Hökumə Billuri (Həkimə İbrahim qızı Billuri) "Xalq Əmanəti" layihəsinin 23-cü nəşrində
"Xalq Əmanəti" layihəsinin 23-cü nəşri görkəmli Azərbaycan şairi, ictimai-siyasi xadim Hökumə Billuriyə həsr edilib. 2023-cü il mayın 26-da şairin "Seçilmiş əsərləri" kitabı Bakıda Xalq Bankın Əsas binasında geniş ictimaiyyətə təqdim olunub.
Hökumə Billuri 1926-cı il martın 3-də Zəncan şəhərində anadan olub. 1933-1943-cü illərdə "Azəri" qızlar məktəbində orta təhsil alıb və məktəbi bitirdikdən sonra həmin məktəbdə müəllimlik edib. İctimai-siyasi fəaliyyətə xanım Billuri İkinci Dünya müharibəsi illərində, sovet ordusu Cənubi Azərbaycanda olduğu dövrdə başlayıb. Əvvəlcə Azərbaycan Demokrat Partiyası Zəncan Vilayət Komitəsinin təbliğat şöbəsi müdirinin müavini, mədəniyyət evi kitabxanasının müdiri vəzifələrində çalışıb.
Lakin 1946-cı il dekabrın 12-də Azərbaycan Milli Hökuməti xarici imperializmin birbaşa siyasi, maddi və hərbi dəstəyi ilə İran şahlıq rejimi tərəfindən devrilir, sovet qoşunları Cənubi Azərbaycandan çıxarılır, milli qüvvələrin 25 min nəfərdən artıq nümayəndəsi güllələnir, dar ağacına çəkilir, 100 mindən çox adam sürgünə göndərilir, mütərəqqi və demokratik ruhlu insanlar amansız təqiblər üzündən mühacirət etməli olurlar. Onların sırasında Bakıya üz tutan 20 yaşlı gənc Billuri də vardı.
Artıq Bakıda olarkən, 1947-1952-ci illərdə Billuri Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alır. 1956-cı ildə Bakı Ali Partiya məktəbi, 1963-cü ildə Moskvada Sov.İKP yanında İctimai Elmlər Akademiyasını bitirir. Təhsili dövründə, "İran Azərbaycanının realist-demokratik ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alır.
Bunlarla bərabər 1952-1954-cü illərdə Hökumə Billuri "Azərnəşr"də ədəbi-bədii şöbənin redaktoru, 1956-1960-cı illərdə isə Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitəsinin orqanı kimi nəşr edilən "Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1964-cü ildən ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi kimi fəaliyyət göstərib.
Poetik yaradıcılığa hələ orta məktəb illərində başlamış Billurinin ilk şeir və məqalələri 1945-ci ildə "Azər" və "Vətən yolunda" qəzetlərində, həmçinin "Azərbaycan" jurnalında, sonrakı illərdə isə şeir və poemaları ədəbi dövri mətbuatda mütəmadi şəkildə dərc olunub.
"Mənim arzum" ("Uşaqgəncnəşr", 1949), "Ölməz qəhrəman" ("Azərnəşr", 1950), "Həyat yollarında" ("Azərnəşr", 1951), "Mübarizə illərində" ("Azərnəşr", 1954), "Şeirlər", ("Uşaqgəncnəşr", 1954), "Şairin yadigarı" ("Azərnəşr", 1957), "Səhər günəşi" ("Azərnəşr", 1964), "Səndən uzaqlarda" ("Azərnəşr", 1961), "İstərəm", "Şeirlər" ("Azərnəşr", 1966), "Necə unudum" ("Gənclik", 1974), "Çinar gözləyir məni" ("Azərnəşr", 1976), "Apar məni o yerlərə" ("Yazıçı", 1981), "Bir də bahar gəlsə" ("Yazıçı", 1984), "Seçilmiş əsərləri" ("Azərnəşr", 1986), "Dünya belə dünyadır" ("Yazıçı", 1989), "Nə qəribə dünya imiş" ("Azərbaycan", 1997), "Seçilmiş əsərləri" ("Şərq-Qərb", 2005) şeir kitablarının, "1940-1960: İran Azərbaycanında realist-demokratik poeziya" ("Elm", 1972) və "Məhəmmədhüseyn Şəhriyar" ("Elm", 1984) monoqrafiyalarının müəllifidir. Şeirləri Yunna Morits və Rimma Kazakovanın tərcüməsində kitablaşaraq Moskvada nəşr edilib.
