16 Noyabr 2023 09:00
1266
SİYASƏT
A- A+
İlham Əliyev Qərbin məkrini darmadağın edir

İlham Əliyev Qərbin məkrini darmadağın edir

 

Azərbaycana təsir və ya təzyiq etmək mümkün deyil

 

Təcrübə və reallıq göstərir ki, Qərb ölkələri, xüsusən ABŞ, Fransa özlərini "demokratiyanın carçısı" kimi göstərməyə çalışsalar da, keçmişdə olduğu kimi, bu gün də ayrı-ayrı dövlətlərə və xalqlara müharibədən, səfalətdən, iztirabdan başqa heç nə vermirlər. Son onilliklərdə Suriyada, İraqda, Əfqanıstanda, Afrikanın müxtəlif ölkələrində baş verən və hələ də bitməyən münaqişələr, savaşlar Qərbin "demokratiya" və ya "terrorla mübarizə" pərdəsi altında öz imperialist maraqlarını həyata keçirməsini təsdiqləyir. 

 

İnsanlıq düşmənləri

 

ABŞ özünü "demokratik ideallara sadiq" dövlət hesab edir. Lakin dünyaya demokratiya dərsi keçməkdə iddialı olan bu ölkənin yerləşdiyi coğrafiyanın yerli sakinlərinə qarşı tarixən hansı zorakılıqlar göstərdiyi məlumdur. Hinduları əsrlər boyu öz torpaqlarından Şimali Amerikanın qərbinə, yaşayış üçün əlverişsiz şəraiti olan torpaqlara qovublar, onlara qarşı soyqırımları törədiblər. 3 milyondan çox hindunun soyqırımına məruz qaldığı məlumdur. Bu gün də ABŞ-də yerli hindulara qarşı diskriminasiya davam edir və bu barədə kifayət qədər faktlar var.
Yaxud ABŞ-də əsrlər boyu afrikaəsilli qaradərililərə qarşı irqi ayrı-seçkilik hökm sürüb, onlara qarşı alçaldıcı münasibət göstərilib. XIX əsrə qədər ABŞ-yə Afrikadan 12 milyondan çox kölə gətirilib. Düzdür, köləlik ABŞ-də rəsmən 1865-ci ildə qadağan edilib. Lakin irqi və dini, o cümlədən dini ayrı-seçkilik və dözümsüzlük bu ölkədə müasir dövrümüzdə də davam edir. 
Məsələn, ABŞ-də polis tərəfindən həbs edilənlərin, atəş açılanların, öldürülənlərin yarıdan çoxu qaradərilidir. Baxmayaraq ki, ABŞ-də onların say nisbəti digər irqlərdən olanlarla müqayisədə dəfələrlə azdır. ABŞ-də gənc yaşlarında olan qaradərililərin üçdəbiri həbsxanalardadır. 
Fransa da əsrlər boyu dünyanın müxtəlif yerlərində həyata keçirdiyi insanlıq əleyhinə olan cinayətlərlə ABŞ-dən geri qalmır. Bu ölkə 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetirib. Buna görə Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairli Fransanın müstəmləkəçilik dövrünün qurbanı olub. 
Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur. Prezident İlham Əliyevin keçən ay Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarına göndərdiyi məktubda bu barədə deyilir: "Əsrlər keçsə də, təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir. Bu konfransa toplaşan dənizaşırı ərazilərin xalqları uzun illərdir müstəqillik uğrunda mübarizə aparırlar. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit və Atlantik okeanlarında dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır". 

 

Azərbaycan onilliklər boyu yürüdülən riyakar siyasətlərə qalib gəldi

 

