06 May 2024 14:59
249
Elm və texnika
A- A+

İnsan dərisinə bənzəyən elektron dəri hazırlanıb

 

    
ABŞ-nin Texas Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmış yeni elektron dəri insan dərisi ilə eyni yumşaqlıq və tekstil həssaslığına malikdir. Hazırkı elektron dəri texnologiyası material uzandıqca öz həssaslığını və dəqiqliyini itirir. Lakin yeni məhsul dəri uzandıqdan sonra orijinal formasını bərpa edə və təzyiqə qarşı reaksiyasını qoruya bilir. Buna görə də o, dəqiqlik və güc nəzarəti tələb edən tapşırıqlar üçün yeni imkanlara yol açır.
Layihəyə rəhbərlik edən professor Nanshu Lu inkişaf etdirdikləri dərinin xəstələrin nəbzini yoxlayan, bədənlərini təmizləyən və masaj edən robotlarda istifadə edilə biləcəyini deyir: “İnsanlarla səmərəli, həm də mehriban davranmağın yeni yollarını tapmalıyıq və robotlar bu tapmacanın vacib hissəsidir. Bu tip robotlar fəlakətlərdə də istifadə edilə bilər. Məsələn, zəlzələdə və ya çökən binada yaralı və ya sıxışmış insanları axtara və yaralılara ürək masajı edə bilər”.
Təcrübələr zamanı yeni elastik dərinin yerləşdirildiyi robot  kiçik yumurta və tako qabıqlarını belə zədələmədən götürə bilib. Tədqiqatçılar bu sensorları təkmilləşdirərək və onları uzanan izolyasiya və elektrod materialları ilə birləşdirərək, yenilikçi elektron dəri hazırlamağı bacarıblar.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video