İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
AZƏRTAC məktubu təqdim edir:
“Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri.
IX Qlobal Bakı Forumunda iştirak etməyim barədə Sizin dəvət məktubunuzu aldım.
Təəssüf hissi ilə Sizə bildirməliyəm ki, qrafikimdə olan institusional öhdəliklər səbəbindən bu tədbirdə iştirak edə bilməyəcəyəm.
Mən əminəm ki, builki Forum da faydalı fikir mübadiləsi üçün imkan yaradacaq. Seçdiyiniz mövzu - “Qlobal dünya nizamına təhdidlər” bu niyyətin ifadəsidir.
Pandemiyanın iqtisadi və sosial təsirləri, həmçinin Rusiyanın Ukraynaya qarşı təcavüzünün dəhşətli nəticələri ilə hazırkı kontekst tələb edir ki, biz xalqlar arasında dialoq və əməkdaşlıq dəyərlərini daha böyük əzmlə təbliğ etmək məsuliyyətini öz üzərimizə götürək.
Beynəlxalq nizamın getdikcə pozulması riski ilə yanaşı, imperializm və militarizm təhlükəsinin yenidən meydana çıxması fonunda Bakıda keçirilən bu tədbir kimi təşəbbüslər daha da böyük əhəmiyyət kəsb edir. Bu təşəbbüslər müxtəlifliyə hörmət, digər mədəniyyətlərlə sistemli qarşılıqlı əlaqə və digərlərinin mühüm ləyaqətinin eyni dərəcədə tanınmasına əsaslanır ki, bunlar da dünyada sülh və sabitliyin təmin olunmasının əsas elementləridir.
Fəaliyyətinizə dərin ehtiramımı bildirməklə mən Qlobal Bakı Forumunun işinə səmimi-qəlbdən uğurlar diləyir və Sizə ən xoş arzularımı çatdırıram.
Hörmətlə,
Sercio Mattarella
İtaliya Respublikasının Prezidenti”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS ...
27 Aprel
Mərakeş Kralı COP29-a dəvət olunub
27 Aprel
"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
26 Aprel
Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsi...
26 Aprel
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
26 Aprel
Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daş...
26 Aprel
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
26 Aprel
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar...
26 Aprel
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!