27 Sentyabr 2023 09:00
26071
SİYASƏT
A- A+
İKİ GÖZ YAŞI

İKİ GÖZ YAŞI

 

Otuz il bundan əvvəl doğma yurdu göz yaşları ilə tərk etdilər!
Bu gün də ağlaya-ağlaya geri dönürlər!
O da göz yaşları idi, bu da göz yaşıdır!
Amma böyük zəhmətlə tikib qurduqları, bəzəyib rahat yaşadıqları evlərini, abad həyət-bacalarını zorla, ölüm və girov düşmə qorxusu qarşısında məcburən tərk etdiklərindən acı göz yaşlarını ixtiyarsız axıdırdılar.
Hələ şəhid qəbirlərini də tək buraxıb gedirdilər!
Qeyri-müəyyənliyə, qaranlığa doğru, üstəlik, ümidsizcəsinə...
Kişilərin isə göz yaşları görünmürdü!
Çünki içlərinə, ürəklərinə axırdı...
İndi isə heç kim göz yaşlarını gizlətməyə çalışmır!
Sadəcə arabir əllərinin arxası ilə silirlər.
Bu göz yaşları isə sevincdən doğan yaşlardır!

Doğma yurda qayıtmaq xoşbəxtliyi nəsib olduğundan, məcburi köçkün həyatına, qəribçiliyə son qoyulduğundan sevinərək ağlayırlar!
Öz evləri murdar düşmənləri tərəfindən yandırılıb dağıdılsa da, boş yurda qayıtmırlar!
Dövlət başçısının göstərişi ilə salınan "ağıllı kənd və şəhərlər"dən ibarət təmirli, rahat mənzillərinə dönürlər!
İnamla, əminliklə qayıdırlar!
Əbədi, qorxusuz, xoş və xoşbəxt günlər yaşamaqdan ötrü qayıdırlar!
Böyük qayıdışı yaradana təşəkkür və minnətdarlıq hissi ilə qayıdırlar!
Düşməndən qisas alındığı üçün rahat və əmin qayıdırlar!
***
Acı göz yaşlarını bu gün axan sevinc göz yaşlarına Müzəffər Ali Baş Komandan İlham Əliyev çevirdi!
* Ulu Öndər Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirməklə; 
* Prezident seçilərkən xalqa verdiyi vədləri şərəflə yerinə yetirməklə;
* Bütün sahələrdə, bütün istiqamətlərdə yorulmadan, dayanmadan fəaliyyət göstərməklə;
* Müdrik, uzaqgörən siyasət yeritməklə;
* Müstəqil Azərbaycanı güclü və sayılan dövlət səviyyəsinə ucaltmaqla!

