03 Noyabr 2025 18:19
461
SİYASƏT
A- A+
İtaliyanın “RAI” telekanalı Azərbaycanla bağlı geniş reportaj yayımlayıb  

İtaliyanın “RAI” telekanalı Azərbaycanla bağlı geniş reportaj yayımlayıb  


İtaliyanın RAI telekanalının “Tv7” həftəlik xəbər buraxılışında Azərbaycanla bağlı növbəti geniş reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, kanalın ölkəmizə ezam edilən jurnalisti Barbara Karfanyanın müəllifi olduğu reportajda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev italiyalı jurnalistə müsahibəsində ölkəmizin Avropa və Asiyanın, Şərqlə Qərbin qovşağında yerləşdiyini deyib: “Azərbaycan Qərbdən Şərqə uçan quş kimidir və Şərqin ən qərb ölkəsi, Qərbin ən şərqidir. Biz Qara dəniz bölgəsinin bir hissəsi, Avropa qurumlarının üzvüyük və Avropa mədəniyyətini bölüşürük. Eyni zamanda, ölkəmiz Yaxın Şərq və Orta Asiyadan keçən ticarət yolları və ənənəvi logistika qovşaqlarının kəsişməsində yerləşir”.

Jurnalist avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtondakı görüşünə dair Birgə Bəyannamənin imzalandığını, eləcə də Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin razılaşdırılmış mətninin paraflandığını xatırladır. Vurğulanır ki, bununla da Qarabağda 30 illik qanlı müharibəyə son qoyuldu və Donald Tramp bu illər ərzində heç kimin edə bilmədiyini etdi. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsinin Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcəyi qeyd olunur. Bu ticarət dəhlizinin, eyni zamanda, geosiyasi kontekstdə Xəzər dənizi ətrafındakı bölgənin getdikcə daha mərkəzi mövqeyə, enerji və rəqəmsal marşrutlar üçün vacib haba çevrilməsinə səbəb olacağı, Şərq və Qərb arasında yeni bağlantı yaradacağı bildirilir.

Reportajda, eyni zamanda, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada aparılan bərpa və yenidənqurma layihələrindən bəhs edilir. Burada beşulduzlu mehmanxananın artıq dünyanın siyasi liderlərini qəbul etdiyi bildirilir. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı barədə də məlumat verilir.

Hikmət Hacıyev hərbi təcavüz və 30 ilə yaxın davam edən işğal dövründə yerlə-yeksan edilən Ağdamın “Qafqazın Xirosiması” adlandırıldığını bildirib.

“Biz Cənubi Qafqaz üçün yeni və hərtərəfli təhlükəsizlik arxitekturası qurmaq istəyirik”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Ölkəmizin Qafqazı çoxqütblü dünyanın kəsişməsinə çevirmək niyyətində olduğu vurğulanır.

Bundan başqa, reportajda Azərbaycanın reallaşdırdığı bərpaolunan layihələr - xüsusən də külək və günəş enerjisi layihələri barədə məlumat verilir. Qazaxıstandan başlayaraq Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik rabitə xəttinin əhəmiyyətindən bəhs olunur, layihənin Azərbaycanı Avropaya birləşdirəcəyi bildirilir. Ölkəmizdən çoxlu sayda məlumat trafiki keçəcəyi, bununla da rəqəmsal mərkəzə çevrilməyin hədəfləndiyi qeyd olunur.

Həmçinin Qobustan Milli Tarix-Bədii Qoruğu barədə də məlumat verilir. Minilliklər boyu miqrasiya və ticarət mərkəzi olan Azərbaycanın mədəni və təbii irs baxımından zəngin ölkə olduğu, Qobustan qoruğunun tarixin daş yaddaşı hesab edildiyini bildirilir. Diqqətə çatdırılır ki, paytaxt Bakıdan 55 kilometr məsafədə yerləşən qoruqdakı qayaüstü rəsmlər və Qaval daşı eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edir. Burada açıq səma altında 6 mindən çox qayaüstü təsvir və petroqlif var.

Qeyd edək ki, RAI telekanalı daha əvvəl ölkəmizlə bağlı silsilə reportajlar yayımlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!