15 Noyabr 2024 08:05
113
SİYASƏT
A- A+
İlham Əliyevin qlobal liderliyinin etirafı

İlham Əliyevin qlobal liderliyinin etirafı


Azərbaycan tarixinin ən möhtəşəm məqamlarından birini yaşayır. Ölkəmiz tarixində ən geniştərkibli, ən nəhəng tədbirini keçirir - COP29-a evsahibliyi edir.

Azərbaycan beynəlxalq tədbirlərin təşkilatçısı kimi artıq dünyada sayılıb-seçilən dövlətlər sırasındadır. Ölkəmiz indiyədək keçirdiyi konfranslarda, sammitlərdə xüsusi nümunələr göstərib, modellər yaradıb və təsadüfi deyil ki, COP29-a evsahibliyi məsələsinin müzakirəsində məhz bu mükəmməl təcrübələri nəzərə alınaraq 200 ölkənin dəstəyi ilə bu şərəfli missiya Azərbaycana həvalə olunub.

COP29-a evsahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi ilk növbədə ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsidir. Bu, bir daha təsdiq etdi ki, Şimal ilə Cənubun, Qərb ilə Şərqin qovşağında yerləşən ölkə kimi Azərbaycan müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri yaradır. Azərbaycanın həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələri Avrasiyanın enerji xəritəsini dəyişib, yeni məhsuldar, çoxtərəfli əməkdaşlıq formatları ərsəyə gətirib. 


Azərbaycan COP29-u yalnız tədbir xatirinə keçirmir


COP29 BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasıdır və iştirakçı sayına görə dünyada ən böyük tədbirdir. Təsadüfi deyil ki, COP29-da iştirak etmək üçün Azərbaycana 196 ölkədən 72 min iştirakçı gəlib. Onların sırasında 80 prezident, vitse-prezident və baş nazir var. Hər gün isə sammitə qatılanların sayı 20 min nəfərdən artıq olur.  

COP29-da müxtəlif peşə sahibləri iştirak edir, futbolçulardan tutmuş ekoloqlara, siyasətçilərdən iqtisadçılara, sənət adamlarından hüquqşünaslara qədər bütün sferaların təmsilçiləri əhatə olunur. 

Azərbaycan COP29-u yalnız tədbir xatirinə keçirmir. Cənubi Qafqazın lider ölkəsi bu sammitdə iqlim dəyişikliyi ilə mübarizə üçün təkliflərini, "yaşıl enerji" sahəsindəki mövcud potensialını təqdim edir, eləcə də COP29 çərçivəsində iqlim maliyyələşməsi üçün ortaq məxrəcin əldə olunması üçün çalışır.

Azərbaycanın "yaşıl gündəliyi" və alternativ enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi siyasətə nəzər yetirsək görərik ki, ölkənin bərpaolunan enerjidə texniki potensialı quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil edir. 2030-cu ilə qədər təxminən altı giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. BƏƏ-nin "Masdar" şirkəti, Səudiyyə Ərəbistanının "Acwa Power" şirkəti və Birləşmiş Krallığın bp şirkəti ilə həyata keçirilən layihələr də bunun əyani təzahürüdür. Bu layihələrdən xüsusi olaraq Avropaya "yaşıl enerji"ni ixrac etmək üçün Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi  dünyada analoqu olmayan layihələrdəndir. 

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur regionları "yaşıl enerji" zonaları elan edilib.


Dünya liderlərindən Azərbaycana verilən yüksək dəyər


Ümumiyyətlə, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yüksək səviyyədə keçirilməsi müxtəlif ölkələri təmsil edən qonaqlar, rəsmi şəxslər, media nümayəndələri və ekspertlərlə yanaşı, dünya liderləri tərəfindən də qiymətləndirilir, tədbirlərin səviyyəsindən məmnunluq ifadə olunur. Yüksəksəviyyəli rəsmi nümayəndələr COP29 çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə, müsahibələrdə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir edir, COP29 danışıqlarının uğurla nəticələnəcəyinə ümidvar olduqlarını bildirirlər.

COP29-un plenar iclasında çıxış edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda iqlim sammitinin uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Pakistan hökumətinin başçısı əminliklə bildirib ki, COP29 mütləq tarixə düşəcək. Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli yüksək təşkilatçılığa görə Azərbaycana təşəkkür edib və uğurlar arzulayıb. Hökumət başçısı iqlim maliyyələşməsinin vacibliyini vurğulayaraq ölkəsinin bu istiqamətdə gördüyü işlərdən danışıb.

