21 Fevral 2015 12:02
805
SİYASƏT
A- A+
Kadr siyasətində təlim: strategiya, tələbat və metodlar

Kadr siyasətində təlim: strategiya, tələbat və metodlar

 

Məlumdur ki, dövlətin kadr siyasəti kadrlarla iş proseslərinin və münasibətlərin təşkili və tənzimlənməsi yolunda təsbit olunmuş məqsəd, vəzifə və prinsiplərin sistemidir. Bu siyasətin məzmunu və əsas istiqamətləri dövlətin qarşısında duran vəzifələrlə şərtlənir. Çünki dövlət qulluğunun və idarəetmənin vəzifələri səmərəli kadr siyasəti olmadan reallaşa bilməz. Məhz kadrlar dövlətin funksiya və vəzifələrini yerinə yetirmək üçün zəruri meyar hesab olunurlar. Dövlət qulluğunda kadr siyasəti dedikdə, dövlət qulluqçularının seçilməsi, yerləşdirilməsi, qiymətləndirilməsi və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi-hüquqi və təşkilati tədbirlər sistemi başa düşülür.

Dövlət qulluğunda kadr siyasəti dövlət siyasətinin tərkib hissəsi olmaqla, dövlət orqanlarını sistemli, planlı və məqsədəuyğun şəkildə peşəkar kadrlarla təmin etmək, kadrları inkişaf etdirmək, kadr potensialını formalaşdırmaq üçün dövlət tərəfindən qəbul edilmiş siyasətdir. Müasir idarəetmə nəzəriyyələri də təsdiqləyir ki, müasir cəmiyyətin və ictimai istehsalın inkişafına yalnız texniki aspektdən yanaşmaq olmaz. Çünki ictimai əməyin texniki, iqtisadi və sosial faktorları arasında daim sabit əlaqə və qarşılıqlı asılılıq vardır. Sosial faktorlar insan faktorunun getdikcə artan rolu vasitəsilə müasir istehsalın inkişaf proseslərinə mühüm təsir göstərir. Məhz insan kapitalı xalqların inkişaf və yaşayış səviyyəsinin, qazandığı uğurların əsas zəmini kimi çıxış edir. Məlumdur ki, müstəqil dövlətimizin inkişafı üçün aparılan islahatların gündəmində də prioriteti məhz insan faktoru təşkil edir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün dövlət proqramında da insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatına” keçidin əsasının qoyulmalı olduğu, bunun üçün isə həlledici olan insan kapitalının adekvat inkişafının ön plana çəkilməli olduğu müəyyənləşdirilmişdir.
Dövlət qulluğunda da kadr siyasətinin əsas vəzifələrindən birini kadr potensialının, kadrların peşəkarlığının inkişaf mexanizminin formalaşdırılmaşı təşkil edir. Bu işdə kadrların təlim sistemi mühüm əhəmiyyət kəsb edir. Səmərəli təlim prosesinin məntiqi sxemini bu cür təsəvvür etmək olar: strategiya- tələbat-proqram-plan-qiymətləndirmə. Təlim prosesi öncə təşkilatın təlim strategiyasının, strateji hədəf, məqsəd və vəzifələrin müəyyənləşdirilməsindən və daha sonra isə bu məqsədə nail olmaq üçün hansı təlimlərə tələbatın olduğunun aydınlaşdırılmasından başlanılır. Bu tələbatlara uyğun təlim proqramları qurulur. Təlim proqramları kortəbii deyil, məhz strategiyaya əsasən tərtib olunur və təşkilatın təlim tədbirləri planına daxil edildikdən sonra ardıcıllıqla tədris olunur və sonda təlim prosesi, həmçinin təlim iştirakçılarının qiymətləndirilməsi həyata keçirilir.
Bildiyimiz kimi, cəmiyyətin inkişafına uyğun olaraq təlimə və onun metodlarına olan tələblər də mürəkkəbləşmiş, müasir dövrün tələblərinə uyğunlaşmışdır. Ənənəvi didaktik təlim sisteminə görə tədris yalnız təhsil məqsədinə xidmət etdiyi halda, elmi-texniki tərəqqi nəticəsində təlim prosesinə yeni daxil olan təlim texnologiyaları təlimin yeni istiqamətlərini formalaşdırdı, onun funksional təyinatında mühüm dəyişiklərə səbəb oldu. Belə ki, ənənəvi təlimdə əzbərçilik əsas məqam olduğu halda, müasir təlimin əsas məqsədi rəqabətə qabil, yaradıcı düşüncə tərzinə, tətbiqetmə qabiliyyətinə, çevik təfəkkürə, idarəetmə məharətinə, qərar vermək bacarığına malik, dəyişən şəraitə çevik uyğunlaşa bilən şəxsiyyəti formalaşdırmaqdan ibarətdir. Müasir təlim prosesi dövlət qulluqçusunun həm biliklərini, bacarıqlarını, həm də şəxsi keyfiyyətlərini yüksəltməyə, onun davranışının arzu olunan istiqamətdə təkmilləşdirilməsinə yönəlməlidir. Səmərəli təlim mexanizmi üçün kadrların təlim tələbatının ödənilməsi formalarının, təlim metodlarının düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bunun üçün təlim prosesi kortəbii qaydada deyil, məhz strategiya əsasında təşkil