18 Aprel 2023 00:45
1602
ELANLAR
A- A+
İqtisadi Elmi-Tədqiqat İnstitutu 2023-cü il üçün doktorantura və dissertantura proqramlarına qəbul elan edir

İqtisadi Elmi-Tədqiqat İnstitutu 2023-cü il üçün doktorantura və dissertantura proqramlarına qəbul elan edir

 

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi-Tədqiqat İnstitutu Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarixli 261s nömrəli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları"na əsasən, 2023-cü il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktorantura (əyani və qiyabi) və dissertanturaya, elmlər doktoru hazırlığı üzrə isə dissertanturaya qəbul elan edir. 
Sənədlər 17 aprel - 16 may 2023-cü il tarixlərində İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi-Tədqiqat İnstitutunun Elm, təhsil və karyera inkişafı şöbəsinə saat 11:00-dan 17:00-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) şəxsən təqdim edilməlidir. 
Qəbul 12 ixtisas üzrə keçiriləcəkdir: 
-    5301.01 - Daxili fiskal siyasət və dövlət maliyyəsi; 
-    5302.01 - Ekonometriya; iqtisadi statistika;
-    5303.01 - Mühasibat uçotu;
-    5304.01 - İqtisadi fəaliyyət növləri;
-    5306.01 - Texnoloji innovasiyalar iqtisadiyyatı;
-    5307.01 - İqtisadi nəzəriyyə;
-    5308.01 - Ümumi iqtisadiyyat;
-    5309.01 - Sənayenin təşkili və dövlət siyasəti;
-    5310.01 - Dünya iqtisadiyyatı;
-    5311.01 - Müəssisələrin təşkili və idarə olunması;
-    5312.01 - Sahə iqtisadiyyatı;
-    5313.01 - Demoqrafiya.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya (əyani və qiyabi) ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. 
Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirmiş şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.
Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (ingilis, fransız, alman dillərindən biri), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. 
Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi DİM tərəfindən müəyyənləşdirilir.
Xarici dildən imtahanda iştirak etməyənlər və ya keçid balını toplamayanlar fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər ixtisas fənnindən imtahana buraxılmırlar. 
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik elmi və elmi-pedaqoji kadrlar sənəd təqdim edə bilərlər.
Bu yolla fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən (ingilis, fransız, alman dillərindən biri) ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verirlər. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi DİM tərəfindən müəyyənləşdirilir.
Elmlər doktoru proqramı üzrə dissertanturaya daxil olmaq istəyənlər üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması əsas şərtdir.
Tələb olunan sənədlər:
Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri üzrə
- ərizə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi-Tədqiqat İnstitutunun direktorunun adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi (iş yerində imzalanmış və möhürlənmiş);
- tərcümeyi-hal;
- 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomlar və diplomlara əlavələrin notarial qaydada təsdiq edilmiş surətləri (əsli şəxsən təqdim edilir) (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (əsli şəxsən təqdim edilir);
- şəxsiyyəti təsdiq edən sənədin surəti (əsli şəxsən təqdim edilir).
Əlavə olaraq 
Doktoranturada fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyənlər üçün: 
- namizədin xarici dildən imtahanda keçid balını (minimal 25 bal) topladığını təsdiq edən sənəd;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- iş yerindən xasiyyətnamə və əmək kitabçasından (sonuncu iş yerindən) təsdiq edilmiş çıxarış (iş stajı olanlar üçün).
Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyənlər üçün:
- namizədin xarici dildən imtahanda keçid balını (minimal 25 bal) topladığını təsdiq edən sənəd;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış.
Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq istəyənlər üçün:
- fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
- çap olunmuş elmi əsərlərin siyahısı (elmi işin adı, çap olunma tarixi, nəşr edildiyi jurnal/konfrans və s. göstərilməklə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış.
Qeyd edək ki, doktoranturaya qəbulla əlaqədar keçirilən müsabiqədə imtahanlardan eyni bal toplamış iddiaçılar arasından bakalavriat və magistratura üzrə yüksək GPA (Grade Points Average - orta qiymət balları) bala malik, ilkin elmi mövzularının aktuallığı nəzərə alınmaqla tədqiqat və analitika qabiliyyəti və təcrübəsi olan, xarici dili (dilləri) yaxşı səviyyədə bilən şəxslərə üstünlük veriləcəkdir.
İnstitutun doktorant və dissertantı adını qazanacaq potensial baxımdan layiqli namizədlərə müvafiq qanun çərçivəsində institutun gələcək strukturunda əmək fəaliyyətinə cəlbedilmə imkanı yaradılacaqdır.
Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin doktoranturaya qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Respublikasının "Elm haqqında" və "Təhsil haqqında" qanunlarına uyğun olaraq, habelə elmi müəssisə ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə ilə həyata keçirilir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili ödənişli əsaslarla aparılır.
Xarici dövlətlərdə təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ali təhsil haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti və diplomun tanınması haqqında şəhadətnamə təqdim edilməlidir.
Əlavə məlumat əldə etmək üçün [email protected] e-mail ünvanına müraciət edə bilərsiniz.
Təhsilini daha yüksək pillədə davam etdirmək istəyən hər kəsə uğurlar diləyirik! 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!