17 Yanvar 2022 13:17
451
DÜNYA
A- A+

İndoneziyanın yeni paytaxtı Nusantara adlanacaq

 

İndoneziyanın Kalimantan adasının cənub-şərqində salınacaq yeni paytaxtı Nusantara (tərcüməsi - “arxipelaq”) adlanacaq.

AZƏRTAC yerli CNA telekanalına istinadla xəbər verir ki, bu barədə milli inkişafın planlaşdırılması naziri Suxarso Monoarfa hökumətin ölkə paytaxtının köçürülməsi məsələsinə həsr olunan iclasında bildirib.

“Mən prezident Vidodonun təsdiqini və direktivini almışam, yeni paytaxt Nusantara adlandırılacaq”, -nazir belə deyib. Onun sözlərinə görə, bu ad İndoneziya hüdudlarından kənarda geniş tanınır və dövləti qısaca olaraq arxipelaq kimi səciyyələndirir.

Prezident Vidodo ölkəsinin paytaxtını Cakartadan köçürmək planını 2019-cu ildə elan edib. Bu məqsədlə 32 milyard dollara yaxın vəsait ayrılıb. Lakin koronavirus pandemiyası səbəbindən layihənin reallaşdırılması dayandırılıb, onu iki ildən sonra bərpa etmək planlaşdırılır.

İndoneziya dünyanın 18 min adadan ibarət ən böyük arxipelaqında yerləşir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video