14 Noyabr 2025 08:40
5105
Elm və texnika
A- A+
Kiber məkanda insan hüquqlarına təhdidlər və onlara qarşı mübarizə

Kiber məkanda insan hüquqlarına təhdidlər və onlara qarşı mübarizə


Elmi-texniki tərəqqi və informasiya texnologiyalarının inkişafı insanların həyat və yaşayışını yaxşılaşdırmaq, onların müxtəlif resurslara çıxış imkanlarını artırmaq və bərabərləşdirmək, dövlət və cəmiyyətin idarə olunmasını təkmilləşdirmək və bu kimi bir çox məqsədlərə nail olmağa böyük töhfələr versə də, eyni zamanda bu tərəqqinin ən böyük nailiyyətlərindən olan internet şəbəkəsi və rəqəmsal texnologiyalar cəmiyyətimizə özü ilə yeni neqativ təzahürlər və təhdidlər gətirir. 

Nəticədə artıq tək real dünyada deyil, eyni zamanda kiber məkanda da təhlükəsizliyin təmin olunması dövlətləri və dünya ictimaiyyətini düşündürən ən ümdə məsələlərdən birinə çevrilib. Bu gün təhlükəsizlik konsepsiyalarında və strategiyalarında kiber təhlükəsizlik, kibercinayətkarlıqla mübarizə və kiber hücumların qarşısının alınması önəmli yer tutur.

Həyatın əksər sahələrində getdikcə daha mürəkkəb və bir-biri ilə əlaqəli kompüter sistemlərindən asılılıq artır ki, bu da kiber hücumlara qarşı bir növ həssaslıq yaradan və güclü müdafiə mexanizmləri tələb edən əsas amildir. Kiber hücum kompüter infrastrukturuna qarşı onun məzmununun konfidensiallığını, bütövlüyünü və ya mövcudluğunu pozan icazəsiz daxil olmadır. Bu hücumların fiziki zərər, iqtisadi itkilər, psixoloji zərər, nüfuza xələl gətirmə və bir çox digər fəsadları ola bilər. Kiber məkanda bu cür hücumların ən təsirli və pozucu bir təzahürü də onun insan hüquqlarına, o cümlədən şəxsi həyata və toxunulmazlıq hüququna, mülkiyyət hüququna və digər hüquq və azadlıqlara müdaxiləsidir. Kiber məkanda hücum zamanı istifadə olunan texnologiyaları hətta bəzən insan hüquqlarına qəsd edən kiçik və yüngül silah kateqoriyasına da aid edirlər. 

İnternet şəbəkəsindən istifadənin genişlənməsi və rəqəmsal texnologiyaların yayılması nəticəsində insan hüquqları üçün yeni təhdidlər ortaya çıxıb. Yalnız dövlətləri deyil, eyni zamanda şəxsləri də hədəfə alan kiber hücumlar insan hüquqlarına həm birbaşa, həm də dolayı yolla qəsd edir. Bu yerdə bir məqamı qeyd etmək lazımdır ki, bəzən kiber hücumların qarşısının alınması və kiber təhlükəsizliyin təmin olunması adı altında həyata keçirilən müəyyən məhdudlaşdırıcı tədbirlərin özü də yekunda hüquq və azadlıqlara mənfi təsir göstərir. Yəni bu tədbirlərdən bəzən bir alət kimi sui-istifadə olunur.

