15 Noyabr 2024 08:15
118
SİYASƏT
A- A+
İlham Əliyevdən antiazərbaycançı şəbəkəyə “yaşıl dərs"

İlham Əliyevdən antiazərbaycançı şəbəkəyə “yaşıl dərs"


Ölkəmizə qarşı növbəti qarayaxma kampaniyası iflasa uğradıldı 


Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işini uğurla davam etdirir. Dünyanın gələcəyi üçün narahat olan ölkə və təşkilatların on minlərlə üzvü Azərbaycana toplaşaraq iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması üçün müxtəlif həll yolları arayır, çağırışlar edirlər. 

Bu çağırışların əsasını isə dayanıqlı iqlim maliyyələşməsinin formalaşdırılması təşkil edir. Xüsusilə varlı dövlətlərin bu istiqamətdə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmələri istənilir.


Siyasi riyakarlıq 

 

Bu iqlim tədbirinin hansı ölkədə keçirilməsindən asılı olmayaraq xidmət etdiyi məram Yer kürəsindəki bütün insanları birbaşa maraqlandıran problemlərə vaxt itirilmədən çarələrin tapılmasıdır. Ancaq bəzi Qərb ölkələri - xüsusilə də Fransa məhz Azərbaycanda keçirildiyi üçün COP29-a mahiyyətindən tamamilə uzaq anlam yükləyərək, qərəzli yanaşma sərgiləyirlər. Paris bu tədbirdə "yaşıl dünya naminə" əldə edilən nailiyyətlərin sanki Fransaya aidiyyəti yoxmuş kimi davranır, özünün iqlim fəsadlarının aradan qaldırılmasına töhfə vermək məcburiyyətinin olmamasını göstərir. Bəşəriyyətin dünyanın xilasını düşündüyü bir zamanda belə cılız ambisiyasından əl çəkməyən Fransa özündən xeyli uzaqda yerləşən və Cənubi Qafqazı koloniyasına çevirmək kimi mənfur planlarını alt-üst edən Azərbaycana qarşı ermənipərəst mövqe sərgiləyir. 

COP29-un açılış mərasimindəki nitqində "Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib" deyən Prezident İlham Əliyev yuxarıda qeyd etdiyimiz məqamlara diqqət çəkdi. Dövlət başçısı dünyanın 192 ölkəsindən Azərbaycana gələn ali səviyyəli qonaqların, iqlim aktivistlərinin  iştirak etdiyi bu tədbirdə bildirdi ki, Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra ölkəmiz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildi.

Azərbaycan haqqında yayılan qərəzli məlumatları nəzərdən keçirəndə isə o qədər absurd fikirlərlə rastlaşırsan ki, bəzən hətta söyləməyə söz belə tapmırsan. COP29-a sədrlik edən Azərbaycana qarşı hücumların səbəblərindən biri, ölkəmizə Tanrı tərəfindən bəxş edilən təbii sərvətlərin olduğunu görürsən.  

Açılış mərasimində Azərbaycana qarşı absurd ittihamlarla bağlı da danışan Prezident İlham Əliyev diqqətə çatdırdı ki, iki il əvvəl Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsinə imza atdılar: "Lakin bu, bizim ideyamız deyildi. Onlar bizdən yardım xahiş etdilər. Biz razılaşdıq. Əgər yardımımıza ehtiyac varsa, biz hər zaman kömək etməyə hazırıq. Dedik, yaxşı, biz enerji təhlükəsizliyində Avropaya kömək edəcəyik". 


Qarşıya qoyulan hədəflərə nail olunur


COP29-a Azərbaycanın sədrlik edəcəyini bildikləri andan etibarən Fransanın başçılıq etdiyi riyakar Qərb ölkələri bizə qarşı təşkilatlanmış formada antitəbliğata start verdilər. İqlim konfransını siyasiləşdirmək cəhdləri etdilər, pulla ələ aldıqları beynəlxalq media vasitələri ilə respublikamızla bağlı olmazın yalan, iftira, böhtan xarakterli məlumatlar uydurub tirajlamağa başladılar. Necə deyərlər, öz gözlərində tiri görməyənlər Azərbaycanda xırda nöqtə axtarmağa başladılar. 