Hökumə Billuri həm də tərcüməçi fəaliyyəti ilə məşğul olub. Məhəmmdəhüseyn Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirvarid Dilbazi və Nəbi Xəzrinin şeirlərini fars dilinə çevirib.
Yeni nəşrdə ustad Şəhriyarın Billuriyə "Hökumə can" adlı şeirini əks etdirən nadir əlyazması da yer alıb. Ustad yazır:
HÖKUMƏ CAN
Sən vətəndən sarı qəlbin döyünürsə, maralım,
Vətənin də maralından sarı qəlbi döyünür.
Təbriz, Abanmah
1365 Şəmsi (1986 Miladi)
Məhəmmədhüseyn Şəhriyar
1984-cü ildə Hökumə Billuri Əməkdar incəsənət xadimi, 1998-ci il mayın 23-də isə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb.
Hökumə Billuri tanınmış şərqşünas Məmmədbağır Qəmbəri ilə ailə qurub. Bu nigahdan Elnaz və Cahangir adlı iki övladı dünyaya gəlib. 22 noyabr 2000-ci ildə xanım Billuri Bakı şəhərində vəfat edib. Məzarı II Fəxri xiyabandadır.
Bakıda Xalq Bankın əsas binasında keçirilən Hökumə Billurinin "Seçilmiş əsərləri" kitabının təqdimatına görkəmli şair və yazıçılar, tərcüməçilər, şərqşünaslar və digər ziyalılar dəvət edilmişdi. Çıxış edənlər nəşrin tədqiqatçılar üçün dəyərli mənbə olduğu və Azərbaycanın ədəbi tarixinin zəngin dövrünü əks etdirdiyini qeyd etdi, həmçinin çağdaş dünyada tanınmasında xüsusi əhəmiyyət daşıdığına diqqət çəkdi, eyni zamanda "Xalq Əmanəti" layihəsinin milli irsin qorunmasında rolundan danışdılar.
Kitabda Hökumə Billurinin poetik yaradıcılığı və ömür yoluna işıq salınır, oxuculara şairin, demək olar, bütün şeirlərinin toplandığı ən müfəssəl "Seçilmiş əsərləri" təqdim edilir.
Hara getsə, hara baxsa, yalnız vətənini görmək, xatırlamaq, kiminlə görüşsə, danışsa, öz vətəndaşının qoxusunu almaq, harada və hansı fəsildə yaşasa belə, həmin fəslin "öz doğma vətənində yaşadığı ilk nüsxəsini" hiss etmək keyfiyyətilə həqiqi şair-vətəndaş örnəyi olan Hökumə Billurinin şeirləri bədii-estetik məziyyətləri ilə XX əsrin ikinci yarısında milli şeirimizdə önəmli yer tutur.
"Xalq Əmanəti" layihəsi ASC "Xalq" Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.
Bu günədək Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri" kitabı, "Aşıq ədəbiyyatı antologiyası" üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində "Bütün əsərləri" işıq üzü görüb.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
HƏMAS lideri İranın Baş Qərargah rəisi ilə görüşüb
29 Mart
Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq
29 Mart
Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq
29 Mart
Olimpiya Təsnifat turnirinə 33 ölkə güləşçiləri qatılacaq
29 Mart
Azərbaycan Premyer Liqası: "Qəbələ"-"Neftçi"- 0:1
29 Mart
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb...
29 Mart
Prezidentin Mətbuat Xidmətinin məlumatı
29 Mart
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul ed...
29 Mart
Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq
29 Mart
BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub...
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!