07 Fevral 2023 01:33
1118
SİYASƏT
A- A+
İlham Əliyevin müdrik və uzaqgörən enerji diplomatiyası

İlham Əliyevin müdrik və uzaqgörən enerji diplomatiyası

 

Avropada əmindirlər ki, Azərbaycan Prezidentinin imzası olan yerdə bütün layihələr  həyata vəsiqə alır

 

Ötən həftə Bakı "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin sayca 9-cu iclasına evsahibliyi etdi. Bu dəfəki toplantını əvvəlkilərdən fərqləndirən məqam onun "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası ilə birlikdə keçirilməsi idi. Bu sıradan format dəyişikliyi kimi görünsə də,  həqiqət odur ki, Azərbaycan Avropaya təbii qazla yanaşı, həm də "yaşıl enerji"nin ixracı ilə bağlı möhkəm təməllər yaradır.

 

İlham Əliyevin qətiyyəti ilə reallaşan "Cənub qaz dəhlizi"

 

İllər öncə bəzilərinə, əsasən də müəyyən xarici siyasi və iqtisadi dairələrə "Cənub qaz dəhlizi"nin reallaşması xəyal kimi görünə bilərdi. Bəlkə də haqlı idilər, çünki o illərdə Avropaya doğru yeni təbii qaz kəmərlərinin inşası ilə bağlı təşəbbüslər edilmiş, lakin  onları reallaşdırmaq mümkün olmamışdı. Məsələn, bir neçə gün əvvəl Macarıstanın Baş naziri Viktor Orbanın xatırlatdığı NABUKKO layihəsi kimi. İllər öncə NABUKKO ətrafında müzakirələr aparılsa da, layihə həyata vəsiqə almadı.
Amma Xəzərdən Avropaya qədər 3500 km məsafə qət edən "Cənub qaz dəhlizi" layihəsində Prezident İlham Əliyevin imzası vardı. O imza ki, bir qədər əvvəl Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələrin həyata vəsiqə almasını təmin etmişdi. Odur ki, "Cənub qaz dəhlizi" təşəbbüsü meydana çıxanda Avropa İttifaqı bu layihəyə ilk gündən siyasi və iqtisadi dəstəyini əsirgəmədi. Çünki Aİ rəsmiləri buna qədər müxtəlif enerji layihələrinin reallaşmasında İlham Əliyevin qətiyyətini, siyasi iradəsini görmüşdülər. 
"Cənub qaz dəhlizi" ilk gündən Prezident İlham Əliyevin siyasi qətiyyəti ilə reallaşmağa başladı. Azərbaycan Prezidenti Avropa İttifaqının ayrı-ayrı dövlətlərini, beynəlxalq maliyyə qurumlarını bu layihənin ətrafında sıx səfərbər etdi, onları vahid komanda halında birləşdirdi. Eyni zamanda  Aİ Xəzərdən hasil olunan təbii qazın Avropaya çatdırılması üçün ölkəmizlə fəal əməkdaşlıq etdi. Bütün bunların nəticəsidir ki, enerji təhlükəsizliyinin dövlətlərin milli təhlükəsizliyi halına gəldiyi qlobal şəraitdə Azərbaycanın təbii qazı Avropa bazarlarına ixrac olunur. Ən mühümü odur ki, Avropa  Azərbaycan Prezidentinin uzaqgörənliyini və müdrikliyini görür və yüksək qiymətləndirir. Rumıniya Prezidenti Klaus Yohannisin dediyi kimi: "2022-ci ildə biz görünməmiş enerji çağırışları ilə üzləşdik. Qazın çatışmaması və ya münasib əlçatan qaz təchizatının olmaması, qiymətlərin dəyişkənliyi və bazarda qeyri-sabitlik baş verdi. Bu çağırışlar kompleks siyasəti və tənzimləyici qaydaları tələb edir. Avropa bazarına Xəzər qazının nəqli barədə Prezident Əliyev tərəfindən Azərbaycan adından şəxsən verilmiş təminatlar bazarlar üçün ən çətin anda çoxdan tələb olunan sabitlik və proqnozlaşdırmanı təmin etdi".
Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın əsas istiqamətini enerji təchizatının şaxələndirilməsi, ixracın artırılması təşkil edır. Ötən il bu məqsədlə "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" da imzalanıb. Görünən odur ki, Azərbaycanın təbii qazı tezliklə Avropada daha çox ölkənin isinməsinə töhfə verəcək.

