İlham Əliyevin şərtləri dəyişmir
Azərbaycan Prezidenti Ağ Evə də Laçın-Xankəndi yolu ilə bağlı qətiyyətli mövqeyini bir daha çatdırdı
Ermənistanın artıq xeyli vaxtdır ki, Qarabağ və Şərqi Zəngəzurda vəziyyəti gərginləşdirməkdən ötrü əl atmadığı oyun qalmayıb. Rəsmi İrəvan siyasi manipulyasiyası, şantaj və böhtanları ilə beynəlxalq ictimaiyyətdə yanlış fikirlər formalaşdırmaqla nəyəsə nail olmaq istəyir. Yəni Hayastanın siyasi rəhbərliyi bütün hallarda sülh sazişinin imzalanmaması üçün mümkün çirkinliklərdən istifadə edir. Lakin əsl həqiqətlər məğlub ölkənin iddialarını ifşa edir.
İki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində vasitəçilik missiyasını üzərlərinə götürdükləri görüntüsü yaradan və hətta bu istiqamətdə sanki yarışa çıxan Rusiya, Avropa İttifaqı və ABŞ yenə də Ermənistanın bu oyunlarına göz yumurlar. Bu azmış kimi Aİ-nin Ermənistana göndərdiyi xüsusi missiyası Qarabağdakı separatçıların təxribatlarına haqq da qazandırır. Son iki həftədə missiyanın yaydığı "açıqlama" bunu təsdiqləyən reallıqdır.
Rəsmi Moskva Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində qeyri-qanuni separatçı dəstələrin qanunsuz hərbi yüklərin danışması faktlarına heç bir reaksiya vermir.
Sülh danışıqlarında vasitəçi olmaq istəyini bildirən ABŞ isə bir tərəfdən XİN başçılarının görüşlərini təşkil edərək, guya, prosesə töhfə verməyə çalışdığını nümayiş etdirir, digər tərəfdən isə BMT Təhlükəsizlik Şurasındakı təmsilçisi Ermənistanın uydurma yalanlarına haqq qazandırır. Bu da bir daha ikili standartların, Ermənistana açıq havadarlığın göstəricisidir. Bu, Ağ Evin rəsmi şəxslərinin çıxışlarından başlayaraq, media orqanlarında dərc olunan yazılara qədər özünü göstərir.
Əslində, bu, ABŞ-nin regional maraqlarına uyğun deyil. Çünki Azərbaycan regionun şəksiz lideri və etibarlı tərəfdaşdır, bütün regional layihələrin təşəbbüskarı, əsas icraçısıdır. Rəsmi Bakının apardığı müstəqil xarici siyasət regionda sabitlik və sülhün bərqərar olmasına yönəlib, bu isə məntiqlə ABŞ-nin də maraqlarına cavab verməlidir. Amma görünür, bu ölkənin bəzi dairələri fərqli düşünür.
Ümumiyyətlə, Azərbaycanla təmaslar zamanı ABŞ rəsmiləri belə təsəvvür formalaşdırmağa çalışırlar ki, bu ölkədə antiazərbaycançı mövqe ayrı-ayrı konqresmenlərin lobbiçilik fəaliyyəti ilə məhdudlaşır. Amma, əslində, Dövlət Departamentinin, bu ölkənin beynəlxalq təşkilatlardakı nümayəndəliklərinin, departamentin qeyri-rəsmi "mətbuat orqanı" kimi tanınan nəşrlərin mütəmadi olaraq Azərbaycana qarşı qərəzli və riyakar mövqe nümayiş etdirmələrinin şahidi oluruq. ABŞ Dövlət katibi Entoni Blinkenin İlham Əliyevlə apardığı telefon danışıqlarındakı fikirləri isə Ağ Evin Azərbaycanın mövqeyinə dəstəyini ifadə edir. Bunu Azərbaycan Prezidenti ilə Ağ Ev rəsmisi arasında ötən aylarda reallaşan və sentyabrın 1-də aparılan telefon danışıqları bir daha təsdiqləyir. Bütün danışıqlar zamanı İlham Əliyev ABŞ-nin timsalında dünya ictimaiyyətinə, xüsusən də Hayastanın havadarlarına bir daha qətiyyətli mövqeyini çatdırır. Elə sentyabrın 1-də reallaşan növbəti danışıqda da qalib komandan bir daha Ermənistanın "humanitar böhran" şousunu ifşa eləyərək Laçın-Xankəndi yolu ilə bağlı yüklərin nə zaman və hansı şərtlər əsasında daşına bilməsinin mümkünlüyünü Ağ Ev rəsmisinin diqqətinə çatdırdı.
