15 Noyabr 2024 09:10
106
SİYASƏT
A- A+
"Bakı dünyanı ruhlandırır"

"Bakı dünyanı ruhlandırır"


Ölkəmizin COP29-a da uğurla evsahibliyi etməsi dünya mediasının diqqət mərkəzindədir. Bir sıra beynəlxalq mətbuat orqanlarında yayımlanan məqalələr və reportajlarda qeyd olunur ki, Bakıda keçirilən tədbir qlobal iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verən xüsusi hadisələr və təşəbbüslərlə yadda qalacaq. 

İtaliyanın və Vatikanın ANSA, "Rai", AGI, "La Repubblica", "Sky TG24", "il Giornale", "Qui Finanza", "il Dolomiti", "Italia Oggi", "il Sole 24 ore", "il Fatto Quotidiano", "AgenSIR", "Roma Sette", "Green and Blue", "Faro di Roma" kimi saytlarının yaydığı materiallarda İtaliyanın Baş naziri Ciorcia Meloninin Bakıda COP29 Liderlər Sammitindəki çıxışında səsləndirdiyi, eyni zamanda Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin sammit iştirakçılarına ünvanladığı müraciətindəki fikirlərə geniş yer verilib.

"La Repubblica" qəzetinin yazısında Ciorcia Meloninin Azərbaycanı sülh naminə iqlim təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilən COP29-un sədri  kimi görməkdən məmnunluğunu ifadə etdiyi bildirilib. Baş nazir İtaliyanın təkcə bərpaolunan mənbələrə deyil, həm də təbii qaz, bioyanacaq, hidrogen və karbonun tutulması və saxlanmasına diqqət yetirdiyini deyib. Ciorcia Meloni COP29-da yeni iqlim maliyyəsi hədəfini qəbul etməyin əhəmiyyətini bildirib.

"Roma Sette" nəşrinin materiallarında Papa Fransiskin əsas iqlim sammiti olan COP29-un auditoriyasına müraciətində ölkələri yeni maliyyə arxitekturası həyata keçirməyə çağırdığı qeyd olunub. COP29-un inklüziv inkişafa gətirib çıxaran iddialı razılaşma yaradacağına ümidvar olduğunu vurğulayıb. Roma Papası bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə əlavə gecikmələrə yol verilməməlidir və ətraf mühitin mühafizəsi sülhün qorunması ilə sıx bağlıdır. O deyib ki, bu sammit ən aktual vəzifələrdən biri olan iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyətli məqsəd ortaya çıxara bilər: "Ümumi, lakin fərqləndirilmiş məsuliyyətlər və müvafiq imkanlar prinsipi COP29-un işini istiqamətləndirir və Bakı dünyanı ruhlandırır".

"AgenSIR" nəşri hazırladığı məqaləni "Bakıda COP29: İnkişaf etməkdə olan ölkələr üçün maliyyələşdirmə və özəl sektor" başlığı altında təqdim edib.  Qeyd edilib ki, dünyanın hər yerindən gələn nümayəndələr qlobal temperaturun yüksəlməsinin qarşısını almaq yollarını tapmaq və Paris Sazişi çərçivəsində verilən vədləri yerinə yetirmək ümidi ilə Azərbaycan paytaxtında toplaşıblar. Hazırkı sammit "maliyyə COP-u" adlandırılır, çünki 15 ildə ilk dəfə olaraq inkişaf etməkdə olan ölkələr üçün iqlim fəaliyyətinə dəstək məqsədilə maliyyələşdirmənin həcmi və strukturu araşdırılacaq.

"Green and Blue" nəşrinin hazırladığı reportajda isə qeyd edilib ki, COP29 iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş siyasətlərin müzakirəsi və həyata keçirilməsi üçün əvəzsiz platformadır. Bakı konfransının iştirakçıları iki həftə ərzində qlobal dekarbonizasiya hədəfi üçün yeni maliyyə resursları barədə müzakirələr aparacaqlar. COP29-un əsas məqsədləri sırasında istixana qazlarının emissiyalarının azaldılması, qlobal istiləşmənin dramatik təsirlərinə uyğunlaşmaqda ən həssas ölkələrə dəstək olmaq üçün yeni maliyyələşdirmə mexanizmlərinin yaradılması var. Konfrans bir çox bölgədə təbii fəlakətlərə təkan verən qlobal temperaturun həyəcanverici artımına cavab vermək üçün unikal fürsət kimi qiymətləndirilib.

Rumıniya, Bolqarıstan, Xorvatiya və Yunanıstanın aparıcı mətbu orqanları Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) diqqət mərkəzində saxlamaqda davam edir.

Rumıniyanın AGERPRES milli xəbər agentliyi, "Bursa" qəzeti, "Mediafax" xəbər agentliyi, "Dariknews" xəbər portalı, BTV televiziya kanalı, "Dir.bg" xəbər portalı, Yunanıstanın "Capital", "Eretikos", "Sofokleous" xəbər portalı, Xorvatiyanın "Vecerniy" xəbər portalı və digər televiziya kanalları, radio və qəzetlər yaydığı materiallarda COP29 tədbirinin Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar.

Rumıniyanın DİGİ24 televiziyasının hazırladığı reportajda tədbirin özəlliyi və ölkəmiz barədə geniş məlumatlar verilib. COP29 çərçivəsində mühüm qərarların qəbul olunacağı qeyd edilib. Rumıniyanın energetika naziri Sebastian Burduja, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Bolqarıstanın Prezidenti Rumen Radev və Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin konfransda çıxışlarına və müsahibələrinə xüsusi yer ayrılıb və mövzu diqqətlə araşdırılıb.

