06 Mart 2026 12:29
574
SİYASƏT
A- A+
İranın Naxçıvana hücumu molla rejiminin nankorluğunun növbəti təzahürüdür

İranın Naxçıvana hücumu molla rejiminin nankorluğunun növbəti təzahürüdür


5 mart 2026-cı il tarixində İran tərəfindən Naxçıvana edilən dron hücumu Azərbaycana qarşı İran dövləti səviyyəsində həyata törədilən terror aktıdır. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər mülki obyeklər İran tərəfindən hədəf alınaraq namərd atəşə məruz qalıb. Bu terror aktı regionda təhlükəsizlik və siyasi münasibətlər baxımından ciddi narahatlıq doğurur. Hesab edirəm ki, bu hadisə hansısa təsadüfi bir hərbi insident deyil, bu, regionda formalaşan geosiyasi mühitə yönələn çox təhlükəli mesajdır və buna adekvat siyasi qiymət və cavab verilməlidir.

İran İslam Respublikasının ərazisindən Naxçıvana həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik. Azərbaycanın suveren ərazisinə qarşı belə bir addım beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Hesab edirəm ki, bu cür addımlar regionda onsuz da həssas olan təhlükəsizlik mühitini daha da gərginləşdirməkdən başqa heç nəyə xidmət etmir.

Bu hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi çökməkdə olan molla rejiminin Azərbaycana münasibətdə sərgilədiyi riyakarlığın və nankorluğun növbəti təzahürüdür. Mülki infrastruktura qarşı dron hücumunun təşkil edilməsi hərbi güc nümayişindən daha çox acizlik, namərdlik və qorxaqlıq əlamətidir. Xüsusilə mülki vətəndaşların istifadə etdiyi obyektlərin hədəf seçilməsi beynəlxalq humanitar hüququn prinsiplərinin kobud surətdə pozulmasıdır.

İran İslam Respublikası qısa zaman ərzində bu məsələyə tam aydınlıq gətirməli, baş verən hadisə ilə bağlı rəsmi izahat verməli, Azərbaycandan üzr istəməli, bu terror aktını törədənləri cinayət məsuliyyətinə cəlb edilməli və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün zəruri tədbirlər görməlidir. Əks halda bu hadisə regionda etimad mühitinə ciddi zərbə vuracaq və qarşıdurma riskini artıracaq.

Azərbaycan hər zaman qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə sadiq qalıb. Azərbaycan ərazisindən İran və ümumiyyətlə heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb və yoxdur. Hesab edirəm ki, bu fakt region ölkələri tərəfindən də yaxşı bilinir.

Bu məqamda Azərbaycan dövlətinin nümayiş etdirdiyi humanist və konstruktiv mövqeni də xatırlatmaq vacibdir. Məlum olduğu kimi, İranın Ali Liderinin vəfatı ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev dərhal başsağlığı verib və İran səfirliyini ziyarət edib. Azərbaycandan başqa heç bir dövlətin başçısı bu addımı atmayıb. Bu addım Azərbaycanın humanizm və diplomatik etikaya sadiqliyinin növbəti nümunəsi idi. Eyni zamanda, Azərbaycan İranın Livandakı səfirliyinin əməkdaşlarının təxliyəsinə kömək edib və digər bu kimi addımlar atıb. Azərbaycanın İrana humanitar yardım göndərməsi məsələsinin də gündəmdə olması ölkəmizin səmimi münasibətinin göstəricisidir. Hazırkı vəziyyətdə İranın beynəlxalq aləmdə təkləndiyi bir məqamda Azərbaycanın sərgilədiyi belə bir mövqe qarşısında İranın Naxçıvana dron hücumları təşkil etməsi nankorluğun son həddidir.

Prezident İlham Əliyev 5 mart 2026-cı il tarixində keçirilmiş Təhlükəsizlik Şurasının iclasında bu məsələyə toxunaraq Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün bütün imkanlara malik olduğunu xüsusi vurğuladı. Dövlət başçısı bildirdi ki, Azərbaycan heç vaxt təxribat yolu seçməyib, lakin ölkəmizin suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı addım cavabsız qalmayacaq. Prezident həmçinin qeyd etdi ki, Azərbaycan regionda sülh və əməkdaşlıq tərəfdarıdır, lakin bu sülh birtərəfli ola bilməz.

Dövlət başçısının bu mesajı həm region ölkələrinə, həm də beynəlxalq ictimaiyyətə açıq və aydın siqnaldır. Azərbaycan öz milli təhlükəsizliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atmaq hüququna malikdir.

Tarix də göstərir ki, Azərbaycana qarşı təxribat və hücumlara əl atan qüvvələr sonda bunun peşmanlığını yaşayıblar. Hesab edirəm ki, İran tərəfi də bu məsuliyyətsiz və təhlükəli addımın nəticələrini ciddi şəkildə düşünməlidir.

Azərbaycan tərəfi beynəlxalq hüquqa uyğun olaraq müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu kimi hücum aktlarının cavabsız qalmayacağı barədə mövqeyini açıq şəkildə ifadə edib.

Regionda sabitliyin və təhlükəsizliyin qorunması üçün bütün dövlətlər məsuliyyətli davranmalı, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməli və təxribat xarakterli addımlardan çəkinməlidirlər.


Vasif Qafarov,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

Səfir: Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır 

11:38
04 Aprel

Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Bassiru Diomaye Fayeyə

11:18
04 Aprel

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

11:06
04 Aprel

Xəzərdə zəlzələ olub

11:01
04 Aprel

FHN-dən gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

10:49
04 Aprel

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

10:42
04 Aprel

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib  

10:36
04 Aprel

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb  

10:23
04 Aprel

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb  

10:13
04 Aprel

Prezident İlham Əliyev: Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik  

10:01
04 Aprel

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

ABŞ Bəhreyn bazasından 1500 əsgəri təxliyə edir

09:21
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!