19 Yanvar 2014 02:01
253
SİYASƏT
A- A+
İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının hesabatında Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən siyasət təqdirəlayiq hesab edilmişdir Azərbaycan OECD-nin Üçüncü Dəyərləndirmə Raundunu müvəffəqiyyətlə keçən ilk ölkə olmuşdur

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının hesabatında Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən siyasət təqdirəlayiq hesab edilmişdir Azərbaycan OECD-nin Üçüncü Dəyərləndirmə Raundunu müvəffəqiyyətlə keçən ilk ölkə olmuşdur

 

Xəbər verdiyimiz kimi, ötən il sentyabrın 23-25-də Parisdə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) tərəfindən Üçüncü Dəyərləndirmə Raundu çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində 2010-2013-cü illərdə həyata keçirilmiş tədbirləri dəyərləndirən hesabat qəbul olunmuşdur.

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasından bildirmişlər ki, 2014-cü il yanvarın 17-də OECD-nin nümayəndələri bu hesabatın ölkə ictimaiyyətinə təqdimatının həyata keçirilməsi məqsədi ilə Azərbaycana səfər etmişlər.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin binasında keçirilmiş təqdimat mərasimində dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, kütləvi informasiya vasitələrinin və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.

Hesabatda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən siyasət ümumən təqdirəlayiq hesab edilmiş və bu sahədə qazanılmış nailiyyətlər qeyd olunmuşdur. Azərbaycan tərəfi təşkilatın əvvəlki hesabatlarında müəyyən edilmiş 19 tövsiyənin icrası üzrə tədbirləri həyata keçirmişdir.

Komissiya xüsusilə vurğulamaq istəyir ki, Azərbaycan OECD-nin  Üçüncü Dəyərləndirmə Raundunu müvəffəqiyyətlə keçən ilk ölkə olmuşdur.

Sənəddə Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Açıq Hökumətin təşviqinə dair və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət planları, xüsusilə, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və vətəndaşlara uğurla xidmət göstərən "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti, elektron xidmətlərin əhatəsinin genişlənməsi ilə bağlı imzalanmış fərman və sərəncamlar bu sahədə mövcud siyasi iradə kimi göstərilir.

Hesabatda Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericiliyin beynəlxalq tələblərə cavab verməsi xüsusilə vurğulanır. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təmin edilməsi üzrə tədbirlər, onun modeli və bu quruma xüsusi olaraq korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış fəaliyyəti səlahiyyətinin verilməsi yaxşı təcrübə kimi göstərilir. Həmçinin şəffaflığın təmin edilməsi ilə bağlı Dövlət Neft Fondunun Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (EITI) iştirakı, "Vətəndaş iştirakçılığı haqqında" qanunun qəbul edilməsi müsbət hal kimi qeyd olunur. 

Sənəddə korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə ilə bağlı dərin araşdırma, sorğuların aparılması və digər məsələlərlə bağlı tövsiyələr müəyyən olunmuşdur.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən bu tövsiyələrin icrasının təmin olunması üzrə tədbirlər həyata keçirilir və ictimaiyyətə mütəmadi məlumatlar təqdim ediləcəkdir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!