İndoneziya Üləmalar Şurasının komissiya sədri Qərbi Azərbaycan İcmasında olub
Qərbi Azərbaycan İcmasında Bakıda keçirilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfransın qonaqlarından olan İndoneziya Üləmalar Şurasının Xarici Əlaqələr Komissiyasının sədri səfir Bunyan Saptomo ilə İcma sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli arasında görüş keçirilib.
İcmadan AZƏRTAC-a bildiriblər ki, konfransda iştirakı etdiyinə görə qonağa təşəkkür edən Əziz Ələkbərli bir daha tədbirin mövzusunu təşkil edən məsələlər barədə danışıb. Qeyd edib ki, ötən əsrdə dörd dəfə həyata keçirilən deportasiya Qərbi Azərbaycanlılar üçün ağır nəticələnib. Öz ata-baba yurdlarından didərgin salınan soydaşlarımızın bu gün əsas istəkləri sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmaqdır.
Səfir Saptamo sədrin sözləri ilə razılaşaraq insanların öz vətənlərindən zorla çıxarılmasının insanlıq əleyhinə cinayət olduğunu vurğulayıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
8-ci dəfə
13 Sentyabr
Qarabağ Universitetinin tərtərli ilkinləri
13 Sentyabr
Qərbi azərbaycanlılar əzəli yurd yerlərinə qayıtmalıdırlar
13 Sentyabr
Gəncədə bu il birinci sinfə gedəcək şəhid övladları ilə görüş keçirilib
13 Sentyabr
Azərbaycanın DOST-u nümunə göstərir
13 Sentyabr
Meqalayihələr, üstəgəl 111 milyon dollarlıq sosial dəstək
13 Sentyabr
Kiçik və orta biznesin böyük məsuliyyəti
13 Sentyabr
İrəvan sülh prosesini pozmaq üçün riyakarlıq edir
13 Sentyabr
Paşinyan sülh danışıqları üzərində imitasiyalarla məşğuldur
13 Sentyabr
Öz gözündə tiri görməyən Avropa İttifaqı
13 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Qüdrətli dövlət, güclü ordu, yüksək rifah11 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!10 Sentyabr 2024
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!