olunmalıdır. Strategiya təşkilatın fəaliyyət istiqamətlərinə və hədəflərinə uyğun tərtib olunaraq müəyyən müddəti əhatə etməlidir. Təlim strategiyası dövlət orqanı kadrlarının inkişaf strategiyasının tərkib hissəsi olaraq onun strateji məqsədlərinin həyata keçirilməsi üçün zəruri olan tədbirləri nəzərdə tutmalıdır. Təlim strategiyasının məqsədi formal olmayıb, təşkilatın qarşısındakı vəzifələrə nail olmaq istiqamətində müvafiq hazırlıqlı kadrların formalaşdırılmasını, həmçinin kadrların optimal təlim sistemini, təlimçi bazasını formalaşdırmağa və təlim proqramlarının və metodlarının müntəzəm təkmilləşdirilməsinə xidmət etməlidir.
Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planında nəzərdə tutulan tədbirlərdən birini də məhz iş yerində təhsilin davam etdirilməsi və modul təlim proqramlarının hazırlanması və tətbiqi təşkil edir. Beynəlxalq təcrübədə də dövlət qulluqçularının qulluqdan ayrılmadan təhsil forması daha operativ hesab olunur. Çünki iş yerində təlimin aktiv forma və metodlarından istifadə olunması onu daha səmərəli edir. Müasir kadr siyasəti fəal, interaktiv təlim metodları və üsullarının tətbiqi ilə intensiv təlim prosesinin keçirilməsini tələb edir. İnteraktiv təlim metodları təlimi daha əhəmiyyətli və maraqlı etməklə, iştirakçıların fəallığının maksimum artmasına zəmin yaradaraq onun inkişafetdirici əhəmiyyətini yüksəldir. Auditoriyadan, qarşıya qoyulmuş məqsəddən, konkret şəraitdən asılı olaraq təlim metodlarının müxtəlif növləri (məsələn, mühazirə, seminar, təqdimat, vəziyyətin modelləşdirilməsi, tapşırıqlar, beyin hücumu, qrup işi, işgüzar rol oyunları və s.) tətbiq olunur.
Ölkədə yaradılan milli idarəetmə modeli - “Asan xidmət”də də təlim mexanizmi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətlərindən birini də məhz təlimlərin keçirilməsi təşkil edir. Agentlikdə səmərəli təlim modelinə, innovativ təlim metodlarına və texnologiyalarına əsaslanan təlim qaydaları hazırlanmış, təlim strategiyası təsdiq olunmuşdur. Strategiyanın məqsədi müasir təlim standartlarına və infrastruktura malik olan, əhatəli, səmərəli, çevik və informasiya cəmiyyətinin təşəkkülünü təmin edən innovativ təlim sistemini yaratmaqla peşəkar, kreativ, milli dəyərlərə sadiq və innovativ düşüncəyə malik kadr potensialını formalaşdırmaqdan ibarətdir. Agentliyin təlim strategiyasında müəyyən olunan strateji vəzifələrindən birini də məhz insan kapitalının peşəkarlığının və fərdi keyfiyyət xüsusiyyətlərinin inkişaf etdirilməsi təşkil edir. Bu cür təlimlər etik davranış qaydalarının, təşkilat daxilində nizam-intizamın, korporativ mədəniyyətin yüksəldilməsinə, həmçinin dinləmə və izahetmə bacarığına, səmərəli ünsiyyətin qurulmasına, verbal və qeyri-verbal ünsiyyətə, telefon danışıqlarının texnologiyası və etiket qaydalarına dair biliklərin inkişafına xidmət edir. Fərdi keyfiyyət xüsusiyyətlərinin inkişaf etdirilməsinə yönələn təlimlər həmçinin əməkdaşlarda analitik təhlilin, özünü təqdimetmə bacarığının, strateji idarəçiliyə və korporativ idarəetməyə, idarəetmə qabiliyyətlərinə, səmərəli kadr texnologiyalarına, xarici dil, ikt və s. biliklərin və qabiliyyətlərin inkişaf etdirilməsi üçün də mühüm əhəmiyyət kəsb edir. “Asan xidmət” təlim sistemində təlim tələbatları müvafiq anketlər, testlər, sorğular, həmçinin qiymətləndirmə və monitorinq nəticələri ilə müntəzəm olaraq müəyyən olunur.
Beləliklə, bütün sahələrdə dinamik və uğurlu inkişafa nail olan Azərbaycan Respublikasında insan kapitalının və kadr potensialının formalaşdırılmasına verilən önəm kadr siyasətinin icra mexanizmlərində və metodlarında da təzahür etməkdədir. Ölkədə qurulan müasir idarəetmə modelinin dinamik, daim inkişaf edən, məzmunu və strukturu inkişaf tendensiyalarına uyğun olaraq dəyişən, yeni formalar, interaktiv və fəal metodlarla xarakterizə olunan təlim mexanizmini aktuallaşdırması dövlət qulluğunun peşəkar, yüksək etik dəyərlərə və məsuliyyət hissinə malik olan kadr korpusundan ibarət mühüm sosial-hüquqi mexanizm kimi çıxış etməsinə zəmin yaradan hallardan biridir.

Nazənin HÜSEYNOVA,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!