03 Oktyabr 2024 08:15
404
İQTİSADİYYAT
A- A+
İndi də "yaşıl vergi"

İndi də "yaşıl vergi"


Azərbaycanda sahibkarlar könüllü şəkildə karbon emissiyasını azaldan texnologiyaların tətbiqinə təşviq olunurlar


Ölkəmizdə COP29-a hazırlıq hərtərəfli və yüksək səviyyədə davam edir. Elə  gün yoxdur ki, bu istiqamətdə hər hansı görüş, tədbir, müzakirə keçirilməsin, qərarlar verilməsin. 

Rəsmi Bakının iqlim siyasətindəki aktual və səmimi məramı COP29 kimi nüfuzlu beynəlxalq tədbirdə qlobal problemin həllinə təsir göstərəcək vacib qərarların qəbulu, eyni zamanda ekoloji fəlakətlə mübarizəyə öz sanballı töhfələrini verməkdir. Bunun üçün həm ölkə daxilində, həm də sərhədlərimizdən kənarda müsbət tendensiyaların təşviqi və neqativlərə qarşı mübarizə tədbirləri həyata keçirilir. Hətta atmosferə atılan karbon emissiyasını nəzarətdə saxlaya bilməyən sənayeçilərə və sahibkarlara müəyyən vergilərin tətbiqi də son günlərin müzakirə predmetidir. 

"Ortamüddətli perspektivdə ölkəmizin vergi siyasətində "yaşıl enerji"nin dəstəklənməsi prosesi davam etdiriləcək". Bir müddət öncə "Yaşıl iqtisadiyyat"da kiçik və orta biznesin rolu" mövzusunda keçirilən konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov belə deyib. Nazir bildirib ki, iqlim dəyişikliyinə qarşı mübarizə və "yaşıl texnologiya"lardan istifadənin genişləndirilməsi məqsədilə ekoloji və "yaşıl vergilər"in tətbiq dairəsinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

"Bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, karbon emissiyasının azaldılması üçün "karbon vergisi" və ya analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi nəzərdən keçirilir. "Yaşıl iqtisadiyyat"a dəstək tədbirlərindən biri kimi sənaye parklarını, xüsusilə tullantıların təkrar emalı sahəsində ixtisaslaşmış Balaxanı Sənaye Parkını qeyd etmək olar. Park ölkədə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı, istehsal sahəsində məşğulluğun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. İş adamlarımız yaradılmış bu imkanlardan faydalanaraq qabaqcıl çağırışlara uyğun innovativ istehsal sahələri qura bilərlər", - deyə nazir vurğulayıb.

M.Cabbarov onu da bildirib ki, sahibkarların "yaşıl layihə"ləri Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərlə maliyyələşdirilir: "İndiyədək fondun güzəştli kreditlərindən yararlanmış "yaşıl layihə"lər təkrar emal, alternativ enerji mənbələrinə keçid, elektromobillər üçün elektrik doldurma məntəqələrinin yaradılması kimi istiqamətləri əhatə edir. "Yaşıl layihə"lər həmçinin qrant, "Startap" şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, təlim, sərgilərə, maliyyə imkanlarına çıxış kimi alətlərlə KOBİA tərəfindən dəstəklənir".

Hazırda ölkəmizdə karbon emissiyası ilə bağlı ayrıca vergilər və ya emissiya ticarət sistemi mövcud deyil. Ancaq nəzərə alınmalıdır ki, 2026-cı ildən Avropa İttifaqı sərhəddə karbon ticarət sisteminin tətbiqinə başlayacaq. Bu proses artıq karbona görə vergi tətbiq etməyən dövlətləri düşünməyə vadar edəcək. Çünki bu cür vergilərin tətbiq edilməməsi yerli sahibkarların ixrac bazarlarında rəqabətinə necə təsir göstərəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) rəisinin müavini Samirə Musayevanın sözlərinə görə, Azərbaycanda emissiya olunan karbon vahidlərinə görə tariflərin müəyyənləşdirilməsi istisna deyil: "Ətraf mühitə zərərli maddələrin atılması halları həmin şəxslərin gələcəkdə intizamlı, "yaşıl qrup"da - inkişaf edən qrupda, belə desək, müsbət sahibkarlar klubunda yer almasına maneə ola bilər. Buna görə də sahibkarlar könüllü şəkildə karbon emissiyasını azaldan texnologiyaları tətbiq etməlidirlər".

