21 İyun 2025 08:25
1183
SİYASƏT
A- A+
Kahramanmaraşda Azərbaycan ünvanı

Kahramanmaraşda Azərbaycan ünvanı


Kahramanmaraş... Bir zamanlar dağıntılar altında sükuta qərq olan şəhər. Amma indi burada sükut pozulub. İnsanların sevinc göz yaşları, gülüş səsləri yeni bir  həyat kitabı yazır. Dünən matəm içində olan küçələr bu gün ümidlə nəfəs alır, uşaq səsləri yıxılmış divarların yerində ucalan binaların pəncərəsindən ətrafa yayılır. Burada  qardaşlıqdan, ümiddən və insanlıqdan yoğrulan yeni bir ünvan doğulub: "Azərbaycan məhəlləsi".

2023-cü ilin qaranlıq fevral səhərində Kahramanmaraşda həyat donmuş, fəlakətdən doğan hönkürtü, ah-nalə səsi torpağın damarlarına hopmuşdu. Divarlar çökmüş, yollar parçalanmış, insanların göz yaşı uçqunlara qarışmışdı. Bir vaxtlar isti ocaqları olan evlərin, uca binaların yerində səssizlik və toz-duman vardı. Və bütün bunlar dəhşətli bir sükutla əhatə olunmuşdu. 

Çox keçmədi ki, o sükutu ilk pozan Azərbaycan oldu, "yanındayam!" səsi səssizliyin içində yüksəldi -  təyyarələrin uğultusu, yardımların axını, dillərin duası, əllərin Tanrıya uzanışı ilə birlikdə.  Qardaş əli, qardaş nəfəsi fəlakətdən doğan ağrılara-acılara məlhəm oldu. Azərbaycan yalnız yardım göndərmədi, ürəyini apardı, nəfəsini gətirdi bu yaralı şəhərə. Dağılmış ümidləri tikdi, uşaq baxışlarına sevinc qaytardı. 

Və bu gün Kahramanmaraşda  yenidən doğulan həyat başqa cür nəfəs alır. Burada ucalan "Azərbaycan" məhəlləsi təkcə beton və daşdan ibarət deyil, həm də candan yazılan bir məktub, qardaşlıqla qurulan yuvadır. Bu yuva sevgi, şəfqət, mərhəmət və doğmalıqdan  tikilib. Burada ucalan hər bina, əllə qoyulan hər daş Azərbaycanın ürəyindən qopan səmimi dəstəyi əks etdirir. Məhəllə sadəcə yaşayış binaları, infrastrukturlar deyil, qardaşlığın daşla həkk olunmuş tarixidir. Həmin tarix iki gün öncə - iyunun 19-da rəsmən dünyaya elan olundu. Məhəllənin açılış lentini Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan birlikdə kəsdilər.

Qeyd edək ki, ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün qarşıdakı illərdə 1595 ticarət obyekti yaradılması da nəzərdə tutulub. "Azərbaycan" məhəlləsinin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib. Layihənin dizayn və memarlıq işlərində həm Azərbaycan, həm də Türkiyə elementləri, milli motivlər və müasir yanaşma harmonik şəkildə birləşdirilib.

Rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu xatırladaraq, bu məhəllənin Azərbaycan xalqının sevgi və ehtiramının rəmzi olduğunu vurğuladı: "Kahramanmaraşda ucaldılan bu məhəllə təkcə tikinti layihəsi deyil, iki qardaş xalq arasında dəyişməz və sarsılmaz dostluğun, birlik və etimadın simvoludur. Biz yaxşı gündə də, çətin gündə də bir yerdəyik, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir". Prezident Rəcəb Tayyib Ərdoğan isə Azərbaycanın göstərdiyi fədakar dəstəyi belə qiymətləndirdi: "Azərbaycan ilk dəqiqələrdən yanımızda idi. Bu məhəllə o qardaşlığın unudulmaz nişanəsidir. Biz bu mənəvi dəstəyi heç vaxt unutmayacağıq. Prezident Əliyevə və Azərbaycan xalqına təşəkkür edirəm".

"Azərbaycan" məhəlləsinin inşası Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın və "Bir millət, iki dövlət" fəlsəfəsinin real həyata keçən nümunələrindəndir. Təkcə siyasi və iqtisadi deyil, həm də humanitar və mədəni sahədə həyata keçirilən bu cür layihələr iki ölkənin ortaq gələcəyinə verilən dəyərin göstəricisidir. Azərbaycan verdiyi vədin ağası olduğunu sübut etdi. Dövlətimiz söz vermişdi ki, bu torpaqlarda  həyat yenidən qurulacaq. "Azərbaycan" məhəlləsinin tikintisi rekord müddətdə başa çatdı. Hər daşında,  divarında, qapısında, pəncərəsində bir qayğı, bir vəfa var. Bu binalar Azərbaycan xalqının qardaş türk xalqına olan  bağlılığının simvoludur.