Tarix həm də onu göstərir ki, istər ABŞ, istərsə də Fransa müxtəlif adlar altında törətdikləri cinayətkar əməllərlə, o cümlədən demokratiya pərdəsi altında demək olar ki, yalnız xristian dininə bağlı olmayan xalqları fəlakətlərə sürükləyiblər, onları öz milli dəyərlərindən uzaqlaşdırıblar, hətta bəzilərini manqurtlaşdırıblar. Qeyri-xristian xalqlar bu gün də Qərbin riyakarlığı ilə üz-üzədir. 
Eyni zamanda indinin özündə beynəlxalq münasibətlərdə Qərbin riyakarlığından, beynəlxalq hüquqa olan hörmətsizliyindən və neoimperializm niyyətlərindən irəli gələn bir ab-hava hökm sürməkdədir. Yaxın Şərqdə və Ukraynada baş verənlər məhz Qərb siyasi mərkəzlərinin hərbi-siyasi oyunbazlıqlarının, dövlətlər və xalqlar arasında yaratdıqları ixtilaf və uçurumların nəticəsidir.
Azərbaycan da uzun illərdir ki, Qərbin məkrli davranışları, ikili standartları ilə üz-üzədir. Uzun illər Azərbaycan torpaqları işğal altında olsa da, bəlli siyasi mərkəzlər ilk gündən əsl həqiqəti dilə gətirməkdən uzaq olublar. Qarabağ bütün dünyada Azərbaycan torpağı kimi tanınsa da, BMT Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul etsə də, işğalçı və işğala məruz qalan gün kimi agah olsa da, ABŞ və Fransa hər zaman ikili standartlardan çıxış ediblər. Bu mənada İkinci Qarabağ savaşından sonra yaranan yeni reallıqlar həm də belə bir həqiqəti təsdiq edir ki, ABŞ və Fransa ATƏT-in Minsk qrupu kimi həmsədrlikləri dövründə əslində işğala dəstək veriblər, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasında maraqlı olublar. Bu amil həm də onu göstərir ki, tarix boyu istənilən beynəlxalq məsələdə ədalətsizliyin, haqsızlığın yanında olan bu dövlətlər Qarabağ məsələsində də dini təəssübkeşlik mövqeyindən çıxış edərək işğala dəstək veriblər.
Lakin tarixi reallıq həm də onu təsdiq edir ki, Qərbin haqsızlığına və məkrinə qalib gəlmək mümkündür. Necə ki, 44 günlük müharibədə Azərbaycan Ermənistanı darmadağın etməklə, o cümlədən bu ilin sentyabr ayında Qarabağda erməni separatizminin kökünü kəsməklə həm də Qərbin sözügedən siyasi mərkəzlərinin riyakarlığına qalib gəldi. Ərazi bütövlüyünü bərpa etməklə, Qarabağda separatçılığa son qoymaqla Azərbaycan həmin mərkəzlərin onilliklər boyu yürütdükləri məkrli siyasətlərini ifşa etdi.

 

Ermənistan daxilində qanlı ssenarilərin yaşanması istisna deyil

 

Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası bölgədə tarixi reallıqlar yaratmaqla Azərbaycanın dünyada reytinqini yüksəldib. Bu reallıqlar həm də Ermənistanın işğalçı dövlət olduğunu bütün dünyaya daha yaxından tanıdıb və elə buna görə də onu beynəlxalq münasibətlərdə hörmətsiz subyektə çevirib. 
Qarabağ məsələsində Azərbaycana məğlub olan Qərbin bu ermənipərəst siyasi dairələri isə reallıqlardan nəticə çıxarmaq istəməyərək, riyakar əməllərini davam etdirirlər. Qeyd etdiyimiz kimi, Azərbaycan öz maraqlarını tam təmin edib və bundan sonra dövlətimizin prioritetləri azad edilmiş ərazilərin bərpası, iqtisadi inkişafın davamlılığının təmin edilməsidir. Lakin son aylarda Qərb siyasi mərkəzləri, o cümlədən Avropa İttifaqı tərəfindən guya Azərbaycanın Ermənistana hücum edəcəyi barədə reallıqdan uzaq olan saxta və qərəzli informasiyaların beynəlxalq ictimai rəyə ötürülməsinə cəhd edilir. Bu baxımdan, Ermənistana Avropa İttifaqının (Aİ) missiyasının göndərilməsi, bu məsələyə ABŞ və onun marioneti olan Kanadanın  xüsusi dəstək verməsi bir daha Qərbin bu siyasi dairələrinin ikiüzlülüyündən, haqqın deyil, haqsızın tərəfində olmalarından xəbər verir. 30 ilə yaxın müddətdə ölkəmizin ərazilərinin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasına biganə yanaşması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və insanlıq əleyhinə cinayətləri fonunda Aİ-nın Ermənistana dəstəyi bu qurumun qərəzli siyasətinin və ikili standartlarının bariz nümunəsidir. Son olaraq bu günlərdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel tərəfindən Brüsseldə Xarici Əlaqələr Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirilmiş regiondakı reallıqları qəsdən təhrif edən ittihamlar bu qurumun Azərbaycana qarşı qərəzli münasibətindən xəbər verir.
Qərbin Ermənistanı qorumaq adı altında məlum davranışları, o cümlədən Fransa tərəfindən bu ölkəyə hərbi texnika göndərilməsi regiondakı vəziyyəti gərginləşdirmək məqsədlərinə xidmət edir. Əlbəttə, nəinki bu kimi addımlarla, ümumiyyətlə, heç bir halda Azərbaycana təsir və ya təzyiq etmək mümkün deyil. Azərbaycan Qərbin məkrini darmadağın edib və bundan sonra da edəcək. Vəziyyətin gərginləşməsi isə yalnız Ermənistanda baş verə bilər. Çünki Qərbin burada möhkəmlənməyə çalışması maraqların toqquşmasına görə, əvvəl-axır Ermənistan daxilində qanlı ssenarilərin yaşanmasını istisna etmir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!