Bolqarıstanın BTA milli xəbər agentliyinin nəşr etdiyi xəbərdə isə Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə "SOCAR və "Asarel Energy" arasında Birgə İnkişaf Sazişi" imzalanması barədə məlumat verilib. 

Yunanıstanın "İmidones" xəbər portalı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda işə başlaması ilə bağlı reportaj hazırlayıb. Sayt iqlim dəyişmələri ilə mübarizə üzrə konkret addımları müzakirə etmək üçün dünyanın hər yerindən dövlət və hökumət başçılarının, alimlərin, ekoloji fəalların Bakıda toplaşdığını qeyd edib: "Tarixi COP29-un gündəliyinə atmosfer emissiyalarının qlobal şəkildə azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma addımları və "iqlim ədalətinin" təmin edilməsi kimi mühüm mövzular daxildir. Ekoloji böhrana qarşı müqavimət göstərməyə getdikcə daha az vaxt qalıb, ona görə də beynəlxalq ictimaiyyət Bakıdakı müzakirələrdən maksimum nəticə gözləyir".

Xorvatiyanın "Jutarni List" portalı isə Azərbaycan Prezidenti İlham Əliyevin COP29-da çıxışını geniş yayıb. Xüsusilə Prezident İlham Əliyevin Liderlər Sammitinin açılış mərasimindəki çıxışında COP29-a evsahibliyi edən ölkəmizə ünvanlanan tənqidlərə sərt cavab verdiyi vurğulanır. Dövlətimizin başçısının təbii sərvətlərin Tanrının bəxş etdiyi hədiyyə olduğunu vurğuladığı bildirilir.

"Dnevnik" xəbər portalı isə dərc etdiyi məqalədə vurğulayıb ki,  Azərbaycanda COP29 İqlim Sammiti açılıb. İkihəftəlik iş müddətində konfransda iştirak edən ölkələr xüsusilə iqlim dəyişmələri ilə mübarizə üçün maliyyənin inkişaf etmiş ölkələr tərəfindən artırılıb-artırılmayacağına qərar verməli olacaqlar.  COP29 rezonanslı bəyanatlarla başlayıb. COP29-un prezidenti Muxtar Babayev deyib ki, dünya "fəlakət yolundadır" və  Bakı sammiti bütün dünyada iqlim məqsədləri üçün "həqiqət anı"nı təmsil edir. 

Məqalədə o da qeyd olunub ki, COP29-un gündəminin ən mühüm bəndi iqlim proqramlarını maliyyələşdirmək üçün inkişaf etməkdə olan ölkələrlə ildə bir trilyon dollara qədər vəsaitin ayrılması barədə razılığa gəlməkdir. Hazırda belə maliyyələşdirmənin həcmi 100 milyard dollardır və onun müddəti bu il başa çatır. 2020-ci ildən bəri zəngin və ya inkişaf etmiş ölkələr bu öhdəlikləri müntəzəm yerinə yetirmirlər. 


Hazırladı:

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DSMF-nin xərcləri artaraq 5 milyard 726 milyon manat olub  

11:13
15 Noyabr

Xarici jurnalist: COP29 Azərbaycanın iqlimlə bağlı ambisiyalarına kömək edəcək  

11:12
15 Noyabr

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa  

11:11
15 Noyabr

Ceyhun Bayramov: Sülh Azərbaycanın əsas prioritetidir  

11:09
15 Noyabr

Dünya birjalarında neftin ucuzlaşması davam edir  

11:09
15 Noyabr

COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib  

11:08
15 Noyabr

Aleksandra Bilak Azərbaycanda qaçqınlarla bağlı həyata keçirilən dövlət siyasəti barədə məlumatlandırılıb  

11:06
15 Noyabr

Azərbaycan nefti ucuzlaşıb  

11:05
15 Noyabr

UEFA Millətlər Liqası: Bu gün daha 9 oyun keçiriləcək  

11:04
15 Noyabr

WWF-Türkiye: COP29 yeni MSMT prioritetlərinin aydın şəkildə müəyyənləşdirilməsi yolunda sonuncu böyük şansdır  

11:02
15 Noyabr

COP29 çərçivəsində “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksəksəviyyəli panel iclası keçirilir  

11:01
15 Noyabr

Baş nazir Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb  

10:19
15 Noyabr

Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb 

10:12
15 Noyabr

Pərviz Şahbazov: Yaşıl enerji dəhlizləri təkcə enerjinin ötürülməsini deyil, həm də sabit və davamlı gələcəyin yol xəritəsini müəyyənləşdirir  

10:11
15 Noyabr

Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib  

10:11
15 Noyabr

Dehlidə hava çirkliliyinə görə ibtidai məktəblər bağlanıb  

10:09
15 Noyabr

Millətlər Liqası: İtaliya qalib gəlib, Fransa xal itirib  

10:07
15 Noyabr

Britaniyalı nazirlər COP29-dakı pavilyonları ilə tanış olublar  

10:05
15 Noyabr

Afrikalı nümayəndə: Bərpaolunan enerji mənbələrinə yönəlmiş addımlar əsas hədəflərimiz arasında yer alır  

10:03
15 Noyabr

"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib  

09:36
15 Noyabr

Mingəçevirin 76 yaşı yeni yaşıllıqlar salınması ilə qeyd edilib

09:25
15 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!