 

Azərbaycan Avropaya tezliklə "yaşıl enerji" də ixrac edəcək

 

Müasir  dünyanın üzləşdiyi çağırışlar və qlobal enerji balansındakı dəyişikliklər dayanıqlı, xüsusən yaşıl və hidrogen enerji güclərinin artırılmasını gündəmə gətirib. İnkişaf etmiş dövlətlərin, Avropanın qarşıya qoyduqları iqlim hədəflərindən biri "yaşıl enerji" keçidini sürətləndirməkdədir. 
Azərbaycanda "yaşıl enerji" və hidrogen üçün əlverişli münbit mənbələr var. İndiyədək neft-qaz sektorunda enerji layihələrini uğurla həyata keçirən Azərbaycanda da bu istiqamətdə konkret hədəflər müəyyən edilib. Bu məsələ "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də öz əksini tapıb. 2030-cu ilədək olan dövrdə "yaşıl artım" ölkəsinə çevrilmək sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması ilə bağlı mühüm vəzifələr müəyyən edib. 
"Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında Prezident İlham Əliyev ölkəmizin "yaşıl enerji" potensialını diqqətə çatdırdı: "Azərbaycan, həmçinin çox böyük "yaşıl enerji" potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Biz, həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən etmişik".
"Yaşıl enerji" ixracı ilə bağlı qarşıda vəzifələr durur. Bura Azərbaycandakı quru və dəniz yataqlarında bərpaolunan enerjinin istehsalı, Gürcüstanla sərhədə qədər, həmçinin Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi, maliyyə institutları ilə əməkdaşlıq daxildir. Lakin enerji təhlükəsizliyinin aktuallaşdığı, o cümlədən "yaşıl enerji"yə keçidin prioritet olduğu bir dövrdə bu vəzifələrin hər biri vaxtından da tez sürətlə reallaşacaq. Hələlik Azərbaycanın, Gürcüstanın, Macarıstanın və Rumıniyanın təmsil olunduğu "yaşıl enerji" komandasının sıraları daha da böyüyəcək. Çünki bunu zaman və mövcud reallıqlar tələb edir. Ən əsası cəmi bir neçə il sonra Avropa bir daha Prezident İlham Əliyevin müdrik uzaqgörənliyinə şahidlik edəcək.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib

12:46
30 Oktyabr

Qazaxıstanın tikinti şirkətləri Azərbaycandakı layihələrdə investor kimi iştirak etməkdə maraqlıdır  

12:44
30 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:42
30 Oktyabr

Türkiyədə bələdiyyə sədri terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinərək saxlanılıb

12:22
30 Oktyabr

Badamdarda uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi tədbirləri davam etdirilir

12:21
30 Oktyabr

Vətən müharibəsi əlilinin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

12:11
30 Oktyabr

Səbinə Əliyeva: Əqli mülkiyyət hüquqlarının qorunması bir sıra fundamental hüquqların təmininə də imkan yaradır  

11:42
30 Oktyabr

Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib: 147 milyon manat pul ölkəyə qaytarılmayıb  

11:41
30 Oktyabr

ANAMA-ya üç minaaxtaran it hədiyyə edilib

11:39
30 Oktyabr

Sadiq Qurbanov: İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərində alimlərin rolunun artırılması vacibdir

11:37
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNIB

11:37
30 Oktyabr

Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır

11:36
30 Oktyabr

Kamran İmanov: COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir

11:16
30 Oktyabr

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!