07 Sentyabr 2025 08:00
4831
SİYASƏT
A- A+
İlham Əliyev dünya miqyasında qlobal liderdir

İlham Əliyev dünya miqyasında qlobal liderdir


Azərbaycan heç zaman indiki qədər qüdrətli, etibarlı və sabit olmayıb. Bu gün ölkəmiz tarixinin ən parlaq, ən güclü dövrünü yaşayır və həm regionda, həm də beynəlxalq müstəvidə söz sahibi olan nüfuzlu dövlət kimi tanınır. Şübhəsiz ki, bu möhtəşəm nailiyyətlər müstəqil və qətiyyətli siyasətin nəticəsidir. 

Mübaliğə etmədən deyə bilərik ki, bütün bu uğurlara Prezident İlham Əliyevin uzaqgörən və müstəqil siyasəti nəticəsində nail olunub. 

İlham Əliyev təkcə Azərbaycan və Qafqazda deyil, dünya miqyasında qəbul olunan, qlobal liderliyi etiraf edilən bir dövlət başçısıdır. Bu gün dünyada elə bir beynəlxalq toplantı yoxdur ki, Azərbaycan Prezidenti ora dəvət edilməsin və müasir çağırışlar, qlobal problemlərin həlli yolları ilə bağlı qətiyyətli mövqeyi, konstruktiv təklifləri dinlənilməsin. 

İlham Əliyevin təşəbbüsləri beynəlxalq əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm nümunə kimi qəbul olunur. Dünyanın ən qüdrətli dövləti ABŞ-nin Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən üçtərəfli görüşdə İlham Əliyevə xitabən "Siz böyük lidersiniz" ifadəsini işlətməsi, həmçinin "Truth Social" sosial şəbəkəsində dövlətimizin başçısının çıxışını paylaşması Prezident İlham Əliyevin qlobal miqyasda nüfuzunun etirafıdır.

İlham Əliyevin sayəsində  bu gün Azərbaycan beynəlxalq səhnədə böyük transmilli layihələrin təşəbbüskarı, bu layihələrdə fəal və etibarlı tərəfdaş kimi tanınır. Bu cür müstəqil xarici siyasət isə regional əməkdaşlığı dərinləşdirir, qlobal səviyyədə Azərbaycanın nüfuzunu daha da artırır.

Prezident İlham Əliyevin dəstək verdiyi "Şərq-Qərb", "Şimal-Cənub" və Orta nəqliyyat dəhlizləri ölkəmizi qitələri birləşdirən strateji mərkəzə çevirib. Qürurla qeyd edə bilərik ki, Azərbaycan Avropanın enerji xəritəsini yenidən tərtib edən əsas oyunçulardan biridir. Dövlətimizin başçısının həyata keçirdiyi balanslı və çevik xarici siyasət, enerji diplomatiyası ölkəmizi Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirib. Azərbaycandan İtaliyaya qədər uzanan "Cənub qaz dəhlizi" bu gün Avropa İttifaqının təbii qaz təchizatında mühüm rol oynayır.

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir dövrün çağırışlarına çevik cavab verən ölkə, regional sabitlik və qlobal əməkdaşlıqda etibarlı tərəfdaş, Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biridir. Azərbaycanın müasir enerji infrastrukturu və dürüst enerji siyasəti bu gün iqtisadi gücümüzü və dünyanın enerji xəritəsində mövqeyimizi göstərir ki, bunun da müəllifi Prezident İlham Əliyevdir. Dövlətimizin həm regional, həm də beynəlxalq miqyasda nailiyyətlərini təmin edən əsas səbəb Prezident İlham Əliyevin qlobal səyləri, yenilməz iradəsi, uzaqgörənliyi və qətiyyətidir. 

