09 Sentyabr 2026 16:10
100
CƏMİYYƏT
A- A+
İqlim maliyyəsinin səfərbər edilməsi mövzusunda dəyirmi masa keçirilib

İqlim maliyyəsinin səfərbər edilməsi mövzusunda dəyirmi masa keçirilib


"Bakı İqlim Fəaliyyəti 2026” çərçivəsində "Sülh, humanitar yardım və bərpa üçün dövlət və özəl sektorun iqlim maliyyəsinin səfərbər edilməsi" adlı dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, dəyirmi masada çıxış edən Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev əsas prioritetin beynəlxalq öhdəlikləri praktik və ölkələrin özlərinin rəhbərlik etdiyi fəaliyyətə çevirmək olduğunu vurğulayıb. Bildirib ki, iqlim dəyişikliyi artıq kövrəklik, münaqişə, məcburi köçkünlük və humanitar ehtiyaclarla üzləşən ölkələr, xüsusilə də ən az inkişaf etmiş ölkələr və kiçik ada dövlətləri üçün ciddi nəticələr doğurur. Bu, həssas icmalara, dolanışıq mənbələrinə, ərzaq və su təhlükəsizliyinə, inkişafa və uzunmüddətli sabitliyə əlavə təzyiq yaradır.

Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev çıxışında iqlim dəyişikliyinin artıq sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrildiyini bəyan edib. Bildirib ki, quraqlıqlar, ekstremal hava hadisələri və dəniz səviyyəsinin yüksəlməsi də daxil olmaqla, iqlimlə bağlı fəlakətlərin tezliyinin və intensivliyinin artması, xüsusilə münaqişələrə meyilli regionlarda yerləşən ölkələr üçün ağır nəticələr doğurur.

Maldivin İqlim Dəyişikliyi, Ətraf Mühit və Energetika Nazirliyinin baş direktoru Amjad Abdulla iqlim dayanıqlılığının sabitliyə və davamlılığın təmin edilməsinə qoyulan investisiya olduğunu vurğulayıb.

Yaşıl İqlim Fondunun nümayəndəsi Maika Nova Yudha isə dünyanın ən böyük iqlim fondu olan Yaşıl İqlim Fondunun (GCF) inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişmələrinin təsirlərinin azaldılması və uyğunlaşma tədbirlərinin həyata keçirilməsi üçün maliyyə vəsaitlərini səfərbər edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Fond xüsusilə iqlim təsirlərinə həssas ölkələrə dəstək göstərir. Bildirib ki, bu günədək Fond inkişaf etməkdə olan ölkələrə 20 milyard ABŞ dollarından çox vəsait ayırmağı öhdəsinə götürüb.

Dəyirmi masa müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində özəl sektorun iqlim fəaliyyətində rolu müzakirə olunub

17:10
09 Sentyabr

Şəhid övladları üçün təşkil olunan “Bir dastan, bir nəsil” layihəsi yekunlaşıb

16:22
09 Sentyabr

İqlim maliyyəsinin səfərbər edilməsi mövzusunda dəyirmi masa keçirilib

16:10
09 Sentyabr

Prezidentin nümayəndəsi: Sudan səmərəli istifadəni təkmilləşdirməliyik

16:00
09 Sentyabr

“Bitum” yükünün sirri rentgendə açıldı

15:55
09 Sentyabr

Uşaq bağçasında atışma: tərbiyəçi öldü, 44 uşaq təxliyə edildi

15:50
09 Sentyabr

İqlim böhranı sərhəd tanımır

15:40
09 Sentyabr

Torpağa toxunmaq və çirklənmək niyə sağlamlığımız üçün faydalıdır?

15:10
09 Sentyabr

Şəxsiyyətimizi genetika yoxsa ətraf mühit formalaşdırır?

15:00
09 Sentyabr

“Azərbaycan Dəmir Yolları” Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

15:00
09 Sentyabr

“OpenAI” 90 illik riyaziyyat problemini 88 saata həll etdiyini iddia edir 

14:55
09 Sentyabr

İran Hörmüz boğazında pilotsuz sualtı qayıq ələ keçirib

14:50
09 Sentyabr

Çox isti çay və qəhvə qida borusu xərçəngi riskini artırır

14:47
09 Sentyabr

“Möminə Xatun” adını dəyişdi 

14:45
09 Sentyabr

 “Fast-food”un asılılıq yaratma səbəbi açıqlanıb   

14:40
09 Sentyabr

“Porsche” təkrar istifadə olunan raket daşıyıcısının buraxılacağını elan edib

14:33
09 Sentyabr

Körpəsinə qoyduğu adı eşidənlər təəccüblənir

14:30
09 Sentyabr

Məktəblərdə yeni tədris ilinin prioritetləri müəyyənləşdirilir

14:25
09 Sentyabr

20 Sentyabr: Azərbaycanın suverenliyinin tarixə çevrildiyi gün

14:20
09 Sentyabr

Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub

14:10
09 Sentyabr

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir 

14:00
09 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!