13 Noyabr 2025 19:32
695
DÜNYA
A- A+
İraqda ümumi seçkilərdə Baş nazirin koalisiyası qalib gəlib 

İraqda ümumi seçkilərdə Baş nazirin koalisiyası qalib gəlib 


İraqdakı ümumi seçkilərin qeyri-rəsmi nəticələrinə görə, Baş nazir Məhəmməd Şiə əl-Sudaninin rəhbərlik etdiyi "Yenidənqurma və İnkişaf" koalisiyası ən çox səs toplayaraq birinci yeri tutub. Noyabrın 11-də keçirilən seçkilərin nəticələri İraqın Müstəqil Ali Seçki Komissiyasının sədri, hakim Ömər Əhməd Məhəmməd və komissiya üzvləri tərəfindən keçirilən mətbuat konfransında açıqlanıb.

Paytaxt Bağdadda Baş nazir Sudaninin rəhbərlik etdiyi "Yenidənqurma və İnkişaf" koalisiyası birinci yeri tutub. Keçmiş parlament spikeri Məhəmməd Halbusinin Təqaddum Partiyası ikinci yerə, keçmiş baş nazir Nuri əl-Malikinin "Qanun Dövləti" koalisiyası isə üçüncü yerə sahiblənib. Şiə siyasi və dini lideri Əmmar Həkimin rəhbərlik etdiyi Milli Dövlət Qüvvələri Alyansı dördüncü, Əsaib Əhlilhəq hərəkatı ilə əlaqəli “Sadiqun” siyahısı isə beşinci yeri tutub.

Mosulda Məsud Bərzaninin rəhbərlik etdiyi Kürd Demokrat Partiyası (KDP) birinci, Halbusinin partiyası ikinci, Sudaninin koalisiyası isə üçüncü yerdədir. 

Ərbildə də KDP birinci olub, Kürdüstan Kürdüstan Yurtsevərlər Birliyi (KYB) ikinci yeri, Duruş Hərəkatı üçüncü, Yeni Nəsil Hərəkatı isə dördüncü yeri tutub.

Bəsrədə qubernator Əsəd İdaninin Tasmim koalisiyası ən çox səs toplayaraq birinci yerə yiyələnib, “Sadiqun” siyahısı ikinci, Sudaninin koalisiyası üçüncü, Malikinin koalisiyası isə dördüncü olub.

Ənbarda Halbusinin partiyası birinci yeri tutub. Süleymaniyyədə KYB birinci, Duruş Hərəkatı ikinci, Yeni Nəsil Hərəkatı isə üçüncü yerə sahiblənib. 

Duhokda KYB birinci, İslam Birliyi Partiyası (Yekgirtu) ikinci və Duruş Hərəkatı üçüncü yerdə qərarlaşıb. 

Səlahəddində Halbusi birinci, Sudani ikinci, “Əzim” koalisiyası isə üçüncü yeri qazanıb.

Nəcəf və Kərbəla şəhərlərində Sudani qələbə qazanıb, Vasitdə isə onun liderliyindəki koalisiya üçüncü yerlə kifayətlənib. Musanna qubernatorluğunda Sudani yenə birinci olub, Malikinin koalisiyası isə ikinci yeri tutub. 

Meysan və Zikar, Babil və Qadisiya əyalətlərində Baş nazir Sudaninin rəhbərlik etdiyi "Yenidənqurma və İnkişaf" koalisiyası liderliyi ələ keçirib. 

Kərkük şəhərində KYB birinci, Halbusinin Təqaddum Partiyası ikinci, "İraq Türkmənlərinin Birləşmiş Cəbhəsi" siyahısı üçüncü, KDP isə dördüncü yeri tutub. Orada Ərəb alyansı beşinci, “Əzim” koalisiyası isə altıncı olub.

Diyalada şiə milis lideri Hadi Əmiri və onun "Bədir" hərəkatı birinci, Halbusinin partiyası ikinci, Xamis Xənçərin rəhbərlik etdiyi “Siyadə” Alyansı isə üçüncü yeri tutub. 

Baş nazir Sudani koalisiyasının qələbəsini elan edərək deyib: 

"Yenidənqurma və İnkişaf" alyansı birinci yeri tutdu, çünki o, "İraq birinci" prinsipinə inanır. İraq övladlarının fədakarlığı sayəsində ölkəmiz həmişə prioritetimiz olaraq qalacaq. İş, quruculuq və uğur yolumuzu dəstəklədiyinə görə xalqımıza təşəkkür edirik”. 

Sudani tərəfdarları Bağdad küçələrində yürüş edərək Baş nazirin seçki qələbəsini qeyd ediblər.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

VIII Qurultayın siyasi mesajları  

16:13
05 Oktyabr

Azərbaycanın xarici siyasət modeli  

15:57
05 Oktyabr

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

15:50
05 Oktyabr

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir  

15:49
05 Oktyabr

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb

15:47
05 Oktyabr

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

15:37
05 Oktyabr

Böyük qayıdış daha da sürətlənəcək  

15:34
05 Oktyabr

Güclü dövlət, müstəqil siyasət, sarsılmaz iradə  

15:26
05 Oktyabr

Yeni geosiyasi reallıqlar və Azərbaycanın xarici siyasət strategiyası  

15:01
05 Oktyabr

Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir  

14:54
05 Oktyabr

Azərbaycan öz taleyinin sahibidir  

14:46
05 Oktyabr

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur

14:40
05 Oktyabr

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib  

14:39
05 Oktyabr

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

14:37
05 Oktyabr

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

14:36
05 Oktyabr

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB

14:33
05 Oktyabr

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur  

13:26
05 Oktyabr

Sabah yağış yağacaq

13:24
05 Oktyabr

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  

13:23
05 Oktyabr

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib  

12:33
05 Oktyabr

Yaxın Şərqdən neft ixracının həcmi müharibədən əvvəlki səviyyəni ötüb  

12:33
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!