04 May 2025 08:10
1115
SİYASƏT
A- A+
İran-Azərbaycan münasibətlərinin inkişafı regionun təhlükəsizliyinə əlavə zəmanət verəcək

İran-Azərbaycan münasibətlərinin inkişafı regionun təhlükəsizliyinə əlavə zəmanət verəcək


İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri, aparılan müzakirələr iki ölkə arasında münasibətlərin inkişafında yeni bir mərhələ açır. Səfər zamanı verilən açıqlamalar münasibətlərin intensivləşməsi ilə yanaşı, əməkdaşlıq  coğrafiyasının daha da genişlənəcəyinə əminlik yaradır.  

Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi var. İki müstəqil dövlət arasındakı əməkdaşlıq əlaqələrinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra İranla qonşuluq və əməkdaşlığa xüsusi önəm verilib və nəticədə münasibətlər normallaşıb. Ümummilli Liderin uzaqgörən siyasətini Azərbaycan Prezidenti İlham Əliyev də uğurla davam etdirir. Buna görə qarşılıqlı hörmətə və dostluğa əsaslanan tarixi və mədəni əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir. Bütün  bunları şərtləndirən əsas amil isə hər iki ölkənin rəhbərliyinin siyasi iradəsidir.

Səfər əsnasında verilən açıqlamalarda Pezeşkianın yenidən Azərbaycana səfər edəcəyini - "Yaxın gələcəkdə qardaşımın yenidən qonağı olacağam" deməsi bundan sonra münasibətlərin dərinləşəcəyi istiqamətində Tehranın uyğun addımlar atacağından xəbər verdi.

Artıq nəqliyyat-logistika sferasında Azərbaycan və İran birgə mühüm prosesə start verməyə başlayır. Qeyd olunan fonda Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes-forumunda bu kimi mühüm məqamlara toxunub: "Azərbaycan və İran, eyni zamanda önəmli beynəlxalq layihələrdə iştirak edir, o cümlədən "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə biz sıx əməkdaşlıq edirik. Biz istəyirik ki, bu, sadəcə olaraq, nəqliyyat dəhlizi olmasın, yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratsın, həm Azərbaycan, həm İran ərazisində". 

Öz növbəsində İran Prezidenti Məsud Pezeşkianın  "Biz sülh, təhlükəsizlik və rifah dolu bir region yarada bilərik. İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər. Biz elə bir coğrafi mövqedə yerləşirik ki, bu kommunikasiyanı yarada bilərik" deməklə ölkəsinin də bu prosesdə maraqlı olduğunu diqqətə çatdırıb.

İran İslam Şurası Məclisinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əbülfəz Zöhrəvənd bildirir ki, Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı əlaqələrin inkişafı, o cümlədən iqtisadi baxımdan tərəflər üçün çox faydalıdır: "Bu səfər iqtisadiyyatın və qarşılıqlı ticarətin inkişafı baxımından hər iki dövlətə fayda qazandıra bilər". Daha sonra "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətini nəzərə çatdıran Ə.Zöhrəvənd bildirib: "Şimal-Cənub" dəhlizi strateji əhəmiyyət daşıyan layihədir. Bu dəhliz İran ilə Azərbaycanın iqtisadiyyatının inkişafına yeni imkanlar yaradaraq, qarşılıqlı ticarətin də inkişafına təkan verəcək, gəlirləri artıracaq, əhalinin məşğulluğunu təmin edəcək". 

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətinə toxunan İran parlamentinin üzvü Ramazan Əli Sangdevni çıxışında bildirib ki, hər iki dövlət dəmir yolu vasitəsilə Fars körfəzi və Avropa arasında körpü rolunu oynaya bilər.

