24 Sentyabr 2023 17:06
585
SİYASƏT
A- A+
İcma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışını tənqid edib

İcma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışını tənqid edib

 

Qərbi Azərbaycan İcması Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi müzakirələrindəki çıxışını tənqid edib.

Qərbi Azərbaycan İcmasından AZƏRTAC-a daxil olan məlumatda deyilir:

“Biz Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi müzakirələrində etdiyi çıxışında Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qəsd edən və onun daxili işlərinə qarışan mövqe sərgiləməsini qınayırıq.

Nazir Mirzoyan Qarabağdakı keçmiş qanunsuz rejimin qalıqlarının kapitulyasiya bəyanatlarında da etiraf etdikləri kimi, Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazisində qanunsuz şəkildə yerləşdirilməsinə izahat vermək əvəzinə Azərbaycanı guya Ermənistanın ərazi bütövlüyünə təhdid törətməkdə imtina etməsi riyakarlıqdır. Xatırlatmaq istərdik ki, Azərbaycanın Qazax və Sədərək rayonlarının 8 səkkiz kəndi hələ də Ermənistanın işğalı altındadır və o kəndlərin 10 minə yaxın əhalisi 30 ildir öz evlərinə qayıda bilmirlər. Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etməsinə, oradan bir milyona yaxın azərbaycanlını qovmasına, 20 mindən artıq azərbaycanlı mülki şəxsi öldürməsinə, minə yaxın Azərbaycan şəhər və kəndini dağıtmasına görə daşıdığı cavabdehliyi qarşılamaq və barışıq üçün hələ də lazımi addımlar atmayıb.

Ermənistanın nazirinin Azərbaycanın Qarabağ bölgəsində guya humanitar problemlər olması barədə iddiası və oraya BMT-nin qurumlararası missiyasının göndərilməsi barədə təklifi ilə bağlı qeyd etmək istərdik ki, Ermənistanın atmalı olduğu addım Azərbaycana qarşı törətdiyi işğal, qətliam, etnik təmizləmə və dağıntılara görə məsuliyyəti üzərinə götürmək və Azərbaycan hökumətinin Qarabağda apardığı re-inteqrasiya və yenidən qurma işlərinə dəstək verməkdir.

BMT-nin qurumlararası missiyasının getməli olduğu ölkə isə Ermənistandır. Xatırladaq ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması prosesinə yardım etmək üçün BMT-nin qurumlararası missiyasının Ermənistana göndərilməsi üçün biz hələ bu ilin aprel ayında BMT-nin Baş katibinə müraciət etmişik. Lakin Ermənistan hökuməti razılıq vermədiyi üçün missiyanın orada göndərilməsi hələlik mümkün olmayıb.

A.Mirzoyanın “Azərbaycan ordusunun və hüquq-mühafizə orqanlarının Qarabağdakı yaşayış məntəqələrindən geri çəkilməsi”nə, “BMT tərəfindən mandat verilmiş sülhməramlı qüvvələrin Qarabağda yerləşdirilməsi”nə çağırması olduqca məsuliyyətsiz və təhlükəli açıqlamadır. Özünün suverenliyini, ərazi bütövlüyünü, “qırmızı xətt”lərini daim qabardan Ermənistanın Azərbaycanı öz suveren ərazilərindən geri çəkilməyə çağırması bir daha rəsmi İrəvanın Azərbaycana qarşı ərazi iddiasını, sadəcə bunu indi başqa ad altında pərdələməyə məcbur olmasını sübut edir. “BMT tərəfindən mandat verilmiş sülhməramlı qüvvələr” dedikdə yəqin ki erməni nazir Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan ərazilərində yerləşdirilməsi kimi xam xəyalı nəzərdə tutur. Aydındır ki, bunu Avropa İttifaqı, Fransa, Almaniya kimi ölkələr A.Mirzoyanın çıxışına salıblar.

Ermənistan bilməlidir ki, Brüsseldə oturub boş-boş bəyanat verən Marina Kalyurand, Natali Luazo kimi səlibçilərə, Fransa, Almaniya, Litva, Estoniya kimi ölkələrə, Luis Okamponun cızmaqarasına, Snop Doqqun tvitinə arxalanıb Azərbaycana qarşı çirkin siyasətini davam etdirməklə sülhə nail olmaq olmaz.

A.Mirzoyanın çıxışı onu göstərir ki, daşnak və mağara təfəkkürlü erməni diplomatları bölgədə sülh və barışığa maneə olmaqla yanaşı, həm də Ermənistanın bu 30 il ərzində “baş tutmamış dövlət” olmasının əsas səbəbkarlarından biridir.

Demokratiyadan danışan erməni nazirə son günlər Ermənistanda baş verən vətəndaş müharibəsini, polis zorakılığını, kütləvi saxlanılmaları xatırladırıq.

Biz Ermənistan hökumətindən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qəsdini, onun daxili işlərinə qarışmağı dərhal dayandırmağı, Azərbaycanın işğal altında olan 8 kəndini azad etməyi, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağı və bu məqsədlə, BMT-nin qurumlararası missiyasının Ermənistana göndərilməsinə razılıq verməyi tələb edirik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!