20 Avqust 2023 09:00
20654
SİYASƏT
A- A+
İlham Əliyevin qlobal nüfuzu

İlham Əliyevin qlobal nüfuzu

 

BMT-dəki diplomatik qələbə dostluğun, etibarlı tərəfdaşlığın və Qoşulmama Hərəkatına uğurlu sədrliyin yaratdığı reallıqdır

 

Ermənistan və ona havadarlıq edən Fransa və ABŞ-nin yenidən Azərbaycana qarşı bədnam niyyətləri fiaskoya uğradı. Bu üç ölkə hər zamankı kimi "birləşərək" BMT Təhlükəsizlik Şurası çərçivəsində ölkəmizə qarşı hansısa qətnamənin qəbuluna çalışsa da, cəhdləri uğursuz alındı.

Səbəb isə uydurmalara yox, həqiqətlərə əsaslanmaq oldu. Həm Azərbaycanın, həm dost ölkələrin, həm də Qoşulmama Hərəkatına üzv dövlətlərin nümayəndələrinin əsl reallıqları göstərmələri kifayət etdi ki, BMT "üç bacı"ya rədd cavabı versin.

Əlbəttə ki, bu, Azərbaycan diplomatiyasının növbəti uğuru kimi dəyərləndirilməlidir. O diplomatiya ki, konturları

İlham Əliyev tərəfindən çox mükəmməl şəkildə hazırlanıb və uğurla icra olunur. 

 

Cənubi Qafqazı yenidən münaqişə ocağına çevirmək istəyirlər

Həqiqət budur ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan təkcə Ermənistanla deyil, bu ölkəyə dəstək göstərən dövlətlərlə, ümumilikdə dünya erməniliyi ilə informasiya cəbhəsində siyasi, diplomatik, həmçinin hüquqi müstəvidə mübarizə aparır. Haqq və ədalətin tərəfində olan İlham Əliyev regionda sülhün, təhlükəsizliyin təmin olunmasını siyasətinin prioritetinə çevirib və bu istiqamətdə irəli sürülən istənilən təklifi dəstəkləyir. Amma görünən odur ki, bəzi qüvvələr Qafqazda sülhün təmin olunmasında nəinki maraqlıdırlar, hətta regionun yenidən münaqişə ocağına çevrilməsi üçün bütün çirkinliklərə əl atmağa hazırdırlar.

Amma İlham Əliyevin yaratdığı yeni reallıqlar, yürütdüyü tam müstəqil siyasət və qlobal lider kimi artan nüfuzu buna imkan vermir. Sözü imzası qədər keçərli olan, verdiyi vədləri hər zaman reallaşdıran və etibarlı tərəfdaş statusuna sahiblənən İlham Əliyev həyata keçirdiyi diplomatiya ilə əsl reallığı nümayiş etdirir. Həqiqət tərəfdarları isə Azərbaycanın yanında olduqlarını, ölkəmizə hər zaman dəstək göstərdiklərini əməlləri ilə sübuta yetirirlər.

Elə Ermənistan və havadarlarının təkidi ilə keçirilən BMT Təhlükəsizlik Şurasının son iclasında qardaş Türkiyənin, dost Albaniyanın, eləcə də Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının üzv dövlətlərinin BMT-dəki daimi nümayəndələrinin sərgilədikləri mövqe bunu bir daha təsdiqləyir.

Qardaş Türkiyənin nümayəndəsi Sedat Önal ölkəsinin Ermənistanın Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq platformalardan Laçın yolu ilə bağlı siyasi iddialarını səsləndirmək cəhdlərindən narahatlığını ifadə etdi.

Azərbaycanın haqlı mövqeyini müdafiə edən, Ağdam-Xankəndi yolundan humanitar məqsədlər üçün istifadəni dəstəkləyən ölkələrdən biri də Albaniya idi. Bu ölkəni BMT-də təmsil edən daimi nümayəndə Ferit Hoca isə diplomatlar qarşısında bəyan etdi ki, humanitar tələbatlar siyasiləşdirilməməli və digər məsələlərin həlli üçün sui-istifadə olunmamalıdır. Söhbət humanitar məsələdən gedirsə, mümkün olan hər şeyi, bütün variantları nəzərdən keçirmək mümkündür. Bura digər yollar, həmçinin təklif olunan Xankəndi - Ağdam yolu da daxildir. Albaniya mayın əvvəlində ABŞ-də baş tutan sülh danışıqlarından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin aktivləşməsini alqışlayır.

Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının üzv dövlətlərinin BMT-dəki daimi nümayəndələri də ölkəmizin haqlı mövqeyini müdafiə etdikləri üçün bu ali təşkilat Ermənistan və havadarlarının məkrli niyyətlərinə "yox" dedi. Xüsusən də erməni diasporu və lobbisinin, ermənipərəst dairələrin səyləri nəticəsiz qaldı.

 

Nüfuz artır, geosiyasi çəki yüksəlir, etibarlı tərəfdaşlar çoxalır

Bu proses İlham Əliyev diplomatiyasının növbəti təntənəsi, Ermənistanın, xüsusən də Fransanın daha bir uğursuzluğu ilə yadda qaldı.