Noyabrın 12-də Bakıda 80 prezident, vitse-prezident və baş nazirin iştirak etdiyi BMT-nin nüfuzlu tədbirinin açılışında dövlətimizin başçısı söylədi ki, bu gün də bizi neft dövləti adlandıranlar yaxşı olardı ki, ən azı özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar: "Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir".

Ancaq bütün bu çirkin təbliğatlar nə Azərbaycanı haqq yolundan döndərə, nə də ölkəmizin dünyadakı nüfuzuna zərrə qədər zərbə vura bilər. 

Bir neçə gündür öz işinə başlayan COP29-da artıq mühüm nailiyyətlər əldə olunub. 

Beynəlxalq maliyyə korporasiyaları və bank strukturlarının açıqlamaları  var ki, iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlar. Nümunə üçün deyək ki, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib. Eyni zamanda COP29-un ilk günündə Paris Sazişinin 6.4 maddəsi üzrə  razılaşmaya nail olunub.

 Bütün bunlar onu göstərir ki, COP Bakıda qarşısına qoyduğu hədəflərə bir-bir nail olur. Bu həm də təkzibolunmaz şəkildə ortaya qoyur ki, Azərbaycanın "yaşıl səylər"i uğurlu bəhrəsini verir və eyni zamanda Qərbdə formalaşmış antiazərbaycançı şəbəkənin ölkəmizə qarşı növbəti qarayaxma kampaniyası iflasa uğradılır.  


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DSMF-nin xərcləri artaraq 5 milyard 726 milyon manat olub  

11:13
15 Noyabr

Xarici jurnalist: COP29 Azərbaycanın iqlimlə bağlı ambisiyalarına kömək edəcək  

11:12
15 Noyabr

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa  

11:11
15 Noyabr

Ceyhun Bayramov: Sülh Azərbaycanın əsas prioritetidir  

11:09
15 Noyabr

Dünya birjalarında neftin ucuzlaşması davam edir  

11:09
15 Noyabr

COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib  

11:08
15 Noyabr

Aleksandra Bilak Azərbaycanda qaçqınlarla bağlı həyata keçirilən dövlət siyasəti barədə məlumatlandırılıb  

11:06
15 Noyabr

Azərbaycan nefti ucuzlaşıb  

11:05
15 Noyabr

UEFA Millətlər Liqası: Bu gün daha 9 oyun keçiriləcək  

11:04
15 Noyabr

WWF-Türkiye: COP29 yeni MSMT prioritetlərinin aydın şəkildə müəyyənləşdirilməsi yolunda sonuncu böyük şansdır  

11:02
15 Noyabr

COP29 çərçivəsində “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksəksəviyyəli panel iclası keçirilir  

11:01
15 Noyabr

Baş nazir Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb  

10:19
15 Noyabr

Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb 

10:12
15 Noyabr

Pərviz Şahbazov: Yaşıl enerji dəhlizləri təkcə enerjinin ötürülməsini deyil, həm də sabit və davamlı gələcəyin yol xəritəsini müəyyənləşdirir  

10:11
15 Noyabr

Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib  

10:11
15 Noyabr

Dehlidə hava çirkliliyinə görə ibtidai məktəblər bağlanıb  

10:09
15 Noyabr

Millətlər Liqası: İtaliya qalib gəlib, Fransa xal itirib  

10:07
15 Noyabr

Britaniyalı nazirlər COP29-dakı pavilyonları ilə tanış olublar  

10:05
15 Noyabr

Afrikalı nümayəndə: Bərpaolunan enerji mənbələrinə yönəlmiş addımlar əsas hədəflərimiz arasında yer alır  

10:03
15 Noyabr

"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib  

09:36
15 Noyabr

Mingəçevirin 76 yaşı yeni yaşıllıqlar salınması ilə qeyd edilib

09:25
15 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!