27 Mart 2026 21:09
163
CƏMİYYƏT
A- A+
İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində çalışır

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində çalışır


İntensiv yağıntılar zamanı yağış sularının ətrafa toplanması halı müəyyən ərazilər üzrə müşahidə edilir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) AZƏRTAC-a bildirilib ki, drenaj sistemlərinin olmadığı yollarda ərazilərdə yağış suları tullantı su xətlərinə yönləndirilir. Bu hal isə kanalizasiya şəbəkələrinin artıq yüklənməsinə və suların daşınmasında maneələrin yaranmasına səbəb olur. Həmçinin elə ərazilər də var ki, orada iri mərkəzləşmiş içməli və tullantı su şəbəkələri mövcud deyil. Bu kimi ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Tullantı su şəbəkəsi mövcud olmayan ərazilərə müvafiq sukanal idarələrinin qəza briqadaları cəlb edilərək ərazilərdə toplanan yağış sularını istismar qaydalarının mümkün şərtləri çərçivəsində idarə edirlər. Həmçinin mütəmadi olaraq tullantı və yağış xətlərində monitorinqlər aparılır. Yağış kollektor quyularına, daşıyıcı xətlərə ayrı-ayrılıqda baxış keçirilir. Tutulmalar müşahidə olunan xətlərdə texnikalar vasitəsilə yuyulma işləri icra olunur.

Bütün sukanal idarələrində intensiv yağışlarla bağlı növbəli əsasda fasiləsiz fəaliyyət daha da genişləndirilib, xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə yönləndirilməsi işləri icra olunub. Proseslərə müxtəlif funksiyaya malik texniklar da cəlb olunub.

Qeyd edək ki, görülən işlər problem tam həll olunanadək davam etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hidrometeorologiya Xidməti: Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 247 faizini təşkil edir - YENİLƏNİB  

22:28
27 Mart

BŞİH: Yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir  

21:39
27 Mart

Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb  

21:09
27 Mart

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində çalışır

21:09
27 Mart

Bəhreyn indiyədək İrana məxsus 154 raketi və 362 PUA-nı zərərsizləşdirib

20:29
27 Mart

Türkiyənin nəqliyyat naziri Orta Dəhliz və “İnkişaf Yolu” marşrutlarının əhəmiyyətinin artdığını bildirib  

19:59
27 Mart

FHN: Subasma ilə əlaqədar 9 nəfər təxliyə edilib

19:44
27 Mart

Qarabağa səfər edən dünya səyyahı: Buranın gözəl təbiəti var  

18:56
27 Mart

Nazirlik: BƏƏ bu gün 6 ballistik raketin və 17 PUA-nın hücumuna məruz qalıb

18:13
27 Mart

Əməkdaşımız Rəşad Baxşəliyev vəfat edib

17:58
27 Mart

Roman Popov: Azərbaycan hakimiyyətinə göstərdiyi dəstəyə görə təşəkkür edirəm 

17:57
27 Mart

Dünya səyyahları Füzulidə

17:49
27 Mart

Vladimir Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib  

17:43
27 Mart

Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı aparılıb  

16:58
27 Mart

Rusiya FHN-in nümayəndəsi İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycana təşəkkür edib 

16:57
27 Mart

Türkiyə Gürcüstana hərbi təyinatlı texnika verib

13:09
27 Mart

Rusiyadan İrana göndərilən növbəti humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib - YENİLƏNİB 

12:47
27 Mart

Dünya səyyahları Zəngilanda

12:09
27 Mart

Prezident İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

11:48
27 Mart

Dünya səyyahları Laçında yaradıcılıq mərkəzlərini gəziblər

11:45
27 Mart

Martın 27-si Azərbaycanda Elm Günüdür

11:42
27 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!