03 Oktyabr 2025 19:57
1694
Mədəniyyət
A- A+
ICESCO-nun Bakı Regional Ofisi Beynəlxalq Kitab Sərgisində ziyarətçiləri qarşılayır  

ICESCO-nun Bakı Regional Ofisi Beynəlxalq Kitab Sərgisində ziyarətçiləri qarşılayır  


Bakı Ekspo Mərkəzində yüzlərlə yerli və beynəlxalq qurumun iştirakı ilə 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi açılıb. Sərgidə ən çox ziyarət edilən pavilyonlardan biri ICESCO-nun Bakıdakı Regional Ofisinin stendi olub. Stendə akademiklər, tələbələr, nəşriyyat nümayəndələri və mədəniyyət həvəskarları da daxil olmaqla çox sayda ziyarətçi axın edib.

Bu barədə AZƏRTAC-a ICESCO-nun Bakıdakı Regional Ofisindən məlumat verilib.

Bildirilib ki, sərgi boyunca ICESCO-nun stendi dialoq və fikir mübadiləsi üçün mərkəzə çevrilib. Burada ziyarətçilər beş fərqli ölkənin nəşrləri ilə tanış olub, elmi və ədəbi irs mövzusunda müzakirələr aparıb, ICESCO-nun təhsil, elm və mədəniyyət sahələrindəki təşəbbüsləri barədə daha ətraflı məlumat əldə ediblər.

ICESCO-nun Bakı Regional Ofisinin direktoru Dr. Abdulhakim Al Sənan qeyd edib ki, bu yüksək maraq ICESCO-nun missiyasına artan diqqətin göstəricisidir: “Stendimiz insanlarla ünsiyyət qurmaq, ideyaları paylaşmaq və oxu, bilik mübadiləsi mədəniyyətini təşviq etmək üçün canlı bir platformaya çevrilib”.

Yeddi gün davam edəcək sərgi çərçivəsində 220-dən çox tədbir keçiriləcək. ICESCO-nun stendinə göstərilən böyük maraq bu məkanın mədəni qarşılıqlı əlaqə və intellektual dialoq üçün nə qədər vacib olduğunu bir daha göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan–Kamboca münasibətlərinin inkişafı daha da sürətlənəcək  

19:52
13 Oktyabr

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

19:45
13 Oktyabr

  Papa XIV Lev əməliyyata hazırlanır

19:35
13 Oktyabr

Laos Prezidenti Milli Məclisdə olub  

19:28
13 Oktyabr

Kosmetik vasitələrin gözlərdə ciddi zədələnmələrə səbəb olduğu üzə çıxıb   

19:18
13 Oktyabr

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

19:03
13 Oktyabr

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

18:53
13 Oktyabr

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya genişlənir  

18:42
13 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

18:31
13 Oktyabr

Kredit tarixçəsi olmayanlara da şans  

18:30
13 Oktyabr

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

18:19
13 Oktyabr

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub  

18:17
13 Oktyabr

Alimlər hüceyrələrin cavanlaşdırılmasına nail olublar  

18:13
13 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb  

18:07
13 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib  

18:01
13 Oktyabr

İqtisadi Şuranın növbəti iclası olub

17:58
13 Oktyabr

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

17:56
13 Oktyabr

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

17:56
13 Oktyabr

Panamada 6 maqnitudalı zəlzələ baş verib  

17:52
13 Oktyabr

Müharibə nəticəsində Ukrayna və Rusiyada 940 uşağın ölüm faktı təsdiqlənib  

17:43
13 Oktyabr

İqtisadi siyasətimizin əsas istiqamətləri – enerji, logistika, investisiya  

17:37
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!