17 Mart 2024 08:40
1589
İQTİSADİYYAT
A- A+
İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli

İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli

 

COP29-da dünya bunun şahidi olacaq

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsinin qərara alınması Azərbaycanın  beynəlxalq təşkilatlarda fəal iştirakından və dünyada artan nüfuzundan xəbər verir. Bu qərar həm də beynəlxalq ictimaiyyətin ölkəmizin ekoloji sahədə həyata keçirdiyi tədbirlərə verdiyi ən böyük dəstək və qiymətdir. 
Prezident İlham Əliyev COP29-la bağlı keçirdiyi ilk müşavirədə demişdir: "Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı".
Azərbaycanın indiyə kimi beynəlxalq tədbirlərə evsahibliyi etməkdə böyük təcrübəsi var. Daha əvvəl evsahibliyi etdiyimiz Beynəlxalq Astronavtika Konqresi, Qoşulmama Hərəkatının iclası, humanitar forumlar, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər tədbirlərdə ölkəmiz yüksək standartlar  tətbiq edib. Başqa sözlə desək, öz modelini yaradıb. Heç şübhəsiz ki, COP29-da da belə olacaq - dünya iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modelinə şahidlik edəcək. Təxminən 8 ay sonra işə başlayacaq sessiya iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və tərəflər arasında əməkdaşlığa imkan verəcək. Əksər dünya ölkələrinin dövlət və hökumət başçılarının, rəsmilərinin, tanınmış şəxslərinin iştirakı gözlənilən COP-un Bakı sessiyasında ekoloji çağırışların həll yolları, inkişaf tendensiyaları əsas müzakirə mövzularından olacaq.
Bu gün temperaturun qlobal səviyyədə artması səbəbindən hava şəraiti dəyişib, tez-tez təbii fəlakətlər baş verir. Meşə yanğınları, sel, tufan, torpaq sürüşmələri, quraqlıq kimi hadisələr çoxalıb. Sürətlə dəyişən iqlim insanlar üçün sağlamlıq problemləri də yaradıb. O səbəbdən dünyanın başı üzərini alan iqlim dəyişikliyi adlı bir kabusun  fəsadlarını aradan qaldırmağın yolları hər gün axtarılır. COP-a bənzər beynəlxalq tədbirlərin keçirilməsi üzərində də iş gedir. 
BMT-nin dəstəyi ilə qarşıdakı yaxın illər Qazaxıstanda bu məqsədlə iki böyük iqlim sammiti keçirilməsi qərara alınıb. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev bu barədə  ölkəmizə səfər ərəfəsi "Azərbaycan" qəzetinə və APA-ya  verdiyi müsahibəsində deyib: "Hazırda üzləşdiyimiz bütün çətinliklərdən bəlkə də ən əhəmiyyətlisi iqlim dəyişikliyidir. Mərkəzi Asiya bu problemlə mübarizədə ön sıralarda yer alır. Hətta 2050-ci ilə qədər qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq hədəfinə çatsaq belə, hansı ki, getdikcə daha çətin görünür, biz Mərkəzi Asiyada 2-2,5 dərəcə temperatur artımı ilə üzləşəcəyik. Biz su ehtiyatlarının tükənməsi prosesindən narahatıq. Mərkəzi Asiyada quraqlıq və daşqınlar geniş miqyasda ziyan vuracaq və kənd təsərrüfatı sahəsinin məhsuldarlığı 30 faiz azalacaq. İqlim dəyişikliyinin yaratdığı risklərin nəticəsində 2050-ci ilə qədər təxminən 5 milyon daxili miqrant olacaq. Bu amillər birbaşa və ya dolayısı yolla dövlətlərimizin davamlı inkişafına ciddi təhlükə yaradır". Qazaxıstan 2026-cı ildə BMT çərçivəsində Mərkəzi Asiya Regional İqlim Sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Kasım-Jomart Tokayev müsahibəsində Azərbaycanı bu tədbirdə  əsas qonaq qismində görməkdən şad olacağını bildirmişdir: "İnanıram ki, bu təşəbbüs səmərəli iqlim siyasətinin irəliləməsinə kömək edəcək və Mərkəzi Asiya ölkələrində davamlı enerjiyə keçidi sürətləndirən investisiyaların cəlb edilməsini asanlaşdıracaq. Sammit regionda karbon tullantılarının azaldılması üçün birgə strategiyaların qəbuluna imkan verəcək. Ölkəmiz MDB məkanında ilk ölkələrdən biri kimi iri enerji, neft-qaz, sənaye, kimya və dağ-mədən sənayesi müəssisələrini özündə birləşdirən istixana qazı emissiyaları üçün limit və ticarət sistemini işə salıb. Biz Azərbaycanın MDB məkanındakı türk dövlətləri arasında COP29 kimi irimiqyaslı tədbirə evsahibliyi etmək hüququ qazanan ilk dövlət olmasını alqışlayırıq. Bu baxımdan bizim qlobal miqyasda iri ekoloji tədbirlərin keçirilməsində Azərbaycanın təcrübəsini öyrənmək üçün gözəl imkanımız var və lazımi yardımı göstərməyə hazırıq". 
Dost ölkə Prezidentinin fikirlərini belə inamla söyləməsinin kökündə Azərbaycanın üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyinə və COP29-u ən yüksək səviyyədə keçirəcəyinə şübhə etməməsi dayanır. Cənab Tokayev haqlıdır. Çünki hazırlıq işlərinin layiqincə həyata keçirilməsi üçün komanda formalaşdırılıb, bütün qurumlar səfərbər olunub.  
Təəssüf  hissi ilə qeyd etməliyik ki,  hər il COP kimi konfrans keçirilsə də, dünyanın hegemon dövlətləri bəşəriyyəti təhdid edən ekoloji problemlərin aradan qaldırılmasına bir çox halda biganə yanaşırlar. Belələri qlobal problemdən ağızdolusu danışsalar da, hətta götürdükləri öhdəliklərə əməl etmirlər. Ölkəmiz isə hər zaman olduğu kimi, bu işdə də öz missiyasını ləyaqətlə yerinə yetirir, COP29-un Azərbaycanda keçirilməsinə qərar verilməsinin də əsas səbəbi budur.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının idealları müasir, güclü və qalib Azərbaycanda yaşayır

16:55
27 May

Hindistan Respublikasının Prezidenti Draupadi Murmudan

15:44
27 May

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

14:43
27 May

Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulasdan

14:08
27 May

Sabah hava əsasən yağmursuz olacaq

13:29
27 May

İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir  

13:17
27 May

“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

11:47
27 May

Şuşada bayram namazı qılınıb

11:44
27 May

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib  

10:57
27 May

Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

10:43
27 May

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB

10:41
27 May

Türkmənistanla Xəzər dənizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub  

10:34
27 May

Ceyhun Bayramov BMT-nin Baş katibinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib  

10:27
27 May

Parisdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub

10:13
27 May

Azərbaycan və Portuqaliya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib  

09:54
27 May

Ceyhun Bayramov BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsinin vacibliyini vurğulayıb  

09:43
27 May

Naxçıvanın məscidlərində bayram namazı qılınıb

09:32
27 May

Azərbaycan ilə Bəhreyn arasında regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb  

09:29
27 May

Yaxın Şərqdəki gərginlik bir sıra şirkətlərin gəlirini artırıb

09:10
27 May

Qadınlar arasında karate üzrə Avropa çempionu Mədinə Sadıqova vətənə qayıdıb

09:05
27 May

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib  

09:00
27 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!