İtaliyanın Baş naziri xanım Ciorcia Meloni Azərbaycanı COP29-un sədri kimi görməkdən çox məmnun olduğunu bildirib və COP29-un təşkilinə görə ölkəmizə təşəkkürünü ifadə edib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze də yüksək təşkilatçılıq səviyyəsinə görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirib. COP-un Qafqazda ilk dəfə ölkəmizdə keçirildiyini xüsusi vurğulayan Baş nazir bu mötəbər beynəlxalq tədbirə peşəkarlıqla evsahibliyi edən Azərbaycana uğurlar arzulayıb. Konqo Demokratik Respublikasının Baş naziri Cudit Suminva Tuluka Bakının bütün bəşəriyyət üçün belə mühüm tədbirə evsahibliyi etdiyinə görə Azərbaycana və şəxsən dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib. "Ola bilsin ki, yalnız gələcək nəsillər bu gün burada etdiklərimizin və müzakirə etdiyimiz məsələlərin tam mənasını anlayacaqlar. Amma ilk növbədə biz nəticələr əldə etməliyik", - deyə Baş nazir COP29-un mühüm əhəmiyyətini bir daha vurğulayıb.

Moldovanın Prezidenti Maya Sandu da çıxışında COP29-un Bakıda yüksək səviyyədə keçirilməsinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.


Prezident İlham Əliyevdən inkişaf etmiş ölkələrə çağırış


Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) sammitində isə dünya bir daha Azərbaycanın müstəqil siyasətinə, söz sahibinə çevrildiyinə şahid oldu.  

Sammitdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətləri yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. 

Ali tribunadan inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olanlara müraciət edən Prezident kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərilməsinin vacibliyini söyləyərək dedi ki, bu dəstək sayəsində onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilərlər. 

Dövlət başçısı son illərdə iqlim dəyişikliyinin yaratdığı fəsadların Azərbaycandan da yan keçmədiyini sammit iştirakçılarının diqqətinə çatdırdı. Bunu Xəzər dənizinin ildən-ilə dayazlaşması faktı ilə dünyaya təqdim etdi: "İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir", - deyə cənab Prezident vurğuladı.

Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Ölkəmiz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərib. Azərbaycan həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verib. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramından yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə Azərbaycan 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Azərbaycan Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırır. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmik Agentliyi - "Azərkosmos"dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanıb.

Möhtərəm Prezidentin söylədiyi fikirlər bir daha onu təsdiqlədi ki,  Azərbaycanın yalnız öz gücünə reallaşdırdığı layihələr ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir.  

Dünya liderlərinin, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində çıxış edən rəhbər şəxslər də COP29-un təşkilinə görə Azərbaycana minnətdarlıq ifadə edib, iqlim dəyişmələrinin böyük fəlakətlərə səbəb olduğu bu ölkələr üçün iqlim maliyyələşməsinin və uğurlu danışıqların əhəmiyyətini vurğulayıblar. Onlar COP29 çərçivəsində kiçik ada dövlətlərinin problemlərinin müzakirə olunduğu yüksəksəviyyəli tədbirin təşkilinin önəmini xüsusilə qeyd ediblər.

Noyabrın 13-də COP29 çərçivəsində iqlim dəyişmələrindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərini dəstəkləmək məqsədilə "Kiçik ada dövlətlərinin səslərinin gücləndirilməsinə dair Bakı Bəyannaməsi"nin qəbul olunması da Azərbaycanın COP29-a sədrliyinin növbəti uğurudur.


COP29-a Mehriban Əliyevanın töhfəsi


Azərbaycanın beynəlxalq toplantılarda, xarici ölkələrdə daha çox tanınması, ölkəmizin qlobal nüfuzunun yüksəlməsi istiqamətində mühüm layihələr reallaşdıran ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva COP29 çərçivəsində bir daha uğurlu missiyasını davam etdirib. 

COP29 çərçivəsində "yaşıl zona"da "Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində" mövzusunda konfrans təşkil olunub. Konfransda məqsəd Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi önəmi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və bu dövlətlərin gənclərini iqlim gündəliyinə cəlb etməklə beynəlxalq öhdəliklər istiqamətində görülən tədbirləri təqdim etmək olub. 

