12 Fevral 2026 08:50
419
İQTİSADİYYAT
A- A+
İlk regional inkişaf dövlət proqramının təsdiq olunmasından 22 il keçir

İlk regional inkişaf dövlət proqramının təsdiq olunmasından 22 il keçir


Bu illər ərzində bölgələrimiz geridə qalmış əyalətdən inkişaf edən regionlara çevrilib


Prezident İlham Əliyevin Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramını fərmanla təsdiq etməsindən 22 il keçir. Bu proqram 2004-2008-ci illəri əhatə edirdi.

Beş il davam edən proqram Azərbaycanın regionlarında infrastrukturun yenilənməsi, yoxsulluğun azaldılması və yeni iş yerlərinin yaradılması üçün əsaslı baza rolunu oynadı. Proqram Bakı ilə regionlar arasında disbalansı aradan qaldıraraq yerli sahibkarlığın inkişafına təkan verdi və kommunal-sosial xidmətlərin keyfiyyətini yüksəltdi. 

Ölkəmizdə infrastrukturun müasirləşdirilməsi - yol, elektrik, qaz və su təchizatı sistemlərinin yenidən qurulması məhz bu proqramla başlandı. Proqramın icra olunduğu dövrdə iqtisadi fəallıq artdı. Regionlarda emal müəssisələrinin yaradılması və kənd təsərrüfatının inkişafı stimullaşdırıldı. Yeni iş yerləri yaradıldı, bu da məşğulluğun səviyyəsini artırdı. Məktəblər, xəstəxanalar və mədəniyyət obyektlərinin tikilməsi və ya təmiri ilə yaşayış səviyyəsi yaxşılaşdırıldı. 

Bir sözlə, bu proqramın uğurlu icrası regionların ölkə iqtisadiyyatındakı rolunu artıraraq dayanıqlı inkişaf üçün möhkəm təməl yaratdı.

Regionların sosial-iqtisadi inkişafına yönəldilən növbəti proqramlar 2009-2013-cü, 2014-2018-ci, 2019-2023-cü illəri əhatə etdi. Təkcə ilk üç proqramın icra olunduğu 2004-2018-ci illərdə ölkədə ümumi daxili məhsul 3,3, o cümlədən qeyri-neft sektoru üzrə 2,8, sənaye üzrə 2,6, kənd təsərrüfatı üzrə 1,7 dəfə artdı. Sözügedən müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə açıldı, işsizlik 5, yoxsulluq səviyyəsi isə 5,1 faizə endi. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratdı.

2019-cu ilin əvvəlindən icrasına başlanan sonuncu proqram ölkənin regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədini daşıyırdı. Odur ki, bu proqram da regionların tarazlı inkişafının təmin edilməsinə, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə yeni bir təkan verdi. Proqramın əhatə etdiyi dövr ərzində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt və digər şəhərlərdə, Abşeron, Ağcabədi, Ağsu, İsmayıllı, Oğuz, Qobustan, Şabran, Şəki, Göygöl, Tərtər, Xızı və başqa bölgələrdə yüzlərlə müəssisənin təməli qoyuldu və açılış mərasimi keçirildi.

2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı böyük qələbə ilə görülən işlərin miqyası daha da genişləndi. Düşmən tapdağından azad edilmiş ərazilərimizdə bərpa və tikinti-quruculuq işləri geniş vüsət aldı. İşlər elə bir start götürdü ki, 2023-cü ildə, yəni qələbədən cəmi üç il keçmiş artıq Zəngilanın Ağalı kəndi, Tərtərin Talış kəndi, Laçın, Füzuli özünün illərlə doğma yurd üçün həsrət çəkən yüzlərlə sakinini qoynuna aldı. Həmin vaxtdan başlanan köç karvanları indi artıq aydan-aya deyil, gündən-günə çoxalır.

