30 Dekabr 2025 12:51
155
CƏMİYYƏT
A- A+
İşçi hüquqlarının gücləndirilməsi üçün Əmək Məcəlləsinə yeni anlayışlar əlavə olunur

İşçi hüquqlarının gücləndirilməsi üçün Əmək Məcəlləsinə yeni anlayışlar əlavə olunur

Əmək, Cinayət, Vergi və Cəzaların İcrası məcəllələrində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilir.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin dekabrın 30-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Qeyd olunub ki, son illərdə ölkəmizdə işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilib. Bu xüsusda əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılmasına yönəlmiş institusional mühitin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Əmək normalarının beynəlxalq əmək normaları nəzərə alınmaqla təkmilləşdirilməsinə, elektron sistemlərin tətbiqi ilə əlaqədar yeni qaydaların müəyyən edilməsinə, eləcə də ötən dövr ərzində əmək qanunvericiliyində aşkar edilmiş boşluqların aradan qaldırılmasına zərurət yaranır.

Bu məqsədlə hazırlanan yeni layihəyə əsasən, 3 əsas istiqamət üzrə Əmək Məcəlləsində dəyişikliklər edilməsi nəzərdə tutulur:

1. Mahiyyəti üzrə təkmilləşdirmə məqsədi daşıyan, habelə, əmək münasibətlərində çevik və sosialyönümlü hüquqi tənzimləmələrin tətbiqini, həmçinin müasir iş şəraitinə uyğun olaraq yeni anlayışların qanunvericiliyə gətirilməsini hədəfləyən dəyişikliklər;

2. BƏT-in Konvensiyalarına və beynəlxalq təcrübəyə uyğun olaraq milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə edilən dəyişikliklər;

3. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərindən irəli gələrək uyğunlaşdırma çərçivəsində edilən dəyişikliklər.

Layihədə Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasına tələblərindən irəli gələrək Məcəllənin 3-cü maddəsində istifadə edilən anlayışlar sırasına "ailə vəzifələri olan işçi" anlayışı gətirilib. Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-cü il 10 iyul tarixli 227 nömrəli birgə qərarla bağlanmış "2014-2015-ci illər üçün Baş Kollektiv Saziş"in 2.3-cü bəndində Məcəllədə "minimum əməkhaqqı" anlayışının Beynəlxalq Əmək Təşkilatının 131 nömrəli Konvensiyasının 3-cü maddəsində verilən tərifə uyğunlaşdırılması öhdəliyi götürülüb. Bu öhdəlik "minimum əməkhaqqı" anlayışının BƏT-in 131 nömrəli Konvensiyasının 3-cü maddəsinə uyğunlaşdırılması məqsədilə yeni redaksiyada verilib.

Məcəllənin bir sıra maddələrində işçilərin ezamiyyəsi, eləcə də ezamiyyəni qadağan edən hallar barədə norma və qaydalar mövcuddur. Bununla yanaşı, Məcəllədə işəgötürənin işçini xidməti tapşırıqların yerinə yetirilməsi zərurəti ilə əlaqədar ezamiyyətə göndərmək hüququ, eləcə də işçinin belə hallarda ezamiyyə xərclərini almaq hüququ öz əksini tapmayıb. Göstərilənlərə əsasən, Məcəllənin 3-cü maddəsində istifadə edilən anlayışlar sırasına "Ezamiyyət” anlayışı gətirilib.

Prioritet istiqamət olaraq işçilərin əmək funksiyalarının distant iş formasında yerinə yetirilməsi sahəsi üzrə qanunvericiliyin formalaşdırılmasını müəyyən etmək, bu xüsusda işçilərin distant iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Məcəllənin 3-cü maddəsinə "Məsafədən (distant) iş" anlayışı gətirilib.

Əmək Məcəlləsinin 10-1-ci maddəsinin işləmə mexanizmini tənzimləmək, təcrübədə yaranan anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə çalışma müddətinin uzadılmasının işəgötürənin əmri (sərəncamı) ilə rəsmiləşdirilməsi və bu halda, işçinin əmək müqaviləsinə əsasən xitam verilməsinə və uzadılan müddətə müddətli əmək müqaviləsinin bağlanılmasına yol verilməməsi ilə bağlı tənzimləyici norma əlavə edilib.

"Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununa əsasən Məcəllənin bir çox maddələrində "əmək müqaviləsinin ləğv edilməsi" və ya "əmək müqaviləsinə xitam verilməsi" ifadələri eyniləşdirilib.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bayramda düzgün qidalanma ilə bağlı tövsiyələr

15:08
30 Dekabr

DİN: Bayram günlərinin təhlükəsiz keçməsi üçün qaydalara əməl edək

14:47
30 Dekabr

Vəkillər bir çox məlumatları real vaxt rejimində əldə edə biləcəklər

14:44
30 Dekabr

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin müraciəti

14:21
30 Dekabr

Bakı şəhərində 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı olub

13:39
30 Dekabr

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilir

13:37
30 Dekabr

Milli Məclisin payız sessiyası başa çatıb

13:34
30 Dekabr

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib

13:33
30 Dekabr

Məişət zorakılığı qurbanları üçün mühafizə orderi üzrə dövlət rüsumu ləğv edilir

13:31
30 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi

13:30
30 Dekabr

Cəbrayıl və Zəngilan rayonlarında ilk dəfə Yeni il Qış yarmarkası keçirilib

13:28
30 Dekabr

Türkiyədə terrorçularla əlaqədə şübhəli bilinən 127 nəfər saxlanılıb

13:26
30 Dekabr

İşçi hüquqlarının gücləndirilməsi üçün Əmək Məcəlləsinə yeni anlayışlar əlavə olunur

12:51
30 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

12:49
30 Dekabr

Parlament Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri təsdiqləyib

12:47
30 Dekabr

Azərbaycan XİN: Tayvanın müstəqilliyini tanımırıq

12:44
30 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir

12:43
30 Dekabr

Mixail Qaluzin: Bu il Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı müsbət qiymətləndirilə bilər

12:30
30 Dekabr

Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti azaldılır

12:27
30 Dekabr

Azərbaycan ilə Uqandanın diplomatik və xidməti pasport sahibləri vizadan qarşılıqlı azad edilirlər

12:25
30 Dekabr

Ünvanlı sosial yardım alan ailələrə birdəfəlik maddi yardım ödənilib

12:23
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!