Əslində, Azərbaycan özü də eyni ağrını yaşamış ölkədir. Düşmən raketlərinə tuş gələn Gəncə, Bərdə, Tərtər kimi şəhərlərdə dağıntıların nə demək olduğunu, yaraların necə qanadığını xalqımız yaxşı bilir. Məhz buna görə Kahramanmaraşın acısını öz acımız bildik, gecə-gündüz çalışdıq, orada bir "kiçik Azərbaycan" qurduq, amma ruhən böyük bir dəyər yaratdıq. Bu həm də dünyaya bir mesajdı: biz təkcə savaşda deyil, quruculuqda da qardaşıq. Biz təkcə ağrıda deyil, sevincli sabahlarda da yan-yanayıq.  

Halbuki Azərbaycanın bir parçası  olan Qarabağ və Şərqi Zəngəzur özü 4 ildən çoxdur nəhəng tikinti meydançasına çevrilib. 30 il işğal altında olan bu torpaqlarda da həyat yenidən doğulur. Şuşada azan səsi eşidilir, Füzulidə məktəblər, xəstəxanalar ucalır,  Zəngilanda kəndlər yenidən qurulur, Ağdamda mədəniyyət ocağında musiqi sədaları ucalır. Azərbaycan dövləti öz gücü, iradəsi və xalqının dəstəyi ilə Qarabağı və Şərqi Zəngəzuru dirçəldir, dağıdılmış şəhərləri, yandırılmış kəndləri bərpa edir. Və bütün bu böyük işlərin fonunda ölkəmiz Türkiyənin dərdini də öz dərdi sayır, qardaş ölkənin yaralarını özünün hesab edir. O üzdən Azərbaycan bütün tikinti resurslarını Qarabağa yönəltdiyi bir vaxtda da Türkiyəyə yardım etməyi özünə borc bildi. Çünki bu münasibətin adı artıq siyasət deyil, qan qohumluğudur, qardaşlıqdır.

Əslində, belə sarsılmaz və dönməz münasibətin təməli Qarabağ savaşında qoyulub. 2020-ci ildə aparılan Vətən müharibəsi zamanı Türkiyə Azərbaycanın yanında təkcə siyasi yox, mənəvi bir dağ kimi dayandı. Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan tək deyil" mesajı, türk xalqının duaları, dəstəyi, ürəkdən gələn qardaşlıq çağırışları hər bir azərbaycanlının yaddaşına həkk olundu. Müharibədən sonra Türkiyə bu dəstəyi real layihələrlə davam etdirdi. Qarabağda yolların çəkilişi, hava limanlarının tikintisində türk şirkətlərinin fəal iştirakı, təhsil və texnologiya sahəsində təklif olunan əməkdaşlıqların hər biri Türkiyənin "Biz buradayıq!" deməyinin real sübutudur.

Bu gün Kahramanmaraşda salınan "Azərbaycan" məhəlləsi ilə Qarabağda tikilməsi nəzərdə tutulan türk məktəbi arasında görünməz bir körpü var. Bu körpünün adı  qardaşlıqdır. Və bu körpü hər gün bir az da möhkəmlənir. Onu nə məsafə, nə zaman, nə də gözü götürməyənlərin siyasi oyunları dağıda bilər. Çünki onun təməli Çanaqqalada, Sarıqamışda, Kəlbəcərdə, Laçında, Şuşada qoyulub, dayaqları Anadolunun və Qarabağın şəhid qanı ilə yoğrulub.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:27
20 Mart

Azərbaycan Respublikasının Seçki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Hesablama Palatası haqqında”, “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi və “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun ləğv edilməsi barədə

02:26
20 Mart

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 373-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:15
20 Mart

Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərintənzimlənməsi haqqında

02:15
20 Mart

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyindəki "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

02:14
20 Mart

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:13
20 Mart

"Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın təsdiq edilməsi haqqında

02:13
20 Mart

"Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2010-cu il 10 dekabr tarixli Müqaviləsində düzəlişlər edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:13
20 Mart

Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında

02:12
20 Mart

Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında

02:12
20 Mart

Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi haqqında

02:10
20 Mart

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin əməkhaqlarının artırılması və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında" 2004-cü il 10 avqust tarixli 351 nömrəli, "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında" 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə" 2022-ci il 1 mart tarixli 1613 nömrəli Fərmanında və "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:10
20 Mart

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Hesablama Palatası haqqında”, “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi və “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 368-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi, bəzi fərmanlarının və sərəncamlarının ləğv edilməsi haqqında

02:08
20 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

02:07
20 Mart

“Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi və “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 6 fevral tarixli 38 nömrəli Qərarının ləğv edilməsi barədə

02:06
20 Mart

“Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə Qaydası”nın təsdiq edilməsi və “Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 216 nömrəli Qərarının ləğv edilməsi barədə

02:05
20 Mart

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan müxtəlif təyinatlı əlcəklərin satın alınması məqsədilə açıq tender elan edir

02:04
20 Mart

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin aprel ayında vətəndaşların qəbulu CƏDVƏLİ

01:46
20 Mart

Baş nazir Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verib

17:44
19 Mart

QMİ sədri: Azad Qarabağda azan səslərinin ucalması tarixi və ilahi ədalətin bərpasının rəmzidir

17:23
19 Mart

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

17:11
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!