Prezident İlham Əliyev çoxsaylı beynəlxalq təşkilatlarla qurduğu səmərəli əməkdaşlıq sayəsində ölkəmiz qlobal miqyasda tanınan nüfuzlu və etibarlı tərəfdaş dövlətə çevrilmişdir. Azərbaycanın Qoşulmama Hərəkatına (2019-2023) uğurlu sədrliyi dövründə Prezident İlham Əliyevin liderliyi qlobal həmrəyliyin gücləndirilməsinə mühüm töhfələr vermişdir. Onun təşəbbüsü ilə BMT Baş Assambleyasında Qoşulmama Hərəkatının adından qəbul olunan qətnamələr beynəlxalq ədalət, bərabərlik və əməkdaşlıq prinsiplərinin müdafiəsinə xidmət etmişdir. Azərbaycan bu fəaliyyəti ilə yalnız üzv dövlətlərin deyil, eyni zamanda bütün dünya ictimaiyyətinin etimadını qazanmışdır.

İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı Baş nazir Viktor Orbanın dövlətimizin başçısı haqqında səsləndirdiyi fikirləri eşidib qürurlanmamaq mümkün deyil: "Macarıstan 2010-cu ildə çox mühüm bir qərar qəbul etdi. Biz strateji tərəfdaşları harada tapa biləcəyimizi müəyyən etmək üçün dünyaya nəzər saldıq. Biz təkcə maliyyə maraqları deyil, daha möhkəm dostluq axtarışındaydıq. Çünki NATO, Avropa İttifaqı - bunlar gözəl şeylərdir. Amma onlar artıq o gözəlliyini itirib. Biz 2010-cu ildə dedik ki, biz tək özümüzə arxalana bilmərik. Biz bu qərarı verdik, gəlin Azərbaycana tərəf gedək". Daha sonra Baş nazir dövlətimizin başçısı haqqında "Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər istiqamətdə üzləşdiyi istənilən çətinlik zamanı hər zaman Prezident İlham Əliyev bizim yanımızda olmuşdur".

Bu gün dövlətimizin başçısının idaretmə təcrübəsi dünya liderləri tərəfindən öyrənilərək praktikada tətbiq olunur. Macarıstanın Baş naziri Viktor Orbanın fikridir: "Mən son 10 ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm". Sözsüz ki, bu sözlər Prezident İlham Əliyevin qlobal nüfuzuna verilən ali qiymətin, dövlətimizin başçısının şəxsiyyətinə olan yüksək ehtiramın göstəricisidir.

Azərbaycan xalqının və Prezidentinin səmimi dostu olduğunu bildirən Serbiya Prezidenti Aleksandar Vuçiç də ölkəmizə səfəri zamanı bir çox məsələləri öyrəndiyinə görə İlham Əliyevə minnətdarlığını ifadə etmişdir. "Mən bu səfərdən, həqiqətən də, çox məmnunam. Bu görüşdən gözləntilərim çoxdur. Həqiqətən də, çox xoşbəxtəm ki, Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm. Bildiyiniz kimi, mən nə yerli, nə də beynəlxalq ictimaiyyət qarşısında bu cür sözləri deməkdən çəkinmirəm. Dünyada bir çoxları bilir ki, mən kimisə həddindən artıq tərifləməyi xoşlayan biri deyiləm. Mən bizim ikimizdən daha böyük və güclü olduğunu düşünənləri belə tərifləmirəm".

Dövlətimizin başçısına olan xüsusi hörmət və diqqət müxtəlif dövlətlərə səfərləri zamanı qarşılanmadan tutmuş keçirilən görüşlərdə də özünü göstərir. 2024-cü ilin iyul ayında Pakistanda dövlət səfərində olan Prezident İlham Əliyevin qarşılanma mərasimində toplardan yaylım atəşlərinin açılması ilə yaddaşlara öz möhürünü vurub. 