Telefon söhbəti zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılarkən İlham Əliyev əsl həqiqətləri açıqladı - Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatist rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yoldan yüklərin daşınması üçün əldə olunmuş ilkin razılaşmadan imtina edib.
İlham Əliyev qeyd edib ki, Ağdam-Xankəndi yolundan istifadədən bu formada imtina etmək siyasi manipulyasiyadır və həmin ərazidə guya humanitar, yaxud qida böhranının yaşandığını iddia etmək üçün məqsədyönlü yalandır. Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər. Dövlətimiz tərəfindən separatizmin bütün təzahürləri qəbulolunmazdır: "Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistan tərəfindən Azərbaycanın Laçın sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Ermənistanın bu kimi siyasəti sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurur". Prezident həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırıldığını, lakin qanunsuz separatist rejimin bundan imtina etdiyini Entoni Blinkenin diqqətinə çatdırıb.
İlham Əliyev Azərbaycanın Qarabağın erməni əhalisinin nümayəndələrini reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət etməsinə baxmayaraq, onların bundan imtina etdiklərini xatırladıb.
ABŞ Dövlət katibi Entoni Blinken sülh müqaviləsinin imzalanması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirib, Bakı ilə Xankəndi arasında birbaşa təmasları dəstəklədiklərini vurğulayıb.
Bu, ilk növbədə qalib komandan kimi İlham Əliyevin qətiyyətli mövqeyinin növbəti təzahürüdür. Azərbaycan Prezidenti hər zaman olduğu kimi prinsipiallığını, dəyişməz mövqeyini nümayiş etdirərək Ermənistanın havadarlarına, ona dəstək verənlərə bir daha çatdırdı ki, indi diktəni edən tərəf bizik. Yalnız Azərbaycanın şərtləri qəbul ediləcəyi təqdirdə Ermənistan hansısa addım ata bilər.
Bu gün İlham Əliyevin siyasətinin əsas prioriteti İkinci Qarabağ müharibəsinin yaratdığı reallıqlara uyğun siyasət həyata keçirmək və bölgədə sülhün təmin olunması üçün əməli işlər görməkdir. Baş verən proseslər isə göstərir ki, Azərbaycan Prezidenti 3 ilə yaxındır bütün təşəbbüslərini bu prosesə yönəldib. Bir tərəfdən 30 il ərzində ermənilər tərəfindən darmadağın edilmiş Qarabağ və Şərqi Zəngəzuru bərpa edən İlham Əliyev digər tərəfdən Ermənistanla sülh sazişinin imzalanması üçün çox mütərəqqi addımlar atır, məğlub ölkəyə, eləcə də Qarabağın erməni sakinlərinə çıxış yolunu göstərir.
Xarici işlər naziri Ceyhun Bayramovun Macarıstana səfəri çərçivəsində mətbuata verdiyi müsahibəsində səsləndirdiyi kimi, "Bakı dialoq üçün xoş iradə və açıq mövqe nümayiş etdirir. Bu, irəliyə doğru yeganə yoldur. Dialoqdan imtina edənlər onlara mesaj göndərə biləcək və hər hansı bir vədlər verəcək üçüncü güclərin əllərində girov olmaqdan qurtulmalıdır. Yeganə yol dialoq və Azərbaycanın tərkibində öz gələcəyini müzakirə etməkdir. Başqa yol yoxdur, çünki qalan bütün variantlar qeyri-legitimdir. Bu, bizim qırmızı xəttimizdir. Bundan sonra Azərbaycanın ərazisində heç bir boz zona olmayacaq".
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir
24 Sentyabr
İran ilə Rusiya arasında Rəşt-Astara dəmir yolu xəttinin tamamlanmasına sərmayə yatırılması üçün müq...
24 Sentyabr
TƏBİB: Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub
24 Sentyabr
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
24 Sentyabr
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
24 Sentyabr
Papa Fransisk Ukraynaya silah yardımının dayandırılmasından məyusluğunu ifadə edib
24 Sentyabr
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib VİDEO
24 Sentyabr
DİN: Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək...
24 Sentyabr
Sabah Bakıda və bölgələrdə yağış yağacaq
24 Sentyabr
İcma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışını tənqid edib
24 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
44 günlük Zəfərə 23 saatlıq əlavə23 Sentyabr 2023

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!