Konfransda çıxış edən birinci xanım Mehriban Əliyeva bildirib ki, COP29 çərçivəsində əməkdaşlıq, təcrübə mübadiləsi, gənc nəsil tərəfindən birgə layihələrin müəyyənləşdirilməsi üçün platformanı yaratmaq imkanı olacaq:

"COP29 ölkəsi seçilmək bizim üçün böyük şərəfdir. Biz fərəhlənirik ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransı məhz Azərbaycanda keçirilir". Həqiqətən də, qürurlu, fərəhləndirici haldır ki, COP konfransı məhz Azərbaycanda keçirilir. Bu, Azərbaycana, onun liderinin yürütdüyü siyasətə, ölkəsində yaratdığı daxili sabitliyə verilən yüksək dəyərdir. 

Birinci xanım həmçinin bildirmişdir ki, dünya biosferin çirklənməsi, içməli suyun qıtlığı, tez-tez baş verən quraqlıq və ərzaq təhlükəsizliyində artan risklər kimi ciddi ətraf mühit çağırışları ilə üz-üzədir. Azərbaycan da bu problemdən istisna deyil. 

Azərbaycanin "yaşıl gündəliy"ini təqdim edən Mehriban xanım Əliyeva qlobal istixana tullantılarının 0,1 faizinin ölkəmizin payına düşdüyünü, havaya tullantıların azaldılması və təmiz enerjiyə keçidin həyata keçirilməsi kimi milli hədəflərimizə doğru irəlilədiyimizi bildirdi. 

Birinci vitse-prezident bəyan etdi ki, COP29-a evsahibliyi edən ölkə kimi Azərbaycan ətraf mühit məsələlərindən xeyli uzaq olan mülahizələr hesabına ədalətsiz hücum dalğası, yalan hekayətlər və ikili standartlar ilə üzləşib. Azərbaycan COP29-a evsahibliyi etmək öhdəliyini üzərinə götürməklə Qlobal Cənub və Qlobal Şimal, eləcə də inkişaf etmiş və inkişaf edən ölkələr arasında körpülər salmağa çalışır. Məqsəd bu məsələnin həllinə verilən töhfəni ortaq gələcəyə veriləcək töhfəyə çevirməkdən ibarətdir. Müəyyən ölkələrin təsiri altında olan bəzi iri media platformaları göstəriş ilə Azərbaycan haqqında mənfi hekayətləri yaymağa başlayıblar. Yalan hekayətlər və riyakarlıq nəinki reallığı səhv göstərir, o cümlədən ədalət və düzgünlük, ləyaqət və məsuliyyət kimi fundamental konsepsiyaları sual altına qoyur. Səhv informasiyanın yayılmasında, ölkələrə qarşı qarayaxma kampaniyalarının aparılmasında mediadan istifadə həmin ölkələrə o qədər zərər vurmur, nəinki mənəvi dəyərlərin mahiyyətini dəyərsizləşdirir, etimadı zəiflədir və parçalanma yaradır.

"Yadda saxlasınlar ki, COP29 siyasi hücumlar arenası deyil. O, iqlim böhranı qarşısında hamımızın birləşdiyi məkandır. Yalnız ədalətli əməkdaşlıq və real tədbirlərə hazırlıq bizi uğura aparacaq". Birinci vitse-prezident bu fikirləri ilə antiazərbaycançı şəbəkənin çirkin kampaniyasına layiqli cavab verdi. 


Prezident İlham Əliyevdən tarixi dərs


Noyabrın 13-də kiçik ada dövlətlərinin (SIDS) sammitində  çıxış edən Prezident İlham Əliyev bir daha Azərbaycana qarşı qarayaxma kampaniyasının başında duran Fransa və Niderlanda tarixi dərs keçdi. Belə ki, möhtərəm Prezident sammit iştirakçılarının diqqətinə çatdırdı ki, neokolonializm və iqlim dəyişmələri - Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox halda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur. 

Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sent-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə onların dekolonizasiya prosesi hələ də yubanır.

Dövlət başçısı həmçinin xatırlatdı ki, 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görmək olar. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı göstərir ki. rejimin bu yaxınlarda insan hüquqlarının pozulmasından danışması tam absurddur. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoyub, 169 nəfəri yaralayıb. 1700 insan həbs edilib. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat - Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşürlər. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır.

