17 Oktyabr 2025 22:49
476
SİYASƏT
A- A+
ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclası keçirilib - YENİLƏNİB  

ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclası keçirilib - YENİLƏNİB  


Oktyabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Daimi Komitəsinin (DK) 44-cü və ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasları keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

ICAPP Daimi Komitəsinin 44-cü iclasında DK sədri Çunq Eu-yonq Komitənin 43-cü iclasından ötən dövrdəki fəaliyyətinə nəzər salaraq görülən işləri diqqətə çatdırıb və qarşılıqlı səmərəli əməkdaşlığın davam etdirilməsinin önəmini vurğulayıb.

Daha sonra qarşıda duran vəzifələrə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonra ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclası öz işinə başlayıb.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov vurğulayıb ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində ciddi geostrateji dəyişikliklər baş verməkdədir. Onun sözlərinə görə, qlobal kataklizmlər, çoxsaylı təhdid və çağırışlar fonunda yeni dünya nizamına transformasiya məsələsi aktual müzakirə predmetinə çevrilib: “Dünyada hərbi-siyasi konfrontasiyaların, humanitar böhranların, dini və etnik müstəvidə bir çox ziddiyyətlərin yaşandığı bir dönəmdə müxtəlif mədəniyyətlərin daşıyıcısı olan xalqlar arasında sabitlik və tərəqqi naminə dialoq prosesi ümumbəşəri dəyərlərin qorunması və ölkələrin təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət kəsb edir”.

Tahir Budaqov qeyd edib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində isə tam suverenliyini bərpa edən Azərbaycan ədalətli geosiyasi nizamın tərəfdarı olaraq beynəlxalq hüquq normalarına, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərinə müdaxilə olunmaması və qarşılıqlı surətdə milli maraqların nəzərə alınması kimi prinsiplərə əsaslanan müstəqil və konstruktiv siyasət həyata keçirir.

YAP Mərkəzi Aparatının rəhbəri bildirib ki, eyni zamanda, dünyada tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlıq, inteqrasiya, sülh və təhlükəsizliyə xidmət etdiyini əməli fəaliyyəti ilə nümayiş etdirir. “Bu gün zəngin milli-mənəvi dəyərlərin daşıyıcısı və çoxəsrlik dövlətçilik ənənələrinə sahib olan Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Ölkəmizdə multikulturalizmin həm dövlət siyasətinin prioritetlərindən biri, həm də cəmiyyətin həyat tərzi olması Azərbaycanın sabitlik məkanı və inkişaf diyarı kimi davamlı uğurlarını şərtləndirir. Multikulturalizm, sivilizasiyalararası dialoq, mədəniyyətlərin inteqrasiyası ideyalarının təşviqi istiqamətində ardıcıl işlərin görülməsi – mühüm layihələrin reallaşdırılması həm ölkə daxilində tolerantlıq mühitinin güclənməsinə, həm də Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə təkan verir. Təsadüfi deyil ki, bu gün respublikamızda yaşayan müxtəlif xalqların nümayəndələri, fərqli dini və etnik mənsubiyyətə malik toplumlar Azərbaycanın inkişafına önəmli töhfələr verirlər. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbədə ölkəmizdə yaşayan bütün xalqların mühüm rolu var. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qeyd etdiyi kimi, “Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”, - deyə Tahir Budaqov əlavə edib.

Sonra çıxış edən ICAPP Daimi Komitəsinin sədri, Koreya Respublikasının sabiq xarici işlər naziri Çunq Eu-yonq bildirib ki, mədəniyyət, sadəcə, keçmişi əks etdirmir, eyni zamanda, gələcəyimizi formalaşdıran dinamik qüvvədir. O, mədəni irsin qorunmasının və bu istiqamətdə fəaliyyətlərin təşviqinin cəmiyyətlərin inklüzivliyini effektiv şəkildə artıra biləcəyinə və sosial birliyi gücləndirəcəyinə əminliyini ifadə edib.

Çunq Eu-yonq UNESCO-nun mədəniyyəti milli və sosial dayanıqlılığın sütunu adlandırmasına diqqəti çəkib.

O, Bakıda baş tutan bu tədbirin əməkdaşlığı daha da dərinləşdirmək, dəyərli təcrübələri paylaşmaq, ideyaları mübadilə və yeni əməkdaşlıq yollarını müəyyən etmək üçün mühüm fürsət olduğunu bildirib.

Sonra Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin iclas iştirakçılarına müraciətini səsləndirib.

Daha sonra Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxış edib. O bildirib ki, ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasının Bakıda keçirilməsi ölkəmizə göstərilən etimadın və Yeni Azərbaycan Partiyasının beynəlxalq aləmdə etibarlı tərəfdaş olmasının göstəricisidir. Bu qurum regional əməkdaşlığın və mədəni dialoqun inkişafında mühüm rol oynayır.

