27 İyul 2024 09:21
13332
Turizm
A- A+
Kənd turizmi insanlar üçün çox sərfəlidir

Kənd turizmi insanlar üçün çox sərfəlidir

 

Yayın qızmar çağıdır. Ölkəmizdə bu isti yay günlərində istirahət etmək, sərinlənmək  üçün gözəl təbiəti olan çoxlu sayda bölgələr var. Onlardan biri də Göygöl rayonudur.

Göygöl rayonu Azərbaycanın qərbində dağlıq və dağətəyi zonada yerləşir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3724 metr hündürlükdədir. Bənzərsiz təbiəti, zəngin flora və faunası olan rayonda kənd turizmi üçün geniş imkanlar var. Bu baxımdan, son illər burada kənd turizminin inkişaf etdirilməsi məqsədilə geniş infrastruktur layihələri həyata keçirilmişdir.

Rayonun əlverişli coğrafi mövqeyi, gözəl təbiəti, mədəni-tarixi irsi, özünəməxsus mətbəxi, eləcə də sakinlərin yüksək qonaqpərvərliyi bu ərazilərə yolu düşənləri məmnun edir. Son illərdə aparılan genişmiqyaslı abadlıq və yenidənqurma işləri, xüsusilə dövlət başçısının diqqət və qayğısı ilə Göygölün ucqar kəndlərində də yenilənən infrastruktur kənd turizmi üçün geniş imkanlar yaratmışdır.

Kənd turizmi ucuz başa gəldiyindən insanlar bu sahəyə daha çox maraq göstərirlər. Odur ki, yay mövsümü yaxınlaşanda rayonun kəndlərində bir boş ev belə tapmaq olmur. Əsasən də Göygöl Milli Parkına yaxın ərazilərdə yerləşən Çaykənd, Şəhriyar, Yeni Zod, Aşıqlı, Toğanalı, Mixaylovka və digər kəndlərdə istirahət edənlərin sayı daha çox olur. Çünki bu kəndlərdə dincələnlər çox asanlıqla milli parkın ərazisində yerləşən Göygölə səyahət edə bilirlər. Onu da bildirək ki, bu kəndlərə gələn 100 minə yaxın turistin 5 minə qədəri əcnəbi olur.

Ən çox turist qəbul edən kəndlərdən biri də Aşıqlıdır. Kəndin 2500 nəfərdən çox əhalisi var. Rayon mərkəzindən cəmi 5 kilometr məsafədə yerləşir və hər cür infrastrukturla təmin edilib. Asfalt yol, su, qaz, elektrik təminatı yüksək səviyyədədir. Kəndin ərazisində çoxlu sayda istirahət mərkəzləri fəaliyyət göstərir. Rayon mərkəzindən Hacıkəndə gedən yolun kənarlarında sakinlərin turistlərə təklif etdikləri şəfaverici bitkiləri, təndir çörəklərini, süd məhsullarını, eləcə də isti kətələri və digər milli yeməkləri turistlər məmnunluqla alırlar.

Xatırladaq ki, kənddə 400-dən çox ev var. Hacıkənd və Göygölə gedən yolun üstündə yerləşdiyindən turistlər burada qalmağa daha çox ustünlük verirlər. Evlərin bir günü 20-30 manat civarında dəyişir. Öyrəndik ki, keçən il kənddə 2 mindən atıq turist istirahət edib. Bu il havaların kəskin şəkildə isti keçməsi turistlərin sayını xeyli artırıb.

Kənd sakini Lamiyyə Əliyevanın evində hər il çoxlu sayda turist qalır. O, həyətində 10 nəfərin qalması üçün lazımi şərait yaradıb. Burada yaradılan səliqə-sahman turistləri razı salır.

İkram Məmmədov da yay mövsümündə çoxlu turist qəbul edir. Həyətində bu məqsədlə əlavə 4 otaq tikib. Mövsüm ərzində 67-70 nəfər ailəvi turist qəbul edir. Göygölə yaxın kəndlərdən biri də Çaykənddir. Hər il yüzlərlə turist bu kənddə istirahət edir. Kənd sakini Elmir Rəcəbov deyir ki, onun ailə üzvləri bu qonaqlara xüsusi qayğı ilə yanaşırlar. Yeməklərinə, içməklərinə, eləcə də gəzməklərinə böyük diqqət göstərirlər.

Aşıqlı kənd nümayəndəliyinə daxil olan Köşkü və Üçbulaq kəndlərinə də hər yay çoxlu turist gəlir. Üçbulaq kəndində müalicəvi əhəmiyyəti olan "Nurud" suyu çıxır.  Bundan başqa, kənddə turistlərin istəyinə uyğun olaraq onlara təbii ərzaq məhsulları təklif olunur.

Rayonun Toğanalı kəndi isə gölə lap yaxın ərazidə yerləşir. Kənddən cəmi 5 dəqiqəyə Göygölə çatmaq olar. Burada dincələn turistlər "Cənnət məkan", "Ağrı dağı", "Gəncəbasar" və sair yeməkxanaların xidmətindən istifadə edirlər. Bu ərazilərdə əsasən Türkiyə, Almaniya, Rusiya, Gürcüstan və digər xarici ölkələrdən gələn turistlər dincəlirlər.

Onu da qeyd edək ki, rayon ərazisində çoxlu sayda turistlər üçün maraqlı olan tarixi abidələr var. Rayonda 31 yerli əhəmiyyətli tarixi və memarlıq abidəsi mövcuddur ki, bunlardan da 8-i kurqan, nekropol, digərləri isə qədim tikililər və körpülərdir. Rayon mərkəzində 1854-cü ildə alman kolonistləri tərəfindən tikilmiş "Lüteran" kilsəsi, XVI əsrə aid iki tağlı körpü, XII əsrə aid Ağ körpü, Qabriel kilsəsi, Anahid Məbədi və Müqəddəs Məryəm kilsəsi, bundan başqa, Dəmir dövrünə aid kurqanlar və Tunc dövrünə aid qəbirlər də vardır ki, bütün bunlar turistlərə rayon ərazisindəki kəndlərdə istirahət etməklə yanaşı, buradakı tarixi abidələrlə yaxından tanış olmaq imkanı verir.

Hazırda turizm mövsümü davam edir. Respublikamızın digər bölgələri kimi, Göygöl rayonunun kəndlərinə də dincəlməyə gələnlərin sayı durmadan artır. Onları cəlb edən təmiz hava, təbii su ehtiyatı, yaşıllıq, abadlaşdırılmış kənd şəraiti və təbiət mənzərələridir.

Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!