31 Avqust 2023 09:00
26066
SİYASƏT
A- A+
İlham Əliyevin siyasi iradəsinin və prinsipiallığının ifadəsi

İlham Əliyevin siyasi iradəsinin və prinsipiallığının ifadəsi

 

Azərbaycan Laçın yolu ilə bağlı bütün avantüraları iflasa uğradır

 

Avqustun 29-da Azərbaycan və Fransa prezidentləri arasında telefon danışığında regiondakı vəziyyət müzakirə olunub. Fransa prezidentinin təşəbbüsü ilə baş tutan danışıq əsnasında Prezident İlham Əliyev E.Makronun diqqətinə bir daha çatdırıb ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər.

 

İrəvanın niyyəti puça çıxdı 

 

Ötən 3 ilə yaxın dövrün mənzərəsi göstərir ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar müstəvisində də özünün milli maraqlarını qətiyyətlə təmin etməkdədir. Ermənistanla sərhəddə Laçın rayonu ərazisində bu ilin aprel ayında sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması bunu bir daha təsdiqləyir. Bu sərhəd məntəqəsinin yaradılması ilə Azərbaycan öz suverenliyinin və təhlükəsizliyinin təmini istiqamətində növbəti tarixi qələbəyə imza atdı.
Azərbaycanın suveren hüquqları müstəvisində legitim addım atmasını Avropa Məhkəməsi də öz qərarı ilə təsdiq edib. Bununla ermənilərin hərbi cinayətlərinin,  Azərbaycanın Qarabağ bölgəsinə silah-sursat daşımasının, ərazilərimizin minalanmasının qarşısı alınıb. Əlbəttə ki, bu, azərbaycanlıların soyqırımında iştirak etmiş erməni hərbi canilərin canına qorxu salıb. Çünki onların hər birini hərbi cani Vaqif  Xaçaturyanın, bayrağımızı təhqir etdiklərinə görə saxlanılan erməni futbolçuların aqibəti gözləyir.
Ona görə də Laçında sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması ilə erməni yalanlarının növbəti mərhələsi başlayıb. Ermənistan rəsmiləri Qarabağda humanitar fəlakətin yarandığını iddia etsələr də, ortaya bununla bağlı bir fakt belə qoya bilməyiblər. İrəvanın bu məsələ ətrafındakı manipulyasiyada məqsədi özünün təcavüzkar siyasətinə yeni siyasi don geyindirmək, bununla sülh danışıqları prosesini ləngitmək və nəticə etibarilə mövqelərini möhkəmləndirməyə nail olmaqdır. Amma BMT Təhlükəsizlik Şurasındakı müzakirələr ermənilərin bu niyyətini puça çıxardı. 

 

Fransa hakimiyyət orqanlarının riyakarlığı bir daha üzə çıxdı

 

Başda Fransa prezidenti E.Makron olmaqla bu ölkənin siyasi dairələri aylardır ki, Azərbaycana qarşı siyasi manipulyasiyalarla məşğuldurlar. Əslində, bu məsələ ətrafındakı qərəzli yanaşmalar Fransa hakimiyyət orqanlarının riyakarlığını bir daha üzə çıxardı. Erməni diasporunun əlində alətə çevrilmiş bu ölkənin siyasi dairələri Laçın yolundakı sərhəd nəzarət-buraxılış məntəqəsinin ləğvinə nail olacaqlarını düşünsələr də, son aylarda tam dərk etdilər ki, Azərbaycana təsir və təzyiq etmək qeyri-mümkündür.
Avqustun 26-da Laçın Şəhəri Günü bayram tədbirində çıxışı zamanı Prezident İlham Əliyev bir daha bəyan etdi ki, bizi heç nə yolumuzdan döndərə bilməz: "Bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq".
Fransa öz hərəkətləri ilə təxribatlara yol verərək sülh prosesinə xələl gətirir. Bu ölkənin rəsmilərinin qərəzli açıqlamaları ilə yanaşı, Laçın yolu ilə Qarabağın erməni sakinlərinə "humanitar yük" çatdırmaq istəməsi də təxribatçılıqdan və pozuculuqdan başqa bir şey deyil. Qoy nə qədər istəyirlər, gəlib sərhəddə toplaşsınlar. Yenə də gözləri yol çəkməkdən başqa çarə tapmayacaqlar. Bundan əvvəl Ermənistan tərəfi Qarabağa humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər göndərməyə çalışıb ki, bunda da məqsəd Prezident İlham Əliyevin qeyd etdiyi kimi, siyasi möhtəkirlikdir.

 

Ermənistanın və "böyük bacısı"nın hay-həşirləri faydasızdır

 

Əslində, E.Makron başda olmaqla Fransanın bütün siyasi dairələri əsl həqiqətlərin nədən ibarət olduğunu yaxşı bilirlər. Onu da yaxşı bilirlər ki, Qarabağ bölgəsi Azərbaycanın suveren ərazisidir, nə Xankəndidə, nə də Qarabağın ermənilər yaşayan digər yaşayış məntəqələrində humanitar fəlakət baş vermir. 
Laçın yolundan və sərhəd nəzarət-buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinin keçdiyi, Azərbaycan tərəfindən erməni sakinlərə yüklərin daşınması üçün "Ağdam-Xankəndi" və digər alternativ yolların ayrıldığı, bütün bu səylərə baxmayaraq, bu yollardan istifadənin Ermənistan və özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən siyasiləşdirilməsi Fransa tərəfinə yaxşı məlumdur. Sadəcə, sülhə qarşı çıxan Fransanın bu məsələdən öz məkrli niyyəti üçün manipulyasiya məqsədilə istifadə etdiyi hər kəsə gün kimi aydındır.
Avqustun 29-da Fransa Prezidenti ilə telefon danışığı zamanı Prezident İlham Əliyev bir daha Azərbaycanın mövqeyini onun diqqətinə çatdırıb. Azərbaycanın mövqeyi isə haqlı və qətiyyətlidir. Ona görə də həm Ermənistanın, həm də onun "böyük bacısı"nın Laçın yolu ilə bağlı qlobal hay-həşirləri faydasızdır. Onların hansısa dövlətləri  və şəxsləri bu prosesə qoşmaları da əbəsdir. Çünki Azərbaycanı öz milli maraqlarından çəkindirmək mümkün deyil. Həm də erməni yalanları artıq ayaq tutub yeriyə bilmir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!