İslahatlar yeni iqtisadi artımlarla əlamətdardır
2019-cu ilin birinci yarısında istehsal olunan ÜDM-in həcmi bunu təsdiq edir
Azərbaycan iqtisadiyyatında 2016-cı ildən başlanan yeni islahatlar, strateji yol xəritələrində qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsi müsbət nəticələrini göstərməkdə davam edir. Artıq üç ildir ki, iqtisadiyyatımız yeni artım tendensiyaları nümayiş etdirir. Həm də görünən odur ki, yeni mərhələdə artım qeyri-neft sektorunun hesabınadır.
37 milyard 825,2 milyon manatlıq məhsul
Bir neçə il əvvəl qlobal və regional səviyyədə gedən mürəkkəb və ziddiyyətli proseslər dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycana da müəyyən dərəcədə öz təsirini göstərmişdi. Xüsusən 2014-cü ilin sonlarından etibarən neftin qiymətinin azalması iqtisadi riskləri artırmışdı. Neftin qiymətlərinin 3 dəfəyədək aşağı düşməsi Azərbaycanın valyuta ehtiyatlarının da azalmasına gətirib çıxarmışdı.
Lakin Azərbaycan bu sınaqdan üzüağ və uğurla çıxdı. Prezident İlham Əliyevin fərman və sərəncamları ilə 2016-cı ilin əvvəllərindən dərhal yeni iqtisadi islahatlara start verildi. İlk növbədə qeyri-neft sektoru istehsalının və ixracının stimullaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirildi. Bu məqsədlə iqtisadi fəaliyyət sahəsində gömrük və vergi güzəştləri tətbiq olundu. Vergi və gömrük sahəsindəki yeniliklər, lisenziyaların verilməsinin və biznesə başlama prosedurlarının sadələşdirilməsi, yoxlamaların aradan qaldırılması, yerli istehsalın və onun ixracının dövlət tərəfindən stimullaşdırılması, "Made in Azerbaijan” brendinin dünyada tanıdılması qeyri-neft sektorunun inkişafına səbəb oldu. Təbii ki, yeni iqtisadi islahatların bir qismi maliyyə sektorunu əhatə etdi. Yeni çağırışlardan irəli gələrək bankların restrukturizasiyası və kapitallaşması, aktivlərin sağlamlaşdırılması, sığorta bazarının inkişafı, maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində tədbirləri əks etdirən strateji hədəflər müəyyən edildi.
Təsadüfi deyil ki, həyata keçirilmiş islahatlar və tədbirlər fonunda Azərbaycan Dünya Bankının "Doing Business 2019” hesabatında 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, MDB ölkələri arasında lider, dünyanın ən islahatçı 10 ölkəsindən biri və ən çox islahat aparan ölkə hesab olunub.
İslahatların nəticəsi olaraq hələ 2017-ci ildən iqtisadiyyatda yeni artım meyilləri müşahidə olunmağa başladı. Əvvəlki dövrlərin davamı olaraq 2019-cu ilin birinci yarısının da iqtisadi nəticələri ürəkaçandır. Belə ki, bu ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 37 milyard 825,2 milyon manata çatıb. Əhalinin hər nəfərinə düşən ÜDM isə 3 min 828,1 manata bərabər olub. ÜDM istehsalının 44,6 faizi sənayenin, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşüb.
İqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 1,3 faiz, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artıb.
23,6 milyard manatlıq sənaye məhsulu
Yuxarıda qeyd olunduğu kimi, ÜDM istehsalının 44,6 faizi sənayenin payına düşüb. Ümumiyyətlə, sənayenin inkişafı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində qarşıya qoyulan əsas vəzifələrdən biridir. Təsadüfi deyil ki, dövlət başçısının müəyyən etdiyi inkişaf kursundan irəli gələrək ölkədə sənaye potensialının daha da gücləndirilməsi, istehsalda rəqabət qabiliyyətinin artırılması, son məhsuladək texnoloji zəncirin qurulması istiqamətində mühüm işlər görülüb. Xüsusən ölkənin ayrı-ayrı bölgələrində sənaye parklarının və məhəllələrinin yaradılması Azərbaycan dövlətinin qarşıya qoyulan məqsədlərə doğru inamla addımladığını göstərir. Əgər ölkəmizdə sənaye yüksəlişinin birinci mərhələsi karbohidrogen resurslarına əsaslanırdısa, indiki mərhələdə inkişafın iqtisadi səmərəlilik üzərində qurulması və qeyri-neft sənayesinin yüksəlişi daha çox diqqət mərkəzindədir.
ÜDM-də baş verən artımın təxminən yarıya qədərinin də sənayenin payına düşməsi bu sahədə əldə olunan nailiyyətlərdən xəbər verir. Ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsulları istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parklarının yaradılması ilə bağlı göstərilən təşəbbüslər də bu gün real nəticələrlə müşahidə olunmaqdadır.
Beləliklə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-iyun aylarında 23,6 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,7 faiz artıb. Sənaye məhsulunun 69,5 faizi mədənçıxarma sektorunda qeydə alınsa da, ildən-ilə qeyri-neft sektorunda da artım baş verir.
Sənayedə əldə olunan uğurlu nəticələr göstərir ki, Azərbaycan Respublikası qlobal miqyasda baş verən sənaye inqilabının çağırışlarına uyğun olaraq bu sahədə siyasətini keyfiyyətcə yeni müstəviyə qaldırıb.
Azərbaycan dövlətinin iqtisadi inkişaf xəttinin hədəfləri aydındır: neftdən asılı olmayan iqtisadiyyat, sahibkarlığın və ixracın dəstəklənməsi, modern və innovasiyalara əsaslanan sənayeləşmə, eləcə də bütün bunlardan irəli gələrək əhalinin sosial rifahının yüksəldilməsi. Məhz bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycanda iqtisadi inkişafı, o cümlədən sənayeləşməni gücləndirib. Hər ilin hesabat dövrlərində qeydə alınan nəticələr bunu təsdiq edir.
İqtisadiyyatda müsbət makroiqtisadi göstəricilərin isə ilin ikinci yarısında da artan xətlə yüksələcəyi gözləniləndir. Çünki yeni islahatlar kursu məhdud dövrlə kifayətlənməyərək perspektivdə iqtisadiyyatın bütün sahələrində davamlı artımı və inkişafı nəzərdə tutur.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
İlk ali təhsilli Azərbaycan heykəltaraşı
28 Aprel
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!