Prezident İlham Əliyevin möhtəşəm uğur və nailiyyətlərinin səbəbi onun Heydər Əliyev siyasi kursuna arxalanması, bu kursu şərəf və ləyaqətlə, yaradıcılıqla davam etdirməsidir.
Dövlət başçısı hansı sahəyə qol qoyubsa, onun sürətli inkişafını, yüksəlişini, uğurunu təmin edib.
İlham Əliyev prezidentlik fəaliyyətinə başlayarkən ölkə enerji böhranı keçirirdi.
Bölgələrə elektrik enerjisi böyük fasilələrlə verilir, bu hesaba artezian quyuları və su nasosları işləmədiyindən əkinçilikdə məhsul itkisi baş verir, kəndlinin zəhməti əlində qalırdı.
Seçkiqabağı kampaniyada vədlərindən biri belə oldu:
"Mən ilin və günün bütün saatlarında ən ucqar kəndlərdə belə daimi elektrik enerjisinin olmasını təmin edəcəyəm!"
Kəndlərin qazlaşdırılmasında da çətinliklər var idi.
O zaman ölkə Rusiyadan qaz idxal edirdi, hətta bir neçə dəfə qazın verilişinin dayandırılması ilə bağlı təhdidləri də eşitmişdik.
Bu gün Azərbaycanın hər bir guşəsində gecə-gündüz işıq yanır, ölkə üzrə qazlaşdırma 96 faizi keçib.
Həm də Azərbaycan nəinki özünü təbii qaz və elektrik enerjisi ilə gen-bol təmin edir, üstəlik, Avropanın enerji təchizatında ən etibarlı tərəfdaşa çevrilib. 
İlham Əliyevin enerji siyasəti ölkənin bu sahədəki ehtiyacının tam və dolğun ödənilməsini, dövlət büdcəsinə böyük məbləğdə gəlirlərin gəlməsini, habelə digər dövlətlərlə bu sahədə əməkdaşlığı yaratmaq və inkişaf etdirməklə Azərbaycanın dostlarının sayının artmasına xidmət edir.
***
Ulu Öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıdana qədər məcburi köçkünlər Allahın ümidinə qalmışdılar:
* Kim harda yer tapa bilirdisə, yerləşirdi;
* Kim təsadüfi iş tapırdısa, çörəkpulu qazanırdı;
* Kim başına çarə qılırdısa, birtəhər günləri yola verirdi.
Nə onlara dövlət səviyyəsində qayğı və yardım göstərilir, nə yerləşmələrinə kömək olunur, nə də yeni yerləşdikləri məkanda iş yerləri yaradılmasına təşəbbüs edilirdi.
Ulu Öndər dönüşündən dərhal sonra humanitar yardımlar üçün beynəlxalq təşkilatlara, dost ölkələrə müraciətlər edildi, yeni ictimai zümrənin vəziyyətinin öyrənilərək tədbirlər görülməsi üçün təhlillər aparıldı, özü işğal rayonlarının nümayəndələri ilə görüşdü, çadır şəhərciklərinə səfərlər edərək bu binəva insanlarla təmas qurdu, ehtiyac və çətinliklərini öyrəndi.
Cənab İlham Əliyevin vədlərindən biri bu sahə ilə bağlı oldu:
"Çadır şəhərciklərində bir nəfər də olsun məcburi köçkün qalmayacaqdır!"
Əlbəttə, bir milyondan çox insanın bütün ehtiyacını dərhal ödəmək mümkün deyildi, heç dövlət büdcəsi də buna imkan vermirdi.
Amma Azərbaycan Prezidenti öz sözünü deyərək iradəsini ortaya qoymuşdu!
Beləliklə, dövlətin gördüyü təsirli və ardıcıl tədbirlər sayəsində qaçqın və məcburi köçkünlərin sosial durumu əhəmiyyətli dərəcədə yaxşılaşdı, onlara sistemli dövlət yardımı təmin edildi, 116 yeni tipli qəsəbə salınaraq 300 mindən çox insan məskunlaşdırıldı.
Onların yeni şəhərciklərdə müvəqqəti yaşayacaqları bilinsə də, dövlət bu sahəyə böyük diqqət və qayğısını, maliyyə vəsaitini əsirgəmədi!
***
Keçid dövrünün ağrı-acısı, kolxoz və sovxozların dağılması, bir çox müəssisənin ləğvi regionlarda vəziyyəti çətinləşdirmiş, xeyli problem yaratmışdı!
Bazar iqtisadiyyatı münasibətlərinə keçidlə bağlı islahatların gecikdirilməsi, dövlətin bu sahədə aydın və konkret planlarının olmaması əlavə problemlər yaradırdı.
Ulu Öndər Heydər Əliyevin qayıdışından sonra yeni Konstitusiyanın qəbulu, özəlləşdirməyə dair iki dövlət proqramının hazırlanaraq icrası, ən əsası, ağrar islahatların keçirilməsi mühüm dəyişikliklərə səbəb oldu.
Lakin yeni dövrün yeni Azərbaycanını yaratmaqdan ötrü çox işlər görülməli, çox layihələr gerçəkləşdirilməli idi.
Buna həm də xeyli zaman tələb olunurdu.
Ömür vəfa etmədiyindən bu missiyanı da İlham Əliyev həyata keçirməli oldu.
Həm də mərhələlərlə, böyük uzaqgörənlik və yaradıcılıqla, dövrün çağırışlarını nəzərə almaqla!
Prezident İlham Əliyevin təşəbbüsü ilə regionların sosial-iqtisadi inkişafına dair indiyəcən dörd dövlət proqramı qəbul edilib.
Hamısı da çox uğurla həyata keçirilib və keçirilməkdədir.
***
Bugünkü Bakı dünyanın ən gözəl və müasir şəhərlərindən biridir.
Bunu Bakıya gələn hər bir qonaq, əcnəbi turist etiraf edir.
Ölkə paytaxtından çıxaraq respublikanın istənilən istiqamətində irəliləsən, gördüklərinə heyran qalaraq zövq alırsan:
* Yollar rahat, təhlükəsiz, müasir tələblərə cavab verir;
 * Yolboyu keçdiyin yaşayış məntəqələri bir-birindən abad və gözəldir;
* Hamı özünə yeni, yaraşıqlı evlər tikib, kənd yerlərində maraqlı arxitekturası olan 2-3 mərtəbəli evlər göz oxşayır;
* Rayon mərkəzlərində saysız-hesabsız müasir üslubda evlər, ictimai binalar, park və xiyabanlar, istehsal sahələri mövcuddur;
* İnsanlar geyim-keçimi, həyat şəraiti, mədəni səviyyəsi ilə şəhərdəkilərdən heç də geri qalmırlar.
Bütün bunların hamısı müstəqillik dövründə, xüsusən son 20 ildə baş verib.
***
Azərbaycan idmançılarının ən yüksək ranqlı yarışlarda qalib gəlmələri, qızıl medal almaları artıq bizim üçün adiləşib!
Halbuki müstəqilliyin  ilk illərində belə deyildi, hətta komandaların beynəlxalq yarışlara göndərilməsinə vəsait belə tapılmırdı.
İlham Əliyevin Milli Olimpiya Komitəsinə sədrliyə başlaması bu sahədə vəziyyətin kökündən dəyişməsinə səbəb oldu.
Baxımsızlıqdan dağılmış idman qurğuları yenidən bərpa olundu, yeni idman sarayları və arenaları tikildi, ölkədən getmiş təcrübəli məşqçilər və idmançılar geri qaytarıldı, onlara lazımi şərait yaradıldı, sistemli idman yarışları keçirilərək idmançıların ustalığının yüksəlməsinə nail olundu, Azərbaycan bütün beynəlxalq səviyyəli yarışların iştirakçısına çevrildi.
Qısa müddətdə yaradılan bu dönüş yeni, vətənpərvər idmançılar nəslinin formalaşması ilə nəticələndi.
Ən yüksək səviyyəli yarışlarda - Olimpiya, dünya, Avropa çempionatlarında, I Avropa Oyunlarında və IV İslam Həmrəyliyi Oyunlarında fəal iştirak edən Azərbaycan gəncləri qələbələr qazanaraq Azərbaycan bayrağını ucaldır, Dövlət himnimizi qürurla səsləndirirdilər.
İdman həm də yeni əsgər və zabitlərin, qorxmaz və igid döyüşçülərin yetişdirilməsinə yardımçı oldu!
Məhz İlham Əliyevin yarış meydanlarında hazırladığı bu gənclər 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazandılar, mədəniyyət paytaxtı Şuşanı əlbəyaxa döyüşlə, misli görünməmiş qəhrəmanlıqla azad etdilər.
***
Birinci Qarabağ müharibəsində Azərbaycan ona görə məğlubiyyətə uğrayaraq 20 faiz ərazisini itirmişdi ki, güclü ordusu və əsl Sərkərdəsi yox idi!
Ermənistana isə Moskvadan hər cür kömək göstərilir, silah-sursat göndərilirdi.
Hətta 366-cı sovet polku Xocalı soyqırımının törədilməsində hayların ən yaxın yardımçısına və faciənin əliqanlı iştirakçısına çevrildi!
Qüdrətli ordu güclü iqtisadiyyatdan qaynaqlanır.
Yeni gənclər nəslinin yetişdirilməsi məsələnin yalnız bir tərəfidir.
Həmin gənclərə hərbi biliklərin və vərdişlərin aşılanması, ordunun yüksək səviyyədə təchizatı və ən yeni silahlarla silahlandırılması da vacib cəhətlərdəndir!