A.Kərimli qeyd edib ki, Azərbaycan qədim tarixə, zəngin mədəni irsə və dərin milli-mənəvi dəyərlərə malik olan bir ölkədir. Onun sözlərinə görə, Azərbaycanın mədəni irsinin və mədəni dəyərlərinin zənginliyindən, onun təsir gücündən bu gün dövlət idarəetməsində, ictimai münasibətlərdə və beynəlxalq əlaqələrdə önəmli təsir vasitəsi kimi istifadə edilir. “Mədəni dəyərlər və mədəniyyət amili Azərbaycan xalqının Ümummilli Lideri, Yeni Azərbaycan Partiyasının qurucusu, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin dövlətçilik siyasətində əsas istiqamətlərdən birini təşkil etmişdir”, - deyən nazirin sözlərinə görə, bu siyasi xətt bu gün də Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə mədəniyyət dövlətin beynəlxalq siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunub. Azərbaycan həm öz zəngin mədəni irsini qoruyur, həm də müasir qlobal mədəni proseslərin fəal iştirakçısına, multikulturalizmin ünvanına çevrilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Multikulturalizm bizim dövlət siyasəti olmaqla yanaşı, Azərbaycanda bir həyat tərzidir”.

ICAPP-ın Baş katibi, Koreya Respublikasının Monqolustandakı və Portuqaliyadakı sabiq səfiri Oh Sonq isə ICAPP Asiya Mədəniyyət Şurasının Fəaliyyət qaydalarına dəyişiklikləri və Büro üzvlüyünə namizədləri təqdim edib. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Asiya Mədəniyyət Şurasının sədri seçilib.

İclas ICAPP Daimi Komitəsi sədrinin müavini, Asiya Mədəniyyət Şurasının sabiq sədri, hazırda isə sədr müavini, Kamboca Milli Assambleyasının Xarici əlaqələr, beynəlxalq əməkdaşlıq və informasiya komitəsinin sədri, Kamboca Xalq Partiyasının Xarici əlaqələr komissiyası sədrinin birinci müavini Suos Yara və ICAPP Asiya Mədəniyyət Şurasının sədri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Şahin İsmayılovun moderatorluğu ilə plenar sessiyalarla davam edib.

Sonra ICAPP Asiya Mədəniyyət Şurasının sədri Şahin İsmayılov Şuranın 4-cü iclasının yekun hesabatını təqdim edib.

Şahin İsmayılov bildirib ki, bugünkü tədbir Asiyanın mədəni potensialının yalnız keçmişə deyil, gələcəyə yönəlmiş strateji imkan olduğunu göstərdi: “Çıxışların ümumi təhlili onu deməyə əsas verir ki, mədəniyyət təkcə tarixi və irsi yaddaş deyil, həm də müasir dövrün iqtisadi və siyasi proseslərinə təsir edən vacib amildir. Bu prosesdə siyasi partiyaların rolu xüsusi vurğulandı. Onların faydalı əməkdaşlıq təşəbbüsləri gələcəkdə ortaq regional inkişaf üçün açar rolunu oynaya bilər. Siyasi partiyaların birgə fəaliyyəti, dialoqu və mədəni layihələrə dəstəyi bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Region ölkələri mədəniyyət vasitəsilə təhsil, innovasiya, diplomatiya və iqtisadi sahələrdə ortaq gələcək vizyonu formalaşdırmaq niyyətindədir. Bu istiqamətdə siyasi iradə, institusional əməkdaşlıq və konkret layihələrin icrası vacibdir”.

Daha sonra Bakı Bəyannaməsi qəbul edilib.

Bağlanış nitqi ilə çıxış edən ICAPP Daimi Komitəsinin həmsədri və xüsusi məruzəçisi, Pakistan Müsəlman Liqası Nəvazın üzvü Muşahid Hüseyn Sayed Azərbaycan ilə Pakistan arasında səmimi dostluq, qardaşlıq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin olduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, Bakıda keçirilən ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclası qarşılıqlı fikir mübadiləsi və əməkdaşlıq üçün mühüm platformadır.

ICAPP Daimi Komitəsinin həmsədri tədbirin ICAPP çərçivəsində səmərəli işbirliyinin önəmini diqqətə çatdıraraq siyasi partiyaların mədəniyyətlərarası dialoqa mühüm töhfə verə biləcəyinə inamını ifadə edib. O bildirib ki, yeni dünya nizamına transformasiya şəraitində mədəniyyətlərin inteqrasiyası olduqca vacibdir.

Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!