20 Avqust 2024 11:47
2918
Səhiyyə
A- A+
İcbari tibbi sığorta bud-çanaq oynağının süni protezlə dəyişdirilməsi əməliyyatını qarşılayır

İcbari tibbi sığorta bud-çanaq oynağının süni protezlə dəyişdirilməsi əməliyyatını qarşılayır

 

Bud-çanaq oynağı insan bədəninin ən böyük oynağıdır. Onsuz yerimək, oturub-durmaq, qaçmaq, bədəni vertikal vəziyyətdə saxlamaq kimi hamıya tanış olan hərəkətləri təsəvvür etmək mümkün deyil. Bu oynağın zədələnməsi, eləcə də, degenerativ və iltihabı xəstəliklər nəticəsində oynaqdakı dəyişikliklər ciddi ağrılara və hərəkət məhdudiyyətlərinə səbəb ola bilər. Konservativ müalicə metodları ilə aradan qaldırıla bilinməyən hallarda, pasiyentin əvvəlki aktivlik və həyat tərzini geri qaytara biləcək yeganə yol bud-çanaq oynağının tam və ya hissəvi olaraq süni protezlə dəyişdirilməsi əməliyyatıdır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib ki, 2024-cü ilin ilk 6 ayında icbari tibbi sığorta çərçivəsində ümumilikdə 1434 bud-çanaq oynağının dəyişdirilməsi əməliyyatı uğurla icra olunub. Bu əməliyyatların 1146-sı bud-çanaq oynağının total dəyişdirilməsi (həm bud sümüyü başının, həm də asetabulumun protezlə əvəz edilməsi), 288-i isə bud-çanaq oynağının hissəvi dəyişdirilməsi (bipolyar endoprotez) üzrə həyata keçirilib.

Bud-çanaq oynağının dəyişdirilməsi əməliyyatından əvvəl xəstənin sağlamlıq vəziyyətini düzgün qiymətləndirmək məqsədilə tibbi göstəriş əsasında ixtisaslı həkim tərəfindən təyin edilmiş bir sıra müayinələr - oynağın bir neçə proyeksiyada rentgenoqrafiyası, KT, MRT və digərləri həyata keçirilir. İcrası zəruri olan funksional diaqnostik və laborator müayinələr icbari tibbi sığorta təminatına daxildir.

Sözügedən əməliyyat zamanı icra edilən instrumental və laborator müayinələr, reanimasiya və stasionarda yatış, bu zaman istifadə olunan dərman və tibbi sərf, xüsusi tibbi sərfiyyat (endoprotez), yatış müddətində həyata keçirilən manipulyasiyalar, qan və ya qan komponentləri, o cümlədən fizioterapiya xidmətləri icbari tibb sığorta tərəfindən qarşılanır.

İcbari tibbi sığorta ilə təmin edilən endoprotez yüksək keyfiyyəti ilə seçilən İsveçrənin “Medacta” şirkətinin istehsalıdır.

Qeyd edək ki, bud-çanaq oynağının dəyişdirilməsi əməliyyatı icbari tibbi sığorta ilə həkim göstərişi əsasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında, həmçinin göndəriş əsasında özəl tibb müəssisələrində həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM

13:37
15 Yanvar

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

13:33
15 Yanvar

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

13:32
15 Yanvar

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır  

12:18
15 Yanvar

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək  

12:17
15 Yanvar

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

12:17
15 Yanvar

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!