13 Fevral 2025 15:51
1986
Elm və texnika
A- A+
İtaliyanın Luiss Universitetinin nümayəndə heyəti ADA Universitetində görüşlər keçirir: əməkdaşlıq genişləndirilir  

İtaliyanın Luiss Universitetinin nümayəndə heyəti ADA Universitetində görüşlər keçirir: əməkdaşlıq genişləndirilir  

İtaliyanın “Luiss Guido Carli” Universitetinin nümayəndə heyəti İtaliya-Azərbaycan Universiteti təşəbbüsü çərçivəsində əməkdaşlığı möhkəmləndirmək üçün ölkəmizə səfər edib.

AZƏRTAC xəbər verir ki, ADA Universitetində müzakirələr aparan heyət təhsil proqramlarının genişləndirilməsi, tələbələr üçün yeni imkanların araşdırılması və institusional əlaqələrin dərinləşdirilməsi məsələlərinə toxunublar.

Görüşlər hər iki universitetin akademik və idarəetmə komandasının üzvlərinin, İtaliya-Azərbaycan Universiteti təşəbbüsünü həyata keçirən ekspertlərin iştirakı ilə baş tutub.

Görüşlərdə ADA Universitetinin Hüquq fakültəsi ilə birgə həyata keçiriləcək “3+2” hüquq proqramının təqdim edilməsi ilə bağlı ilkin müzakirələr aparılıb. Proqram çərçivəsində tələbələr üç il Bakıda, iki il isə Romada təhsil alacaq və beynəlxalq perspektivə əsaslanan hüquq təhsili əldə edəcəklər. Beşillik təhsil müddətinin sonunda məzunlar hər iki universitetin təhsilinə yiyələnəcəklər.

Bundan əlavə, beynəlxalq münasibətlər üzrə ikili diplom proqramının da irəli sürülməsi müzakirə olunub. Bu proqram ADA Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə magistr proqramının və Luiss Universitetinin Beynəlxalq münasibətlər ixtisasının birləşməsindən yaranacaq. Yüksək akademik göstəricilərə malik tələbələr üçün nəzərdə tutulan bu seçim əsaslı proqram onların diplomatiya və beynəlxalq tədqiqatlar sahəsində biliklərini dərinləşdirəcək və qlobal karyera imkanlarını artıracaq.

Akademik müzakirələrdən əlavə, Luiss nümayəndə heyəti Azərbaycanın hökumət rəsmiləri ilə görüşlər keçirəcək. Görüşlərin əsas mövzularından biri “Made in Azerbaijan” brendinq təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndirilməsi olacaq. Bu müzakirələr təhsil vasitəsilə iqtisadi və biznes əlaqələrinin möhkəmləndirilməsinə yönəlib.

Bu səfər ADA və Luiss universitetləri arasında qurulmuş uğurlu əməkdaşlığın davamıdır. Belə ki, hər iki universitetin birgə təqdim etdiyi magistr proqramına artıq iki tələbə qrupu qəbul edilib. Gələcəkdə əməkdaşlığı daha da inkişaf etdirmək üçün tərəflər müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssislərin peşəkar bacarıqlarını artıracaq ixtisasartırma proqramları təklif etməyi planlaşdırırlar.

Qeyd edək ki, bu tərəfdaşlıq iki ölkə arasında akademik və strateji əlaqələrin daha da güclənməsinə töhfə vermək məqsədi daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndidə Torpaq çərşənbəsi: Zəfər meydanında bayram tonqalı alovlanıb  

22:57
17 Mart

Xocalıda torpaq çərşənbəsi münasibətilə bayram tonqalları yandırılıb  

22:50
17 Mart

Şuşada İlaxır çərşənbə: Qala qapısı qarşısında bayram tonqalı qalanıb  

21:23
17 Mart

Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb  

20:51
17 Mart

Tramp NATO-dan çıxmaq barədə: Bu düşünməli olduğumuz bir məsələdir  

20:43
17 Mart

Xocavənd şəhərində 34 ildən sonra Novruz bayramının rəmzi olan tonqal alovlandırılıb  

20:19
17 Mart

Ağdam şəhərində Novruza həsr olunmuş bayram konserti

20:03
17 Mart

Tramp: Bizim heç kimin köməyinə ehtiyacımız yoxdur

19:47
17 Mart

Nazir: Özünüməşğulluq proqramına 110 mindən çox şəxs cəlb olunub

19:01
17 Mart

Milli Məclis Aparatının rəhbəri: Parlamentlə məhkəmə orqanları arasında sıx əməkdaşlıq qurulub

18:21
17 Mart

İranla müharibəyə görə ABŞ-də ilk istefa

18:17
17 Mart

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin aprel ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:05
17 Mart

Məcnun Məmmədov: Kənd təsərrüfatı innovasiya, texnologiya və sahibkarlığın birləşdiyi strateji sahəyə çevrilir  

17:58
17 Mart

“AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiqlənib  

17:43
17 Mart

Hörmüz boğazında böhran qlobal maliyyə sistemində sarsıntıları dərinləşdirir  

17:37
17 Mart

Neft qiymətləri Yaxın Şərqdəki münaqişə başlayandan bəri 40 faizdən çox artıb  

17:13
17 Mart

“Paris-2024”də 2-ci yeri tutan Azərbaycan boksçusunun da medalı dəyişdiriləcək  

17:08
17 Mart

Polşa Baş nazirinin müavini Azərbaycana qarşı həyata keçirilən dron hücumlarını pisləyib  

17:00
17 Mart

“Starlink” şəbəkəsində internet peyklərinin sayı 10 mini ötüb  

16:57
17 Mart

Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

16:56
17 Mart

Kənd təsərrüfatı nazirinin müavini Goranboyda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

16:50
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!