09 Fevral 2024 19:09
1897
PARLAMENT
A- A+

İraq parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub

 

Fevralın 9-da Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli İraq parlamentinin müşahidə missiyasının üzvləri ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə F.İbrahimli seçkilərdə müşahidəçi kimi iştirakına görə müşahidə missiyasının üzvlərinə təşəkkürünü bildirib, bu seçkilərin tarixi və siyasi əhəmiyyətindən söz açıb.

Azərbaycan və İraq xalqlarını bir-birinə bağlayan dəyərlərdən söz açan Milli Məclis sədrinin müavini ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. O, qonaqlara Azərbaycanın qazandığı uğurlar, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, bu səbəbdən də bəzi siyasi dairələrin təzyiqinə məruz qaldığı barədə məlumat verib.

İraq parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Cabbar Əl-Çnani seçkilərin uğurla keçirilməsinə görə təbriklərini çatdırııb, seçki prosesinin beynəlxalq standartlara uyğun təşkil olunduğunu bildirib. O, Azərbaycan ilə İraq arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, müntəzəm təmasların, o cümlədən parlamentlərarası əlaqələrin intensivliyinin rolunu vurğulayıb.

Görüşdə Milli Məclisin İraqla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov, deputatlar Cavanşir Paşazadə və Əminə Ağazadə, İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Maki Ressan Əl-Mamori prezident seçkilərinin beynəlxalq normalara uyğun və yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb, iki ölkə arasında münasibətlər, parlamentlərarası əlaqələrin perspektivləri barədə fikirlərini bölüşüblər.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video