sahibəm. Fürsətdən istifadə edib elmi nailiyyətlər qazanmağımda mənə hər zaman dəstək olan məsləhətçim kimya elmləri doktoru, dosent Rəvan Rəhimova, laboratoriya müdiri kimya elmləri doktoru, dosent Gülnara Əhmədovaya dərin minnətdarlığımı bildirirəm".
Xuraman Məmmədova 2019-cu ildə AMEA-nın  ayrı-ayrı elm və təhsil müəssisələrində çalışan gənc kimyaçıların elmin müxtəlif sahələrində apardıqları tədqiqatları, əldə etdikləri nailiyyətləri, aktual və müasir elmi problemlərin Azərbaycan üçün prioritet olan istiqamətlərində keçirilən "Gənc kimyaçılar elmdə" adlı   müsabiqədə birinci yer tutub.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır  

12:18
15 Yanvar

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək  

12:17
15 Yanvar

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

12:17
15 Yanvar

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!