Rusiyalı nəqliyyat eksperti İrina Fedorovskaya isə qeyd edib ki, "Şimal-Cənub" dəhlizi Süveyş kanalına alternativ olmaqla Hindistandan Rusiya və Avropaya, eləcə də əks istiqamətə tranzit yük daşımaları üçün əlverişli imkan yaradır: "Onun ən mühüm quru hissəsi Rusiya, Azərbaycan və İran ərazisindən keçir. Hazırda bu dəhlizlə daşımaların əsas hissəsi yük maşınlarından istifadə etməklə həyata keçirilir. Yaxın illərdə dəmir yolu ilə də yükdaşımaların həcminin artacağı gözlənilir. Çünki 2023-cü ilin mayında Rusiya və İran arasında dəhlizin Astara-Rəşt dəmir yolu hissəsinin tikintisi üçün İrana 1,3 milyard avro məbləğində kredit ayrılması haqqında hökumətlərarası saziş imzalanıb. Bu layihənin həyata keçirilməsi yüklərin digər nəqliyyat növləri ilə yanaşı, dəmir yolu ilə fasiləsiz daşınmasını təmin edəcək və daşıma qabiliyyətini ilk dövrlərdə 15 milyon tona çatdıracaq". Rusiya baş nazirinin müavini Aleksey Overçuk da qeyd edib ki, rusiyalı mütəxəssislər artıq Rəşt-Astara dəmir yolu layihəsi üzərində iş aparırlar. Qeyd edək ki, 2023-cü ildə Rusiya ilə İran arasında "Şimal-Cənub" layihəsi çərçivəsində Azərbaycanla İran arasında Fars körfəzinin limanlarına dəmir yolu xəttinin çıxışını təmin edəcək 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalanıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Sənədə əsasən, Moskva və Tehran tikinti və layihələndirmə işlərini, həmçinin malların tədarükü və xidmətlərini birgə maliyyələşdirəcək.

Azərbaycan "Şimal-Cənub" dəhlizi layihəsinə qoşulmaqla, ilk növbədə, özünün həm Rusiya, həm də İranla quru sərhədinin əlverişli coğrafiyasından  faydalanaraq üçtərəfli regional əməkdaşlıqdan bəhrələnməklə, yeni dividendlər qazana bilər. Bundan başqa, Azərbaycan gələcəkdə bu istiqamətdə qonşu Gürcüstanın ərazisini və kommunikasiyalarını da işə salmaqla "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin inteqrasiyasını sürətləndirməyi nəzərdə tutur. "Şimal-Cənub" marşrutu Azərbaycan, İran və Rusiya ərazilərində dəmir yolu əlaqələrinin, həmçinin bu ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək, beynəlxalq yüklərin bu istiqamətə daha çox miqdarda axınına təkan verəcək. Azərbaycanın bu dəhlizdən gözləntiləri xüsusilə çoxdur. Ekspertlərin fikrincə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə, bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya və Qafqaz regionlarının Körfəz ölkələrinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. 

Prezident İlham Əliyev İran Prezidenti ilə birgə mətbuat konfransında vurğuladı ki, hər iki tərəf əlaqələrin inkişafına çalışmalıdır və çalışır. İmzalanan sənədlər də onu göstərir ki, ölkə rəhbərləri  bütün istiqamətlər üzrə bir-birinə daha yaxın olmaq əzmindədir. Məqsəd birdir: İran-Azərbaycan əlaqələrini yüksək səviyyəyə qaldırmaq. Xalqlarımız əsrlər boy mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Tarixi əlaqələrimiz yenidən bərpa olunmalı və inkişaf etdirilməlidir. Yaxın qonşuluq, eyni coğrafiyanı bölüşmək və xalqlarımız arasında tarixi-dini bağlar münasibətlərimizi gücləndirməyi diktə edir. Tarixin müəyyən dönəmlərində  Azərbaycan-İran  münasibətlərində müşahidə olunan gərginlik bü gün aradan qalxmaq üzrədir. İran rəhbərliyində təmsil olunan ayrı-ayrı güclərin arasındakı fikir ayrılıqları bəzən əlaqələrimizin lazım olan səviyyədə inkişafına mane olur. Odur ki, biz də milli maraqlarımızı əsas götürərək balansı qorumağa çalışırıq. Amma bu gün Pezeşkianın timsalında münasibətlərimizi gücləndirmək üçün yeni səhifə, imkanlar açılıb. Dialoq, qarşılıqlı hörmət və real əməkdaşlıq formatında təmaslarımızı artırmaqla regionda uzunmüddətli sabitliyi bərqərar edə bilərik.

Azərbaycanın xarici siyasətində İran İslam Respublikası ilə əlaqələr həmişə önəmli yer tutub. Bu amil iki qonşu ölkənin iqtisadi və dostluq əlaqələrinin daha da dərinləşəcəyindən xəbər verir. Bu, həm xalqlarımıza, həm bölgəyə, həm də dünyaya ciddi mesajdır ki, İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!