13 Dekabr 2024 08:45
1298
Mədəniyyət
A- A+
Heydər Əliyevin yadigarı

Heydər Əliyevin yadigarı


75 il öncə Sumqayıtın təməlini qoyanlar əsasən gənclər olmuşdur. Ötən əsrin 50-ci illərində keçmiş sovetlər ölkəsinin müxtəlif yerlərindən bura xeyli gənc gəlmişdi. Ona görə Sumqayıta gənclər şəhəri də deyirlər. 

 Az bir zaman kəsiyində Sumqayıt təkcə SSRİ-də deyil, bütün dünyada tanınan sənaye şəhərinə çevrildi. Ulu Öndər hələ dövlət təhlükəsizlik orqanlarında çalışanda belə, bu şəhərə həmişə qayğı göstərmiş, ozamankı zavodların tikintisinə nümayəndə kimi nəzarət etmişdir. 

1970-ci ildən isə Sumqayıt Ümummilli Lider Heydər Əliyevin böyük diqqəti  nəticəsində inkişaf etməyə başlamışdır. Həmin illər tikilən zavodlar, salınan yaşayış massivləri o qədər sürətlə tikilirdi ki, şəhər günbəgün tanınmaz olurdu. Heydər Əliyev tez-tez Sumqayıta gəlir, şəhərin infra-struktunun qurulmasına nəzarət edirdi. 

Yeni salınan şəhərdə mədəniyyət ocaqlarının yaradılmasına Ulu Öndər xüsusi həssaslıqla yanaşmağı məsləhət görər, onların yerinin seçilməsində və tikintisində tövsiyələrini verərdi. Belə mədəniyyət saraylarından biri də Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının binasıdır (hazırda Sumqayıt Dövlət Dram Teatrı adlanır). Həmin teatrın binasının yeri məhz Heydər Əliyevin göstərişi ilə seçilmişdir. Bu gün şəhərdə nə qədər müasir, unikal binalar tikilsə də, yenə teatrın binası öz unikallığı ilə seçilir.

1969-cu ildən fəaliyyətə başlayan teatrın səhnəsində təkcə Azərbaycan deyil, dünya mütəfəkkirlərinin əsərləri də tamaşaya qoyulurdı. Sumqayıta səfər zamanı Ulu Öndər teatra gələr, aktyorlarla səmimi söhbət edərdi. Çox zaman tamaşa məşqlərinə baxar, tövsiyələrini verərdi. Bu, aktyorlara səhnə fəaliyyətlərində böyük stimul yaradardı.

Artıq uzun illərdir ki, həmin teatrın binasında, foyedə bir şəkil bura gələnlərin diqqətini xüsusi cəlb edir. Həmin şəkil uzun illərin xatirəsini bu günə daşıyan bir yadigardır. İnsan bu şəklə baxdıqca gözləri önündə Ulu Öndərin xatirəsi canlanır. 

1981-ci ildə tamaşaya qoyulan əsərlərdən biri də Nəriman Həsənzadənin "Bütün Şərq bilsin" əsəri idi. Burada vətənpərvərlik, yenilik, gələcəyə inam ideyaları yer almışdı. Moskvada keçirilən tamaşanın premyerasında Heydər Əliyev də iştirak etmişdi. Tamaşa sona çatdıqdan sonra Ulu Öndər səhnəyə qalxıb aktyorlarla görüşmüşdü. Ümummilli Liderin səmimiyyətini zaldakılar ayaqüstə alqışlamışlar. Üzünü zala çevirən böyük rəhbər demişdi:

- Baxın, bizim necə gözəl əsərlərimiz var. Belə əsərlər xalqımızın parlaq simasını, nurlu gələcəyini əks etdirir. Məncə belə əsərlər çox yazılmalı, tamaşaya qoyulmalıdır. Nəinki Şərq, bütün bəşər Azərbaycan mədəniyyətinin nəyə qadir olduğunu görməlidir. Biz azərbaycanlılar buna qadirik və bunu edəcəyik.

Onu da bildirək ki, məhz bu tamaşadan sonra Ümummilli Liderin qayğısı nəticəsində Sumqayıt Dövlət Dram Teatrı səhnə əsərləri ilə hamını heyran etməyə başladı. Onlarla məşhur aktyor böyük sənətə buradan qanadlandı. 


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb

10:02
11 Mart

Ərdoğan Zelenskiyə: İran ətrafındakı vəziyyət Ukrayna üzrə sülh səylərinə mane olmamalıdır

10:01
11 Mart

Nazir müavini: 200-dən çox ABŞ şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir

09:52
11 Mart

Timor-Leste Prezidenti Azərbaycana səfərə gəlib

09:51
11 Mart

UEFA Çempionlar Liqası: “Bavariya” səfərdə böyükhesablı qələbə qazanıb

09:50
11 Mart

Rövşən Nəcəf: SOCAR ABŞ-dəki layihələrə çıxış və pay əldə etməkdə çox maraqlıdır

09:50
11 Mart

Avropada insan alveri qurbanlarının sayı artır

09:25
11 Mart

Yaz allergiyası

09:20
11 Mart

Ədəbiyyatımızda Novruzun tərənnümü

09:15
11 Mart

Yel çərşənbəsi - təbiətin görünməz ruhu

09:10
11 Mart

Tovuzlu əkinçilərin çörəyi "ikinci çörək"dən çıxır

09:05
11 Mart

Pambıqçıların işi qurtaran deyil

09:00
11 Mart

Dəniz sahilində, göydələnlər arasında

08:55
11 Mart

FAO dünya üzrə ərzağın son qiymətləri barədə rəqəmləri açıqlayıb

08:50
11 Mart

"Şahdəniz" Azərbaycan qaz sənayesinin şah damarıdır

08:45
11 Mart

"Dünya hərb sənətinin Nadir şah zirvəsi"

08:40
11 Mart

Azərbaycanın xarici siyasətində Sülh Şurası yeni istiqamət kimi

08:35
11 Mart

Azərbaycanın qətiyyətli diplomatiyası 907-ci düzəlişin ləğvinə də nail olacaq

08:30
11 Mart

Azərbaycan dünya neft bazarında qiymətlərin sabit olmasında maraqlıdır

08:25
11 Mart

İlham Əliyevin sülh strategiyası real nəticələr verir

08:20
11 Mart

Azərbaycan sabitlik və əməkdaşlıq mühitinin güclənməsində maraqlıdır

08:15
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!