03 İyul 2025 09:30
697
DÜNYA
A- A+
İran MAQATE ilə əməkdaşlığı dayandırdı

İran MAQATE ilə əməkdaşlığı dayandırdı


G7 xarici işlər nazirləri isə Tehranı beynəlxalq agentliklə işbirliyini bərpa etməyə çağırıblar


İran Prezidenti Məsud Pezeşkian ölkə parlamenti  tərəfindən qəbul edilən və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlığı dayandıran qanunu imzalayıb. İran dövlət televiziyası xəbər verir ki, bu qanun iyunun 25-də "İsrail və ABŞ-nin son hücumlarına, həmçinin MAQATE-nin bu hərəkətləri pisləməkdən imtinasına cavab olaraq" iyunun 25-də qəbul edilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, parlamentin agentliklə əməkdaşlığa son qoymaq qərarı məcburidir. Onun dediyinə görə, hazırkı vəziyyətdə İran agentliyin müfəttişlərinin təhlükəsizliyinə təminat verə bilməz: "Agentlik və onun rəhbəri hücumlara haqq qazandırdıqca və ya qanuniləşdirdikcə, Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə qoşulan dövlətin  dinc nüvə obyektlərinə qanunsuz zərbələr endirilməsi fonunda öz öhdəliklərini yerinə yetirəcəyini gözləmək əbəsdir". Bəqai həmçinin agentliyin öz mövqeyinə yenidən baxmalı olduğunu vurğulayıb.

ABŞ ilə nüvə proqramı üzrə danışıqların bərpasının perspektivləri barədə sualı cavablandıran diplomat qeyd edib ki, yekun qərar hələ qəbul olunmayıb, lakin məsləhətləşmələr davam edir.

Bildirilir ki, İran Məclisi tərəfindən hazırlanan qanun 221 lehinə və 0 əleyhinə səslə yekdilliklə qəbul edilib. Yekun müddəalar da böyük səs çoxluğu ilə dəstəklənib. Yeni qanun MAQATE müfəttişlərinin İrana daxil olmasını qadağan edir və bütün təftiş fəaliyyətlərini dayandırır.

Hökumətə agentliyin baş direktoru, İran hakimiyyətinin "casus" adlandırdığı Rafael Qrossi ilə də əməkdaşlıq etmək qadağan olunub. Sənəd 1969-cu il Vyana Konvensiyasının 60-cı maddəsinə əsasən iki şərt - İranın suverenliyinin, ərazi bütövlüyünün, nüvə obyektlərinin və elm adamlarının təhlükəsizliyinin təmin edilməsi və Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin  4-cü bəndinə uyğun olaraq ölkənin dinc nüvə enerjisi hüququna hörmət edilməsi yerinə yetirilənə qədər qüvvədə olacaq. Bu şərtlər yalnız İran Atom Enerjisi Agentliyinin hesabatı və Milli Təhlükəsizlik Şurasının təsdiqi ilə rəsmi şəkildə təsdiqlənəcək.

Son məlumata görə,  G7 xarici işlər nazirləri Tehranı İranın nüvə proqramı ilə bağlı MAQATE ilə əməkdaşlığı bərpa etməyə çağırıb. "Biz İranın nüvə proqramı üzrə hərtərəfli, yoxlanıla bilən və davamlı razılaşmaya gətirib çıxaracaq danışıqların bərpasına çağırırıq", - deyə diplomatiya rəhbərləri birgə bəyanatda bildiriblər.

Nazirlər "bütün tərəfləri regionda sabitliyi daha da poza biləcək hərəkətlərdən çəkinməyə" çağırıblar. Vurğulanıb ki, İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin  üzvü olaraq qalmalıdır.

Eyni zamanda G7 xarici işlər nazirləri "İsrailin təhlükəsizliyini" dəstəklədiklərini bildiriblər. Bəyanatda həmçinin deyilir: "Biz Yaxın Şərqdə sülh və sabitliyə sadiqliyimizi bir daha təsdiqləyirik".


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!