Biz eyni münasibəti dövlətimizin başçısının Çinə səfəri zamanı da şahid olduq.  Azərbaycan-Çin münasibətləri yeni, çoxvektorlu əməkdaşlıq mərhələsinə qədəm qoyub. Nəqliyyat, enerji, iqtisadiyyat və humanitar sahələr üzrə aparılan intensiv müzakirələr Prezident İlham Əliyevin uzaqgörən və strateji liderliyinin bariz nümunəsidir. Azərbaycan Prezidentinin Çinin nüfuzlu dövlət və iş adamları ilə keçirdiyi görüşlərdə həm siyasi, həm də iqtisadi əlaqələrin dərinləşdirilməsinə yönəlmiş konkret təşəbbüslər irəli sürülmüşdür. Səfər zamanı Çin dövlət başçısı Si Cinpinin İlham Əliyevə göstərdiyi fərqli və səmimi münasibəti, aparılan danışıqların nəticəsi olaraq qəbul edilən bəyannamələr və imzalanan müqavilələr Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, bütövlükdə dünyada strateji əhəmiyyətli tərəfdaş olduğunu bir daha təsdiqləyir. 

2020-ci ildə baş vermiş Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə Azərbaycan yalnız öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmədi, həm də Cənubi Qafqazın siyasi arxitekturasında yeni mərhələnin əsasını qoydu. Bu dönüş təkcə bir dövlətin torpaqlarını azad etməsi deyildi, bütövlükdə regional güc balansının dəyişməsi, yeni reallıqların formalaşması və sabitliyə əsaslanan inkişaf modelinin meydana çıxması idi.

Məhz bu qələbədən sonra Azərbaycan regionun aparıcı aktoruna çevrildi. Ölkəmizin irəli sürdüyü sülh təşəbbüsləri, həyata keçirdiyi transmilli layihələr və beynəlxalq əməkdaşlıq formatlarındakı fəallığı dövlətimizin və onun liderinin regional və qlobal siyasi gündəliyin formalaşdırılmasında artan rolunu nümayiş etdirir. Bu gün Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəliləməsi Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün tamamilə yeni imkanlar açır. Azərbaycanın artan gücü, siyasi qətiyyəti və müstəqil mövqeyi onu yalnız regionun deyil, həm də qlobal siyasətin əsas dayaqlarından birinə çevirir. Dövlətimizin təşəbbüsləri sülh, əməkdaşlıq və tərəqqi gündəliyinin təşviqi üzərində qurulub. Azərbaycan Cənubi Qafqazda yeni güc balansının memarı, yeni reallıqların diktəçisi və beynəlxalq münasibətlərdə yeni qaydaların formalaşmasında fəal iştirakçı kimi çıxış edir.

Gözlərimizin qarşısında bu gün dünya tarixi yenidən yazılır və həmin yeni düzənin müəlliflərindən biri də Azərbaycandır. Sözsüz ki, yeni düzən yeni qaydalar, yeni güc mərkəzləri deməkdir. Əsas məsələ - bu qaydaları diktə edən, proseslərə yön verən tərəf olmaqdır. Azərbaycan siyasi, müstəqil və prinsipial siyasəti ilə fərqlənir və bunun nəticəsində yalnız regional liderliyini yox, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir. Bütün bu uğurların əsasında isə güclü lider - Prezident İlham Əliyevin qətiyyətli siyasəti və xalqın ona verdiyi sarsılmaz dəstək dayanır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisində yağıntılı hava hökm sürür  

10:20
26 Mart

CNN: İran Xarq adasında müdafiəni gücləndirir

09:33
26 Mart

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır

09:21
26 Mart

Türkiyə və İranın XİN başçıları bölgədəki son prosesləri müzakirə ediblər  

23:48
25 Mart

UNESCO-nun hesabatı: Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib  

22:38
25 Mart

Fransız səyyah: Qarabağa və Naxçıvana səfər etmək məni çox sevindirir

21:26
25 Mart

Səudiyyə Ərəbistanı viza müddəti bitmiş və ölkədə qalan əcnəbilər üçün xüsusi güzəştlər tətbiq edib  

21:13
25 Mart

Azərbaycan mədəniyyəti Macarıstanda beynəlxalq auditoriyaya tanıdılıb  

20:59
25 Mart

Hindistanlı səyyah: Azərbaycanda çox yaxşı dostlar qazanmışam 

20:33
25 Mart

Şimali makedoniyalı səyyah: Qarabağa səfər mənim üçün həyəcanlı və yaddaqalan olacaq 

20:21
25 Mart

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!