29 Aprel 2025 18:50
608
SİYASƏT
A- A+
İordaniyalı qonaqlar Azərbaycan parlamentində olublar

İordaniyalı qonaqlar Azərbaycan parlamentində olublar


Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İordaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar İsgəndərov aprelin 29-da İordaniya Haşimilər Krallığı Senatının üzvü Asia Abdel ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Anar İsgəndərov ölkələrimizin tarixi keçmişindən söz açıb, Azərbaycan və İordaniya arasında tarixi, mədəni, dini, mənəvi oxşarlıqlara diqqət çəkib. Komitə sədri 44 günlük Vətən müharibəsində İordaniyanın Azərbaycana dəstəyini məmnunluqla xatırlayıb, ölkələrimiz və dövlət başçılarımız arasındakı münasibətlərin dost, qardaş münasibətləri olduğunu vurğulayıb. O, bundan sonra da əlaqələrimizin yüksək səviyyədə inkişaf edəcəyinə inamını bildirib.

Senator Asia Abdel səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı forumda iştirakından söz açıb. O, forum çərçivəsində keçirilən görüşlərin, aparılan müzakirələrin, tədbirdə Qlobal Cənub QHT Platformasının təsis edilməsinin əhəmiyyətini vurğulayıb.

İordaniyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edən senator dövlətlərarası əlaqələrin möhkəmlənməsində İordaniya Kralı ilə Azərbaycan Prezidenti arasındakı dostluq münasibətlərinin rolunu vurğulayıb, əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə deputatlar Mehriban Vəliyeva, Şahin Seyidzadə, Vasif Qafarov, “Vətəndaşların Sosial Rifahi Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə, həmin təşkilatın sədr müavini Nədimə Rəhimli çıxış ediblər. Çıxışlarda ikitərəfli və çoxtərəfli münasibətlərin dərinləşməsində parlamentlərin rolundan danışılıb, bu sahədə parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının və parlamentarilərin qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd olunub.

Söhbət əməkdaşlığımızın inkişafı və tərəfləri maraqlandıran digər mövzular ətrafında fikir mübadiləsi ilə davam etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!