Çünki ölkəmizdə ekoloji cəhətdən daha təmiz texnologiyalarla işləyən, iqlim hədəflərinə dəstək verən sənayeçilərə edilən vergi güzəştləri kifayət qədər çoxdur. Rəis müavini vurğulayıb ki, investisiya təşviq mexanizmlərində belə layihələrin əhatə dairəsi qanunvericiliklə bir daha təkmilləşdirilib. "Strateji investisiya təşviqi sənədi verilən sahələrə nəzər salsaq görərik ki, bunlar bərpaolunan enerji istehsalı, tullantıların idarə edilməsi və yenidən istifadəsini dəstəkləyən texnologiyaların tətbiqi, dəniz suyunun duzsuzlaşdırılması və dövlət-özəl tərəfdaşlığı çərçivəsində elektrik enerjisi istehsalının həyata keçirilməsidir. Strateji investisiya layihələri üzrə sertifikat əldə edən sahibkar qüvvədə olan qanunvericiliyə görə bir sıra vergilərdən azadolma və güzəştlər əldə edir", - S.Musayeva bildirib

Qeyd edək ki, Avropa İttifaqına üzv dövlətlər üçüncü ölkələrdən idxal olunan bəzi məhsullara sərhəddə karbon vergisinin tətbiqi barədə razılığa gəliblər. Belə ki, üçüncü ölkələrdən Aİ-yə idxal olan sement, alüminium, gübrə, elektrik enerjisi, dəmir və polad kimi məhsullara karbon vergisi müəyyənləşəcək. Bu qaydalar dəyəri 150 avrodan aşağı olan mallara şamil edilməyəcək.


Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirilib

20:19
04 Oktyabr

Hərbi əməliyyatlarda fədakarlıq göstərmiş tibb heyəti təltif edilib

20:17
04 Oktyabr

Türkiyənin ədliyyə naziri Azərbaycan Ali Məhkəməsində olub

20:15
04 Oktyabr

Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaşları qəbul edib

20:14
04 Oktyabr

Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub

19:51
04 Oktyabr

Kilometrlərlə uzaqdan nüvə silahlarını aşkar edən detektor

19:31
04 Oktyabr

Mobil cihazlar təyyarə pəncərəsindən istifadə edilərk şarj ediləcək

19:16
04 Oktyabr

Supernovanın fərqli anları tək kadrda qeydə alınıb   

19:08
04 Oktyabr

Mourinyo İngiltərə Premyer Liqasına qayıda bilər

18:59
04 Oktyabr

Azərbaycan cüdoçusu bürünc medal qazandı  

18:47
04 Oktyabr

O dünyanın ən zəngin iki adamından biridir

18:35
04 Oktyabr

Rusiya "Taliban"ı terrorçuların siyahısından çıxarır  

18:12
04 Oktyabr

Aİ və Gürcüstan arasındakı danışıqlar dayandırıldı

18:08
04 Oktyabr

    Xüsusi xidmət orqanlarının rəhbərləri Astanaya toplaşır 

17:59
04 Oktyabr

BRICS-ə üzv olmaq üçün şərtlər açıqlandı 

17:55
04 Oktyabr

İsveçrə Ukraynanın yenidən qurulmasına pul ayırır

17:46
04 Oktyabr

Ən sürətlə yayılan xəstəlik süd vəzi xərçəngidir 

17:31
04 Oktyabr

“Mən komandanı düzəldəcəm, bir az səbrli olun!” – İDDİALI AÇIQLAMA

17:24
04 Oktyabr

NATO-nun yeni Baş katibi Kiyevdədir

17:22
04 Oktyabr

Keçmiş prezident insan alverində günahlandırılır - Nazirdən açıqlama 

17:12
04 Oktyabr

Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə edilən məsələlər plenar iclasa tövsiyə olunub  

16:42
04 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!