17 Sentyabr 2024 08:45
212
CƏMİYYƏT
A- A+
Hindistan səfiri Lənkəranda olub 

Hindistan səfiri Lənkəranda olub 



Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan Lənkəran rayonuna səfər edib. Səfər çərçivəsində xarici diplomat Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb.

T.Qaraşov Hindistan səfirinə Lənkəranın tarixi, coğrafi mövqeyi, turizm potensialı, ictimai-siyasi həyatı və sosial-iqtisadi potensialı barədə ətraflı məlumat verib, rayonun Hindistanla qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığının perspektivləri barədə müzakirələr aparıb.

Səmimi görüşə və xoş sözlərə görə ŞİH-nin başçısına təşəkkür edən  diplomat ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafı baxımından böyük potensialın olduğunu vurğulayıb. Diplomat turizm sahəsində əməkdaşlığa toxunaraq, Azərbaycana xeyli sayda hindistanlı turistin səfər etdiyini, xalqlarımız arasında əlaqələrin qədim tarixə malik olduğunu bildirib, Lənkəranın böyük turizm imkanlarından danışıb. Səfir Lənkəranda "Yoqa festivalı"nın  keçirilməsi, eləcə də Hindistan rəqslərinin lənkəranlılara canlı nümayiş etdirilməsi ilə bağlı arzusunu açıqlayıb. 

Görüşdə Hindistan səfirinə xatirə hədiyyəsi təqdim olunub.

Hindistanlı diplomat səfər çərçivəsində Lənkəran Tarix Diyarşünaslıq Muzeyini, "Laran" MMC-nin qənnadı məhsullarının istehsalı müəssisəsini, İstisu qəsəbəsindəki "Yaşıl çay" plantasiyasını və fabrikini, habelə "Kiçik Bazar" məscidini ziyarət edib.


S.CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qonşu ölkədə dəhşətli qəza: 10-dan çox ölən var  

11:03
17 Sentyabr

Naxçıvanda sahibkarlarla görüş keçirilib  

11:00
17 Sentyabr

ÜST “mpox” virusuna qarşı ilk peyvəndi təsdiqləyib  

10:01
17 Sentyabr

Ankarada Qafqaz İslam Ordusu qəhrəmanlarının xatirəsi anılıb

09:52
17 Sentyabr

Süni intellektin inkişafı qlobal mis çatışmazlığına səbəb olacaq

09:48
17 Sentyabr

Tramp sui-qəsdə görə Bayden və Harrisi günahlandırıb

09:45
17 Sentyabr

Tokayev: Qazaxıstan Avropaya enerji resurslarının tədarükünü artırmağa hazırdır

09:28
17 Sentyabr

Azərbaycan səfiri etimadnaməsini Nepal Prezidentinə təqdim edib  

09:16
17 Sentyabr

Donald Trampa qarşı sui-qəsd cəhdi araşdırılır 

09:15
17 Sentyabr

"Azərenerji" gələcəyin enerji sisteminin idarə edilməsi üçün islahatlara başladı

09:10
17 Sentyabr

Səmaların Leylası... 

09:05
17 Sentyabr

Zaqatalanın Muğanlı kəndində yeni məktəb binası istifadəyə verildi

09:00
17 Sentyabr

"Şeyx Alı"nın ayağı düşərli oldu 

08:55
17 Sentyabr

"Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək" layihəsi yekunlaşıb

08:50
17 Sentyabr

Hindistan səfiri Lənkəranda olub 

08:45
17 Sentyabr

Meyvə festivallarının sırasına biri də əlavə edildi

08:40
17 Sentyabr

Sahilin başına "oyun açan" Xəzər 

08:35
17 Sentyabr

Yanardağın "sirləri" 

08:30
17 Sentyabr

Qaratüstülü avtobuslardan tutmuş küçə ticarəti və tullantı qalaqlarınacan... 

08:25
17 Sentyabr

Qərb-Ermənistan-Rusiya üçbucağında nələr baş verir?

08:20
17 Sentyabr

Şvabenin ermənipərəstliyi

08:15
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!