Ölkə iqtisadiyyatının dinamik və sürətli inkişafını təmin edən, tarixinin ən qüdrətli Azərbaycanını yaradan Prezident İlham Əliyev ordumuzu ən yeni və müasir silahlarla silahlandırdı, sistemli təlimlər təşkil edərək, qardaş Türkiyənin təcrübəsindən bəhrələnərək mükəmməl bir səviyyəyə çatdırdı.
Bu ordu öz gücünü və imkanlarını Aprel döyüşlərində, Günnüt əməliyyatında nümayiş etdirdi!
Lakin düşmən havadarlarına sığınaraq qudurduğundan bütün bunları görmək, sülhə gəlmək istəmədi.
Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" sərsəmləməsi isə cənab İlham Əliyevin səbir kasasını daşdırdı.
2020-ci il sentyabrın 27-də "İrəli!" əmrini verdi!
Beləliklə, "dəmir yumruğ"a çevrilən Azərbaycan Ordusu öz qüdrətini döyüş meydanında göstərdi!
***
Müharibənin ilk günlərindən bəlli oldu ki, Azərbaycan hərbi əməliyyatlarda yeni taktika və strategiya tətbiq edir!
44 günlük Vətən müharibəsinin əvvəlindən sonunadək bütün dünya döyüşləri mavi ekran vasitəsilə izləyə, hər bir insan isə gözləri ilə görə bildi!

