14 Yanvar 2026 14:01
365
SİYASƏT
A- A+
İranlı ekspert: Azərbaycan və İran Hindistan-Rusiya yükdaşımalarından ildə 1,5 milyard dollar gəlir əldə edə bilər  

İranlı ekspert: Azərbaycan və İran Hindistan-Rusiya yükdaşımalarından ildə 1,5 milyard dollar gəlir əldə edə bilər  


Adından da göründüyü kimi, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi (ŞCBND) şimalda və cənubda yerləşən ölkələr arasındakı ticarətin tənzimlənməsi üçün nəzərdə tutulub. Şimalda Rusiya cənubda isə Hindistan böyük ticarət tərəfdaşıdırlar. Son illər bu iki ölkə arasındakı ticarət dövriyyəsinin artması ŞCBND-ın aktuallığını artırır. Bu dəhliz 20 yaxın dövlətin iqtisadi inkişafına təkan verən bir layihədir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı beynəlxalq nəqliyyat daşımaları üzrə mütəxəssis Məhəmməd Cavad Şahcuyi deyib.

“2025-ci ilin yekunlarına görə, Rusiya ilə Hindistan arasındakı ticarət dövriyyəsi 60 milyard dollara çataraq son 3 ildə 2 dəfə artıb. Dövriyyədəki yükdaşımanın yalnız 10 faizinin İran üzərindən həyata keçirilməsi ölkəyə 1,5-2 milyard dollardan çox vəsait qazandırar. Bu səbəbdən də İran Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin inşasını tez bir zamanda tam başa çatdırıb istismara buraxmaq lazımdır ki, Rusiyadan Hindistana və əks istiqamətə daşınan yüklərdən tranzit gəlirləri əldə etməyə başlansın”, - deyə Məhəmməd Cavad Şahcuyi vurğulayıb.

İranla yanaşı Azərbaycanın da ŞCBND-ın formalaşmasında mühüm rol oynadığını bildirən ekspert vurğulayıb ki, Rusiyadan Hindistana və əks istiqamətə daşınan yüklər Azərbaycan ərazisindən keçərək İrana, daha sonra isə Çabahar limanından Hindistana daşınacaq. Hələlik isə bu dəhlizin əsas seqmentini təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun yalnız Qəzvin-Rəşt-hissəsi istismara verilib: “Rəşt-Astara hissəsində isə işlər davam edir. Yolun bu hissəsi də hazır olduqdan sonra yalnız Hindistan və Rusiya deyil, Cənub-Şərqi Asiya dövlətlərinin Baltikyanı və Qərbi Avropa dövlətləri ilə nəqliyyat əlaqəsi yaranacaq. Təxmini hesablamalara görə, təkcə Hindistan ilə Rusiya arasındakı yükdaşımalardan Azərbaycan ilə İran ildə təxminən 1,5 milyard dollar həcmində tranzit gəlir əldə bilərlər. Cənub-Şərqi Asiya ölkələrindən İranın Çabahar limanına daxil olan yüklərin 40 faizindən çoxu İran və Azərbaycan üzərindən Avropaya daşınacaq. Yüklərin hər tonu üçün beynəlxalq standartlara uyğun olaraq 200-400 dollar arası tranzit haqqı ödənilir ki, bu da dövlət büdcəsinə valyuta axınının təmin edilməsi deməkdir”.

Ekspert nəzərə çatdırıb ki, hazırda İrandakı daxili vəziyyət və Rusiya-Ukrayna münaqişəsi dəhlizlə əlaqədar olaraq bir sıra layihələrin həyata keçirilməsinə imkan vermir: “İran Rəşt-Astara yolunun tikintisini davam etdirir. Lakin iqtisadi sanksiyalar və daxili imkanlar işlərin sürətlə görülməsinə mane olur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

21:17
15 Fevral

Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib YENİLƏNİB 

20:01
15 Fevral

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə, “Araz-Naxçıvan” “Sumqayıt”a qalib gəlib

20:00
15 Fevral

Vuçiç: Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir  

19:59
15 Fevral

Azərbaycan Prezidenti: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq  

19:58
15 Fevral

Prezident İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır  

19:34
15 Fevral

Azərbaycan Prezidenti: Bizim Serbiya ilə gələcək üçün də açıq-aydın planlarımız var

18:50
15 Fevral

Prezident: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir

18:49
15 Fevral

Prezident İlham Əliyev: Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır

18:47
15 Fevral

Vuçiç: Serbiyada və Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədədir

18:45
15 Fevral

Aleksandar Vuçiç: Serbiya ilə Azərbaycanın bir çox ortaq dəyərləri var

18:45
15 Fevral

Azərbaycan-Serbiya sənədləri mübadilə olunub YENİLƏNİB

17:59
15 Fevral

Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirilib

16:49
15 Fevral

Suriya ordusu ABŞ-dən növbəti hərbi bazanı təhvil alıb  

16:39
15 Fevral

Prezident İlham Əliyev Belqradda Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib 

16:01
15 Fevral

Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

15:53
15 Fevral

Moldovanın nüfuzlu portalı Azərbaycan Prezidentinin müsahibəsinə geniş yer ayırıb  

15:39
15 Fevral

Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib 

15:21
15 Fevral

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

15:09
15 Fevral

“Sülh körpüsü” vətəndaş cəmiyyətlərini növbəti dəfə bir araya gətirdi

13:20
15 Fevral

Politoloq Aleksandr Kovalenko: Azərbaycan-Ukrayna münasibətləri daim kifayət qədər yüksək səviyyədə olub 

12:53
15 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!