01 İyun 2026 09:47
125
CƏMİYYƏT
A- A+
İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür


İyun ayının 1-i əksər ölkələrdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bu günün keçirilməsi barədə qərar 1925-ci ildə Cenevrədə uşaqların rifahına həsr olunmuş Ümumdünya Konfransında qəbul edilib. Uşaqların Beynəlxalq Müdafiəsi Günü rəsmi olaraq 1949-cu ilin noyabrında Parisdə Beynəlxalq Demokratik Qadınlar Federasiyası Konqresinin qətnaməsi ilə təsis edilib və ilk dəfə 1950-ci ildə qeyd olunub.

Bu günün bayrağı da var. Böyüməni, harmoniyanı, təravəti və məhsuldarlığı simvolizə edən yaşıl fonda Yer kürəsini qırmızı, sarı, mavi, ağ və qara rənglərdə stilizə olunmuş fiqurlar əhatə edir. Həmin insan fiqurları müxtəlifliyin və tolerantlığın rəmzi hesab olunur. Mərkəzdə yerləşdirilmiş Yer fiquru bizim ümumi evimizin simvoludur.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü yalnız uşaqlar üçün şən bir gün deyil. Bu gün həm də cəmiyyətə uşaqların hüquqlarını qorumağın vacibliyini xatırladır ki, bütün uşaqlar xoşbəxt böyüsün, təhsil alsın, sevdikləri işlə məşğul olsun və gələcəkdə ölkələrinin layiqli vətəndaşları olsunlar.

Bu gün dünyada uşaqlar tez-tez böyüklərin aqressiv davranışlarının qurbanına çevrilir, həmçinin müxtəlif təhlükələrlə üzləşirlər. Bunlara media və internetin uşaqların fiziki və psixi sağlamlığına mənfi təsiri, Asiya və Afrika ölkələrində uşaqların aclıqdan və xəstəliklərdən əziyyət çəkmələri, bəzilərinin 5 yaşına çatmadan vəfat etmələri daxildir. Bir çox uşaqları QİÇS, savadsızlıq və silahlı münaqişələr təhdid edir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 1989-cu ildə Uşaq Hüquqları Konvensiyasını qəbul edib. Bu, Uşaq Hüquqları Bəyannaməsinin qəbulundan 30 il sonra baş verib. Konvensiyada dövlətlərin, hökumətlərin, qeyri-hökumət təşkilatlarının, medianın və ayrı-ayrı şəxslərin uşaqların hüquqlarının qorunması üçün hansı tədbirləri görməli olduqları göstərilir. Bu gün dünyada uşaqların 96 faizindən çoxu Uşaq Hüquqları Konvensiyasını təsdiqləməklə uşaq hüquqlarının qorunması öhdəliyini götürmüş ölkələrdə yaşayır.

Azərbaycanda uşaqların hüquqlarının qorunması və onların müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Uşaqlar cəmiyyətin gələcəyi hesab olunurlar və onların sağlam, təhlükəsiz və xoşbəxt böyümələri üçün müxtəlif qanunlar, proqramlar və sosial layihələr həyata keçirilir.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir, uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Eyni zamanda, şəhidlərimizin ailə üzvləri və onların yadigarları dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunublar.

Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən daim uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları diqqət mərkəzində saxlanılır və bu istiqamətdə çoxsaylı tədbirlər görülür, layihələr həyata keçirilir. Ölkəmizdə uşaqların sağlam və savadlı böyüməsi Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqaməti olduğundan Fond tərəfindən bu istiqamətdə müxtəlif genişmiqyaslı proqramlar həyata keçirilməkdədir.

BMT tərəfindən qəbul olunmuş Uşaq Hüquqları Konvensiyasına Azərbaycan da qoşulub. Bununla ölkəmiz uşaqların hüquqlarının beynəlxalq standartlara uyğun qorunmasını üzərinə götürüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir

10:43
01 İyun

Cənubi Koreyanın ixracı mayda rekord həddə çatıb

10:41
01 İyun

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:39
01 İyun

Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz

10:37
01 İyun

Prezident İlham Əliyev: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu  

10:29
01 İyun

Dünya birjalarında neft bahalaşıb

10:21
01 İyun

Müdafiə naziri Zakir Həsənov Gürcüstanda səfərdədir

10:16
01 İyun

Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir YENİLƏNƏCƏK

10:06
01 İyun

Birinci siniflər üzrə son statistika açıqlanıb

09:51
01 İyun

İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

09:47
01 İyun

Birinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib  

09:38
01 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib  

09:37
01 İyun

Eksperimental xərçəng dərmanının sınaqları ümidverici nəticələr göstərib

09:33
01 İyun

Tramp: İranla razılaşma, əsasən nüvə proqramına həsr olunub

09:31
01 İyun

CNN: İran 18 yeraltı raket bazasına girişi bərpa edib

09:29
01 İyun

NYT: ABŞ-nin narkotik qaçaqmalçılarının qayıqlarına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 200-ü ötüb

09:19
01 İyun

Finlandiya hokkey üzrə beşinci dəfə dünya çempionu olub

09:12
01 İyun

Küveytdəki hava bazasına hücum nəticəsində dörd ABŞ hərbçisi yaralanıb

09:01
01 İyun

Uşaqların müdafiəsi hər birimizin ortaq məsuliyyətidir

07:50
01 İyun

“Tasnim”: Tramp müqavilənin mətnində dəyişiklik etsə, İran da öz əlavələrini edəcək

23:49
31 May

Azərbaycan cüdo millisi Avropa Kubokunu 5 medalla tamamlayıb

23:01
31 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!