Bütün bunlar, həqiqətən də, Azərbaycanın doğru yolda olduğunun və İlham Əliyevin qlobal nüfuzunun gündən-günə yüksəldiyinin bariz təcəssümüdür. Xüsusən də dövlət başçımızın Qoşulmama Hərəkatının sədri kimi ortaya qoyduğu fəaliyyət, irəli sürdüyü qlobal təşəbbüslər Azərbaycanın geosiyasi əlaqələrinin daha da möhkəmlənməsini, etibarlı tərədaşlarının daha da artmasını şərtləndirib.

Reallıq budur ki, İlham Əliyev beynəlxalq problemlərin həllində mühüm rol oynayan və müasir dövrdə çoxqütblü, ədalətli və demokratik dünya düzəninin formalaşmasında müsbət potensiala malik olan Qoşulmama Hərəkatına sədrliyi üzv dövlətlərin mütləq əksəriyyəti tərəfindən təqdir edilir. Əgər belə olmasaydı, bitən sədrlik müddəti yenidən Azərbaycana həvalə olunmazdı.

 Qoşulmama Hərəkatı heç bir hərbi bloka qoşulmayan 120 dövləti özündə birləşdirir. BMT-dən sonra dünya ölkələrini bir araya gətirən ikinci böyük təşkilatdır. Hərəkata sədrlik müxtəlif regional qruplardan olan dövlətlər arasında üç ildən bir rotasiya edilir. Müvafiq regional qrupdan namizədliyi təqdim etmiş dövlət təşkilatın sammiti vaxtı bütün üzv dövlətlərin razılığı ilə sədr seçilir. Sədr dövlət üçillik sədrlik müddətinin əvvəlində zirvə görüşünə və sədrliyinin axırıncı ilində nazirlər iclasına evsahibliyi edir. Ölkəmiz Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub və 2019-cu ildən təşkilata sədrlik edir. 2022-ci ildə ölkmizin hərəkata sədrlik müddət başa çatsa da, üzv dövlətlər Azərbaycanın təşkilata uğurlu sədrliyini nəzərə alaraq əlavə 1 il müddətinə sədrlik etməsi ilə bağlı təklif irəli sürdülər. İlham Əliyev hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə təşkilata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab verdi. Beləliklə, Azərbaycanın hərəkata sədrliyi 2023-cü ilə qədər uzadıldı.

Ölkəmiz hərəkata sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti daim müdafiə etdi. İlham Əliyev hərəkata rəhbərliyi dövründə bu prinsiplərə sadiq qaldı və bununla da üzv dövlətlərin onun siyasətinə göstərdiyi etimad daha da yüksəldi. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra Azərbaycanın quruma sədrlik etməsi üzv dövlətlərin ölkəmizə olan inamının və Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsinə çevrildi.

Vətən müharibəsindən öncə Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırmışdı. Məhz genişmiqyaslı uğurlu beynəlxalq fəaliyyəti sayəsində ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi hərəkatın sənədlərində dəstəklənirdi.

Qoşulmama Hərəkatının Azərbaycana siyasi dəstəyinin bariz nümunəsi kimi Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsini də geri götürməyə məcbur olmasını göstərmək olar. 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı da hərəkata üzv dövlətlər tərəfindən alınıb.

Zaman göstərir ki, Qoşulmama Hərəkatının nüfuzu getdikcə daha da artır. Üzv dövlətlərin də dəstəklədiyi kimi Azərbaycanın hərəkata sədrliyi dövrü daha uğurlu olmaqla yanaşı, mühüm töhfələrlə nəticələnib. Təsisatda Azərbaycanın təşəbbüsü ilə yeni şəbəkələr yaranıb ki, bunlar da həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilir.

 

Dünyada elə bir qüvvə yoxdur ki, Azərbaycana nəyisə diktə edə bilsin

Göründüyü kimi, bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Hazırda Azərbaycan regionda və dünyada öz mövqelərini sürətlə möhkəmləndirən, sosial-iqtisadi baxımdan inkişaf edərək Avroatlantik məkana inteqrasiya olunan bir ölkədir.

Bununla yanaşı, müstəqil Azərbaycan həm qüdrətli, həm də dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Bütün bu uğurların yeganə səbəbi isə, əlbəttə ki, ölkə lideri İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətdir. Azərbaycana rəhbərlik etdiyi 20 ildə İlham Əliyev elə bir dövlət yaradıb ki, özünün də söylədiyi kimi, mövcudluğu tarixində ölkəmiz heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb. Bu gün Azərbaycan siyasi-iqtisadi meyar və parametrlər üzrə kimdənsə asılı deyil. Hətta ölkəmiz istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından dünyada ən qabaqcıl yerlərdədir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Bütün nailiyyətlər, möhtəşəm uğurlar

İlham Əliyevin yüksəliş konsepsiyasının bəhrəsidir. Artıq heç kim Azərbaycanla təhdid dili ilə danışa biməz. Bu fikirdə, bu niyyətdə olanlara İlham Əliyev çox mükəmməl şəkildə xəbərdarlıq edib: "Bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki mən Prezidentəm, belə qüvvə olmayacaqdır". 

 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!