"Dəmir yumruq" düşmənin başını əzdi, düşmən ordusunu darmadağın etdi!
Beləliklə, Müzəffər Ali Baş Komandan İlham Əliyev İkinci Qarabağ müharibəsi zamanı düşməndən xalqımızın qisasını, şəhidlərimizin qanını, otuz il bizə əziyyətli qaçqın ömrü yaşadılmasının əvəzini artıqlaması ilə aldı!
Kapitulyasiya aktı isə acı göz yaşlarının xoşbəxt, şirin göz yaşlarına çevrilməsinin başlanğıcı oldu!
***
Bu gün bütün məcburi köçkünlər doğma yurda dönəcəkləri anı səbirsizliklə gözləyirlər.
Lakin mənfur düşmən özünəməxsus barbarlığını sonadək göstərmişdir:
* Ərazilərə milyonlarla ölümsaçan minalar basdırılmış;
* Evlər qarət olunaraq dağıdılmış, tikinti materialları kimi satılmış;
* İnfrastruktur dağıdılmış;
* İnsanların normal yaşayışı üçün vacib şərait tam məhv edilmişdir.
Azərbaycanın dövlət başçısı isə Qarabağı cənnətə çevirəcəyini vəd etmişdir və həmişəki kimi sözünün üstündə durur!
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə qayıdışın daha da sürətlənməsi üçün əlindən gələni əsirgəmir!
Cənab İlham Əliyev tərəfindən imzalanan "Böyük qayıdış" proqramı hər gün, hər ay uğurla reallaşır!

İnsanlar həsrətində olduqları yurda - "ağıllı kənd və şəhərlər"ə ürəklərində sevinc və rahatlıq, gözlərində yaş qayıdırlar!
Hərdən xoşbəxtlik də insanları ağlada bilirmiş!
*** 
Bu gün Şəhidlərimizin ruhu şaddır!
Qisasları alınıb və alınır!
Doğma yurdu zorən tərk edənlər sevinərək geri dönürlər!
Bu gün insan səsinə, insan nəfəsinə həsrət qalan Vətən torpağı yenidən öz övladlarını qoynuna alır!
Torpağın əsl sahibləri hayların viran qoyduqları yaşayış məntəqələrinə deyil, dövlətin sürətlə inşa etdirdiyi "ağıllı şəhər və kəndlər"ə qayıdırlar, dolu evlərə dönürlər!
Bu gün Azərbaycan Ordusu əvvəlkindən də qüvvətli və qüdrətlidir!
Dövlət başçısı hər işi vədəsində və özü bildiyi kimi edir!
Nə ermənilərin yalan şivənlərini, nə də havadarlarının gündə bir açıqlama vermələrini eşidən vardır!
Qarabağı cənnətə çeviririk!
Qarabağa və Şərqi Zəngəzura qalib dövlət, qalib xalq, qalib millət kimi dönürük!