Kiber hücumlar insan hüquqlarının geniş spektrinə təsir və qəsd edir. İlk növbədə qeyd olunmalıdır ki, insan hüquqlarına qarşı əksər qəsdetmə halları həm real, həm də virtual, yaxud kiber məkanda baş verə bilər. İnsan hüquqlarının müdafiəsi sahəsində ən ümdə beynəlxalq sənədlərdən biri olan İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası və ona əlavə protokollarda təsbit olunmuş hüquqların əksəriyyətinin kiber hücumlara məruz qalma riski müasir dünyamızda xeyli aktuallaşıb. Məsələn, konvensiyanın 2-ci maddəsində təsbit olunan yaşamaq hüququna kiber hücum nümunəsi kimi bir fakt: 2015-ci ildə kibertəhlükəsizlik üzrə məsləhətçi Kris Roberts ABŞ-nin Federal Təhqiqatlar Bürosuna etirafında təxminən 20 dəfə təyyarələrdəki kompüter sistemlərini “sındırdığını” və hətta uçuş zamanı təyyarənin mühərrikinə nəzarət edə bildiyini söyləmişdir. Konvensiyanın 8-ci maddəsində təsbit olunmuş daha bir hüquq - şəxsi həyata və ailə həyatına hörmət hüququ da ən çox kiber hücumlara məruz qalır. Bu gün dünyada müxtəlif məlumat bazalarına və daşıyıcılarına, elektron cihazlara icazəsiz daxil olaraq şəxsi və fərdi məlumatların “oğurlanması”, qanunsuz məqsədlərlə istifadə edilməsinə çoxsaylı misallar gətirmək olar. Bu məlumatların ələ keçirilməsi bir sıra digər hüquqlara da qəsdlə nəticələnə bilər. Məsələn, şəxsin bank kartı ilə bağlı məlumatların ələ keçirilməsi ona məxsus vəsaitin oğurlanması, yəni onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. 

Konvensiyanın 10-cu maddəsində insanların fikir ifadə etmək azadlığı təsbit olunub. Bu hüquq həm real məkanlarda, yəni fiziki olaraq insanlar qarşısında dayanmaqla və ya hansısa məlumat yayım vasitələrindən istifadə edilməklə, eyni zamanda müasir dövr üçün ən səciyyəvi bir formada internet vasitəsilə kiber məkanda mövcud olan platforma və ya sosial şəbəkələr vasitəsilə həyata keçirilir. Bəzən bu platformalara və şəbəkələrə hücumlar edərək onları sıradan çıxarmaqla və onların əlçatanlığını məhdudlaşdırmaqla müvafiq hüququn realizəsinə mane olmaq mümkündür. 

Bu konvensiya ilə yanaşı, kiber məkanda digər mötəbər beynəlxalq sənədlərlə qadağan edilən ayrı-seçkiliyi aşılayan əməllər də baş verir. “Kiber bullinq”, “kiber irqçilik”, “nifrət nitqi” kimi ifadələr yeni olsa da, artıq kiber məkanda bu cür davranışlar müxtəlif insan hüquqlarına təhdidlər yaradır. Kiber bullinq bir sıra insan hüquqlarına, o cümlədən fiziki və psixi sağlamlığın ən yüksək səviyyəsinə malik olmaq hüququ, əmək hüququ və ədalətli iş şəraiti hüququ, ifadə azadlığı və müdaxilə olmadan öz fikirlərinə sahib olmaq hüququna təsir edə bilər. Kiber irqçilik fərdlərin irqçi şərhlər yazması və ya xüsusi olaraq irqçi məqsəd üçün yaradılmış qrup səhifələrində iştirak etməsi şəklində ola bilər. Ayrı-seçkiliyə, düşmənçiliyə və ya zorakılığa çağırış edən milli, irqi və ya dini ədavətin hər hansı təbliğatı qanunla qadağan olunsa da, bəzən etnik, irqi, milli mənsubiyyətə və digər amillərə görə bir qrup insana qarşı zorakılıq aşılayanlar nifrət nitqlərini yaymaq üçün kiberməkandan da istifadə edirlər. 

Kiber məkanda qəsd edilən hüquqlardan biri də müəlliflik hüququdur. Müəllif hesab edilən şəxsin və ya təşkilatın hər hansı bir əsərə, ixtiraya, sənaye kəşfinə, ideyaya, məhsula aid müəlliflik hüquqları ilə qorunan müstəsna hüquqlarının ələ keçirilməsi və onlardan icazəsiz istifadə halları real həyatla yanaşı, kiber məkanda da baş verir. Bu əməli törədənlər patentlər, ticarət nişanları, kommersiya sirləri, loqolar, simvollar və sairə barədə elektron məlumatlara icazəsiz olaraq daxil olur, yaxud onları dəyişdirir və onlardan öz məqsədləri üçün istifadə edirlər. Əqli mülkiyyət, müəlliflik hüququnun “oğurlanması” iqtisadi itkilər, işgüzar nüfuza xələl gətirmə, müştəri inamının itməsi kimi fəsadlar verə bilər. 