Möhtərəm Prezidentimiz maraqlı müqayisə də apararaq Avropa təsisatlarının bənzətməsini də etdi: "Əgər Avropanın əsas diplomatı Cozep Borel Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəlliyiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək".

Göründüyü kimi, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən cənab İlham Əliyev tam müstəqil siyasəti ilə istənilən basqıya, yalana, iftiraya layiqli cavab verməklə gücünü, qüdrətini dünyaya nümayiş etdirir. COP29-a uğurlu evsahibliyi ilə cənab İlham Əliyev Azərbaycanın gücünə güc qatacaq. 

BMT Təhlükəsizlik Şurasına, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlara uğurlu sədrlik edən, Avropa Oyunlarının standartlarını müəyyənləşdirən, İslam Həmrəyliyi Oyunlarına, siyasi-iqtisadi sahələrə həsr edilən beynəlxalq forumlara, konfranslara ən layiqli şəkildə evsahibliyi ilə nüfuzunu artıran Azərbaycan indi müstəqillik tarixinin ən böyük tədbirinə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu qlobal sessiyasına uğurla evsahibliyi edir. 

Bütün dünyanın nəzəri Azərbaycana çevrilib. Dünya ölkələri səbirsizliklə COP29-da alınacaq qərarları gözləyirlər.

Əlbəttə ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin üzərinə böyük məsuliyyət qoyur. Ancaq dövlətimizin təcrübəsi yetərlidir ki, bu beynəlxalq konfransı da ən yüksək səviyyədə keçirsin. Ölkəmizin artıq bir neçə gündür yüksək səviyyədə evsahibliyi etdiyi bu beynəlxalq sammit Azərbaycanın istənilən konfransı keçirmək gücünə sahib olduğunu dünyaya nümayiş etdirir. 


Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DSMF-nin xərcləri artaraq 5 milyard 726 milyon manat olub  

11:13
15 Noyabr

Xarici jurnalist: COP29 Azərbaycanın iqlimlə bağlı ambisiyalarına kömək edəcək  

11:12
15 Noyabr

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa  

11:11
15 Noyabr

Ceyhun Bayramov: Sülh Azərbaycanın əsas prioritetidir  

11:09
15 Noyabr

Dünya birjalarında neftin ucuzlaşması davam edir  

11:09
15 Noyabr

COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib  

11:08
15 Noyabr

Aleksandra Bilak Azərbaycanda qaçqınlarla bağlı həyata keçirilən dövlət siyasəti barədə məlumatlandırılıb  

11:06
15 Noyabr

Azərbaycan nefti ucuzlaşıb  

11:05
15 Noyabr

UEFA Millətlər Liqası: Bu gün daha 9 oyun keçiriləcək  

11:04
15 Noyabr

WWF-Türkiye: COP29 yeni MSMT prioritetlərinin aydın şəkildə müəyyənləşdirilməsi yolunda sonuncu böyük şansdır  

11:02
15 Noyabr

COP29 çərçivəsində “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksəksəviyyəli panel iclası keçirilir  

11:01
15 Noyabr

Baş nazir Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb  

10:19
15 Noyabr

Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb 

10:12
15 Noyabr

Pərviz Şahbazov: Yaşıl enerji dəhlizləri təkcə enerjinin ötürülməsini deyil, həm də sabit və davamlı gələcəyin yol xəritəsini müəyyənləşdirir  

10:11
15 Noyabr

Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib  

10:11
15 Noyabr

Dehlidə hava çirkliliyinə görə ibtidai məktəblər bağlanıb  

10:09
15 Noyabr

Millətlər Liqası: İtaliya qalib gəlib, Fransa xal itirib  

10:07
15 Noyabr

Britaniyalı nazirlər COP29-dakı pavilyonları ilə tanış olublar  

10:05
15 Noyabr

Afrikalı nümayəndə: Bərpaolunan enerji mənbələrinə yönəlmiş addımlar əsas hədəflərimiz arasında yer alır  

10:03
15 Noyabr

"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib  

09:36
15 Noyabr

Mingəçevirin 76 yaşı yeni yaşıllıqlar salınması ilə qeyd edilib

09:25
15 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!