22 Avqust 2024 09:20
118
İQTİSADİYYAT
A- A+

"Kimin ağrıyır canı..."

 

Azərbaycanda çay istehsalının 60 faizi Astaranın payına düşür

 

Çayçılıq subtropik bölgənin, o cümlədən Astaranın ənənəvi və gəlirli sahələrindəndir.  Bu baxımdan  regionda çayçılığın  inkişaf  etdirilməsinin  prioritet  məsələ  kimi qarşıya qoyulması təsadüfi deyil.
Məlum olduğu kimi, sahənin inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, onların ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə "Azərbaycan Respublikasında  2018-2027-ci illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı" qəbul  edilmişdir. Proqramın  həyata  keçirilməsi  nəticəsində  Astarada  çayçılığın inkişafı sürətlənmiş, çay plantasiyalarının əkin sahəsi artırılmışdır.
Bu gün Azərbaycanda mövcud çay plantasiyalarının təxminən 24 faizi, çay istehsalının isə 60 faizindən çoxu  Astara rayonunun payına düşür. Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, hazırda  rayonda 232,1 hektar  çay sahəsi var və həmin sahələrdən 1 avqust vəziyyətinə 486,6 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 11,2 ton (2,4 faiz) çox məhsul yığılmışdır. Məhsuldarlıq 0,5 sentner artaraq 21 sentnerə çatmışdır. 
Rayonda  çayçılıqla 3 müəssisə məşğuldur və  2024-cü ilin  7 ayında həmin müəssisələr tərəfindən 145,8 ton  və ya 6,4 faiz çox yaşıl çay yarpağı istehsal edilərək  təhvil verilmişdir. Məhsuldarlıq isə  0,4 sentner artaraq 7,7 sentnerə çatmışdır. Əhaliyə məxsus təsərrüfatlar tərəfindən isə 340,8 ton (keçən ilin müvafiq dövrünə nisbətən  0,7 faiz çox) məhsul yığılmışdır.
Təsərrüfatlarda çay yığımı davam edir.ensər, Kakalos və Ərçivan  ərazi nümayəndəliklərində geniş yayılıb. Hazırda bütün ərazilərdə əkin sahələrinin aqrotexniki tələblər səviyyəsində becərilməsi üçün ciddi səy göstərilir.

Seyran CAVADOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video