Kiber məkan müasir dövrdə bir sıra əsas insan hüquqlarına qəsd etməklə aktual olan insan alveri kimi neqativ təzahürlər üçün köməkçi bir vasitəyə çevrilmişdir. Kiber məkan insan alveri qurbanlarının ilk növbədə cəlb edilməsi, eyni zamanda bu əməllərlə məşğul olanların şəbəkə yaratması, məlumatların mübadiləsi və təşviq etmə, əldə olunan mənfəətin ötürülməsi və digər məqsədlər üçün də istifadə olunur. Uşaqların və onların əməyinin istismarı, uşaq pornoqrafiyası, uşaqları özünə qəsd etməyə yönələn oyunlar və saytlar kiber məkanda onların yaşamaq hüququ da daxil olmaqla, müxtəlif hüquqlarına qəsd edir. Sosial şəbəkələrdə geniş yayılmış və daha çox yeniyetmələri hədəfə alan "ölüm sektası” adlanan bu oyunlarla bağlı ilk təhlükəli dalğa 2015-ci ildə Rusiyada meydana gəlib. Ötən il Rusiyada geniş yayılmış məktəbli intiharlarının əksəriyyətinin səbəbi də elə virtual aləmlə əlaqələndirilib.

Amma kiber hücumlar bunlarla da məhdudlaşmır. Rəqəmsal texnologiyalar inkişaf etdikcə və həyatın bütün sahələrinə inteqrə olunduqca, onların həm qəsd etdiyi və risk altına aldığı insan hüquqlarının sayı, həm də bu hüquqlara qəsd etmə formaları artır.

Beləliklə, kiber hücumlar insan hüquqlarına ciddi təhdid yaradır. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası qeyd etmişdir ki, insanların real həyatda malik olduqları hüquqlar virtual, yəni kiber məkanda da qorunmalıdır. Bunun üçün dövlətlərə müvafiq sahəni tənzimləyən, kiber məkanda insan hüquqlarına təhdidlərin qarşısının alınması və kiber hücumlarla mübarizə üzrə qanunların qəbul edilməsi və qanunvericiliyə əlavə və düzəlişlərin edilməsi, bu istiqamətdə həyata keçirilən fəaliyyətin effektiv və sistematik şəkildə aparılması üçün strategiyaların və fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi, zəruri institutsional dəyişikliklərin edilməsi, yəni bu sahədə ixtisaslaşdırılmış qurumların təsis olunması və mütəxəssislərin yetişdirilməsi tövsiyə olunur. Kiber hücumların qarşısının alınması və təqibi üçün bir dövlətin ərazisi hüdudlarında həyata keçirilən fəaliyyətin o qədər də təsirli olmayacağını, bunun üçün beynəlxalq səviyyədə əməkdaşlığın da vacibliyini vurğulayan BMT və digər beynəlxalq qurumlar rəqəmsal təhlükəsizlik məsələlərini insan hüquqları ilə əlaqələndirərək dövlətləri kibertəhlükəsizlik sahəsində hüquqi tənzimləmələr aparmağa və qlobal səviyyədə səyləri artırmağa çağırır. 

Qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, yalnız fərdlərin deyil, həm də cəmiyyətin ümumi təhlükəsizliyinə təhdid kimi qəbul edilən kiber hücumlarla mübarizə kompleks bir yanaşma tələb edir və bu tədbirlər həmin hücumların qarşısını almaqla yanaşı, insan hüquqlarına xələl gətirməmək şərtilə həyata keçirilməlidir. Yeri gəlmişkən, qeyd edək ki, Budapeşt Konvensiyası kimi də məlum olan Kibercinayətkarlıqla mübarizə haqqında konvensiya bu sahədə dövlətlərin əməkdaşlıq etməsi üçün əsas platformalardan biri hesab olunur. Konvensiyada qeyd edilir ki, iştirakçı tərəflər kibercinayətkarlıqla mübarizə üzrə razılaşdırdıqları tədbirləri hüquq-mühafizə orqanlarının maraqları və hər kəsin müdaxilə olmadan öz fikrinə sahib olmaq hüququnu, habelə ifadə azadlığını, o cümlədən sərhədlərdən asılı olmayaraq, bütün növ məlumat və ideyaları axtarmaq, almaq və yaymaq azadlığını və şəxsi həyatın toxunulmazlığına hörmətlə bağlı hüquqları bir daha bəyan edən 1950-ci il İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasında, 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və digər beynəlxalq müqavilələrdə təsbit edilmiş fundamental insan hüquqlarına hörmət arasında düzgün balans təmin olunmaq şərtilə həyata keçirməlidirlər.

Digər dövlətlər kimi, Azərbaycan da kiber hücumlara və kibercinayətlərə qarşı mübarizədə Budapeşt Konvensiyası və digər beynəlxalq müqavilələr əsasında qanunvericiliyin gücləndirilməsi məqsədilə addımlar atır. Prezidentin 28 avqust 2023-cü il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” da digər məqsədlərlə yanaşı, konstitusiya ilə təsbit edilmiş insan hüquq və azadlıqlarına riayət edilməsinə daha əlverişli şəraitin yaradılmasına xidmət edir. 


Vüsalə MURADXANLI,

Azərbaycan Uşaq Fondunun direktoru, vəkil 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşların müraciətlərini dinləyib

16:58
10 Mart

Çinin idxalının kəskin artması 120 günlük neft ehtiyatını təmin edəcək

16:50
10 Mart

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

16:49
10 Mart

MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir

16:47
10 Mart

Qlobal neft tələbatının təxminən 70%-i strateji dəniz boğazları vasitəsilə nəql olunur. Rəqəmlər və faktlar 

16:46
10 Mart

İrandan xarici vətəndaşların təxliyəsi davam edir: Daha 3 Hindistan vətəndaşı Azərbaycan ərazisinə keçib  

16:44
10 Mart

Xankəndi və Xocalının bir sıra təhsil müəssisələrində tədris prosesi izlənilib

16:43
10 Mart

Qətər XİN: İranın enerji obyektlərinə hücumları təhlükəli presedent yaradır

16:41
10 Mart

Kreml Ukrayna üzrə danışıqların davam etdirilməsini istəyir

16:33
10 Mart

ABŞ-də azərbaycanlı qadınların güclü platforması formalaşır  

16:29
10 Mart

Niderlandın İrandakı səfiri: Bizi ölkənizdə qəbul etdiyiniz üçün təşəkkür edirik 

16:20
10 Mart

Ukrayna Milli Qvardiyasının tərkibində hücum alayları yaradılır

15:53
10 Mart

Ötən həftə 23 mina və 743 partlamamış hərbi sursat zərərsizləşdirilib

15:49
10 Mart

Yaxın Şərq ölkələrində neft hasilatı kəskin azalıb

15:40
10 Mart

Əlcəzairin İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri təxliyə olunublar

15:39
10 Mart

SOCAR Abşeronun “Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatına başlayır

15:28
10 Mart

Yaxın Şərq və Körfəz ölkələri neft hasilatını kəskin azaldıb  

15:18
10 Mart

Rumıniyalı analitik: Hörmüz boğazı qlobal enerji təhlükəsizliyinin əsas “dar boğazı” sayılır  

15:17
10 Mart

Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb

15:12
10 Mart

Hakan Fidan: Türkiyənin hava məkanının pozulması qəbuledilməzdir

15:02
10 Mart

Azərbaycana təxliyə olunan vətəndaş: Dövlətimiz bizi darda qoymadı

15:01
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!