Böyük qayıdışa, böyük sevincə, bu sevincin şirin göz yaşlarına görə həm də sizə minnətdarıq, Şəhidlər!
Siz daim bizimləsiz, qəlbimizdəsiniz, fəxrimizsiniz, Vətənin Şəhid övladları!

***
İlham Əliyev şəhidlərimizin qisasını döyüş meydanında aldı!
"Dəmir yumruğ"u ilə düşmən ordusunu məhv edərək aldı!
İşğalçı ordunu qorxaqlar və fərarilər yığnağına çevirməklə aldı!
Göydən başlarına od yağdıraraq, gizləndikləri yuvalarını darmadağın edərək aldı!
Həm də artıqlaması ilə aldı!
Müzəffər Ali Baş Komandanımız həm də qüdrətli "dəmir yumruğ"u, müdrik siyasəti, çevik diplomatiyası, polad iradəsi, dönməz və dəyişməz qətiyyəti sayəsində acı göz yaşlarını sevinc göz yaşlarına çevirdi.
* Dövlətimizi qalib dövlətə;
* Xalqımızı qalib xalqa; 
* Ordumuzu XXI əsrin ən yeni müharibəsini aparan orduya;
* Azərbaycanımızı şanlı-şövkətli, dünyanın hər yerindən baxanda xoşbəxt insanların qürurla yaşadığı aydın görünən diyara çevirdi!
Bu gün ağlayaraq geri dönənlər qürur və fəxarətlə, sevinc göz yaşları ilə ucadan deyirlər: 
Qarabağ Azərbaycandır!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Monqolustan Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK  

11:16
11 Noyabr

Cibuti Qeyri-Kommersiya Təşkilatının nümayəndəsi: İqlim problemlərini təhsil və iqlim fəaliyyəti ilə gündəmə gətirməliyik  

11:15
11 Noyabr

Lucille Apis Overhoff: Biz COP29-dan ölkəmizin gələcək taleyini həll edəcək dəyişikliklər gözləyirik VİDEO  

11:14
11 Noyabr

Cənubi Koreyanın nazir müavini: Azərbaycan COP29 tədbirinə yüksək səviyyədə hazırlaşıb  

11:09
11 Noyabr

Millətlər Birliyi təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib  

11:08
11 Noyabr

Qəmər Adalarının rəsmisi: Ümid edirəm ki, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün maliyyə məsələsində razılığa gələ biləcəyik  

11:08
11 Noyabr

Medianın İnkişafı Agentliyi SOCAR-ın zavodunda baş verən yanğınla əlaqədar jurnalistlərə müraciət edib  

10:42
11 Noyabr

Kuala Lumpur şəhərinin qubernatoru Azərbaycanda səfərdədir

10:39
11 Noyabr

Dünya birjalarında neft ucuzlaşıb

10:38
11 Noyabr

Lixtenşteyn Knyazlığının Baş naziri Azərbaycanda səfərdədir  

10:38
11 Noyabr

COP29 müddətində H1 və H2 ekspress avtobusları Bakı hava limanı istiqamətində fasiləsiz fəaliyyət göstərəcək  

10:37
11 Noyabr

İraq Prezidentinin Azərbaycana səfəri başlayıb

10:36
11 Noyabr

İndoneziya COP29-da xüsusi nümayəndə ilə təmsil olunacaq

10:35
11 Noyabr

CNN: İlon Mask Tramp administrasiyasında vəzifə tutmayacaq  

10:06
11 Noyabr

Monteneqro Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycandadır  

09:48
11 Noyabr

Finlandiya Prezidentinin Azərbaycana səfəri başlayıb  

09:47
11 Noyabr

İtaliya mətbuatı COP29-dan yazır  

09:46
11 Noyabr

Almaniyanın bir sıra media orqanları COP29-a dair məqalə və reportajlar yayımlayıb  

09:45
11 Noyabr

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Azərbaycana səfərə gəlib  

09:45
11 Noyabr

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib

09:27
11 Noyabr

Belçikanın Baş naziri Azərbaycana səfərə gəlib

09:26
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!