Sonuncu proqramın təkcə bir ilində ölkənin regionlarında həyata keçirilmiş layihələrin bir hissəsini sadalamaqla görülmüş işlərin miqyasını təsəvvürə gətirə bilərik. Belə ki, yalnız 2022-ci ildə Ağdam Sənaye Parkında 12 rezident qeydiyyatdan keçdi. 2023-cü il yanvarın 1-dək Sumqayıt Kimya Sənaye Parkında qeydiyyatdan keçmiş rezidentlərin sayı 32-yə çatdı. Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil" MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi fəaliyyətini davam etdirdi, istehsal olunan məhsulların satışı həyata keçirildi. Pirallahı Sənaye Parkında müəssisələrin təşkili işləri, Balaxanı Sənaye Parkının 25 rezidentindən 17-si tərəfindən istehsal fəaliyyəti, digər rezidentlər tərəfindən isə istehsal sahələrinin tikintisi davam etdirildi. 

Həmin il ərzində 49 sahibkarlıq subyektinə 50 investisiya təşviqi sənədi təqdim olundu. Aqrar sektorun inkişafında mühüm əhəmiyyət kəsb edən aqroparkların və müasir iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ardıcıl işlər aparıldı. Bu dövrdə artıq aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-si isə emal sənayesi üzrə ixtisaslaşmışdı. Onlardan 44-ü artıq fəaliyyətə başlamışdı.

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən istifadə, yaşıllaşdırma, meşəliklərin salınması istiqamətində də genişmiqyaslı işlər görüldü. 2022-ci ildə proqram çərçivəsində regionlarda meşə fondu ərazilərində 1,5 milyondan çox ağac əkildi, 1373,9 hektar sahədə meşəsalma və meşəbərpa işləri yerinə yetirildi. Qeyri-meşə fondu torpaqlarında yaşıllıqların salınması, bərpası, becərilməsi istiqamətində müvafiq işlər görüldü.

Ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan nəqliyyat sektorunda avtomobil yolları çəkildi və yenidən quruldu, körpülər salındı. Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolu, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsi, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun Şükürbəyli-Cəbrayıl hissəsi... Bunlar yenidənqurmadan sonra açılışı olan yollardan yalnız bir neçəsi idi. 2021-ci ildə açılan Füzuli Beynəlxalq Hava Limanından sonra Zəngilan Beynəlxalq Hava Limanı da istifadəyə verildi.

Sözügedən dövlət proqramlarının həyata keçirildiyi 20 ildə onlarla elektrik stansiyasının və yarımstansiyasının tikilib fəaliyyətə başlaması ilə ölkə başdan-başa nura qərq oldu. Bunların arasında işğaldan azad edilmiş ərazilərimizdə yaradılmış generasiya gücləri xüsusi əhəmiyyət kəsb etdi.

Sözügedən proqramların həyata keçirildiyi iki onillik ərzində ölkəmiz Cənubi Qafqazın iqtisadiyyatında 64 faizə malik güclü iqtisadiyyat formalaşdırdı. Kənd təsərrüfatı sektoru 2,1, nəqliyyat sektoru 4,1, turizm və ictimai iaşə sektoru 17,5, informasiya və rabitə sahəsi 20,9 dəfə artdı. 

Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirən neft, qaz və ixrac layihələri həyata keçirdi. 2006-cı ildə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu artıq beş ildən çoxdur ki, Avropa "Cənub qaz dəhlizi" ilə Azərbaycan qazı alır. Yeri gəlmişkən, qeyd edək ki, indi artıq 16 ölkə Azərbaycan qazının idxalçısıdır. 

2004-cü ildən başlayaraq, ölkəmiz hər il ən azı 1000 kilometr yeni yol çəkib və əsaslı təmir edib. Bu gün şimaldan cənuba, şərqdən qərbə uzanan nəqliyyat dəhlizləri də Azərbaycandan keçir. Yeni, müasir yollar bizi Qarabağa və Şərqi Zəngəzura aparır. 

Görülən bütün işlər ölkə əhalisinin dolanışığında, güzəranında öz əksini tapıb. Əməkhaqqı, pensiyalar, müavinətlər dəfələrlə artırılıb. 

Bir nüansı da vurğulayaq ki, dördüncü proqram qəbul edilərkən torpaqlarımız hələ işğal altında idi. Qələbədən sonra ölkəmiz regionların inkişafı işlərini daha geniş bir coğrafiyada apardı. Beləliklə, qarşıya yeni vəzifələr qoyuldu, yeni proqramlar qəbul edildi və bunların hamısı öz torpaqlarını azad etmiş və suverenliyini tam bərpa etmiş Azərbaycanın daha da inkişafına təkan verir. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!