05 Dekabr 2023 15:42
287
SİYASƏT
A- A+

İcma sədrinin müavini: Qərbi azərbaycanlılar 35 ildir doğmalarının məzarlarını ziyarət edə bilmirlər

 

Bakıda Qərbi Azərbaycan İcması tərəfindən təşkil olunan “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans çərçivəsində İcma sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən Pakistanın Ortaq Gələcəyə Malik İcması naminə Araşdırma Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəmlə görüşüb.

AZƏRTAC xəbər verir ki, pakistanlı qonağa soydaşlarımızın geri qayıdış hüququnun təmin olunması istiqamətində aparılan işlər barədə məlumat verilib. Qeyd olunub ki, 1987-1991-ci illərdə öz evlərindən zorla çıxarılan Qərbi azərbaycanlılar 35 ildir öz evlərinə qayıda, doğmalarının məzarlarını ziyarət edə bilmirlər.

Xalid Teymur Əkrəm sözügedən halların təməl insan hüquqlarına zidd olduğunu deyərək, belə faktların beynəlxalq hüququn norma və prinsiplərinə xələl gətirdiyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video